/ / Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20.04.2019 [10:16]
Bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, ölkəmizi öz yolundan döndərmək mümkün deyil
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Şübhəsiz ki, ölkəmizin dinamik tərəqqisinin və sarsılmaz ictimai-siyasi sabitliyin əsasında müvəffəqiyyətlə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının mütəmadi olaraq zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bir sözlə, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılmasını təmin edir.
Sosial sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər əhalinin rifahının daha da yüksəlməsinə səbəb olub
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın milli maraqlarına xidmət edir. Xüsusi vurğulamaq gərəkdir ki, bu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilir. Ən əsası, ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Yəni ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Beləliklə, dövlət başçısının sosial sahədə atdığı mühüm addımlar, o cümlədən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər əhalinin rifahının yüksəlməsinə səbəb olub.
Bütövlükdə, son 15 ildə Azərbaycanın iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilməsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin real nəticəsidir.
Müstəqil, çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
Bunlarla yanaşı, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanan Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri, işğalçı Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri mövcuddur, ölkəmiz bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Digər tərəfdən, mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib.
O da qeyd edilməlidir ki, xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Təsadüfi deyil ki, ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Azərbaycan bir çox Avropa İttifaqı (Aİ) ölkələri ilə də strateji tərəfdaşlıq əlaqələrinə malikdir, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə qədəm qoyub. Bundan başqa, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək.
Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətini tam dəstəkləyir
Azərbaycanı fərqləndirən mühüm səciyyəvi xüsusiyyətlərdən biri də ölkəmizdə xalq-iqtidar birliyinin hökm sürməsidir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Yeri gəlmişkən, Fransanın “Opinion Way” şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusu da bu reallığı təsdiqləyir. Xatırladaq ki, Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan MR istisna olmaqla Azərbaycanın bütün bölgələrində keçirilən geniş rəy sorğusunun nəticələrinə görə, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1%-i bütövlükdə müsbət cavab verib. Əlbəttə, rəy sorğusunda əksini tapmış bu və digər məqamlar Prezident İlham Əliyevin yenə də Öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq edir. Başqa sözlə, sorğunun nəticələri dövlət başçısının seçicilərin etimadını artıqlaması ilə doğrultduğunu, Azərbaycan xalqının Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini göstərir. Eyni zamanda, sözügedən sorğunun əks etdirdiyi reallıqlardan biri budur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, dövlət başçısının milli maraqlara söykənən siyasətini tam dəstəkləyir.
Azərbaycanın parlaq nailiyyətlər qazanması Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir
Şübhəsiz ki, mövcud vəziyyət Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Azərbaycanın parlaq nailiyyətlərini qısqanclıq və narahatlıqla qarşılayan anti-Azərbaycan dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, bu məqsədlə müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Başqa sözlə, bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Həmin dairələrin sifarişlərini yerinə yetirən “Transparency International”, “Amnesty International”, OCCRP və digər bu kimi qurumlar Azərbaycan, dövlət başçısı və Onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, ölkəmizi beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində “beşinci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.
Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə ölkəmizin bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahatlıq keçirən həmin qüvvələrin Azərbaycan, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.
Əlbəttə, Azərbaycan ictimaiyyəti, ekspertlər xaricdəki anti-Azərbaycan dairələri və daxildəki “beşinci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilirlər. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27