Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
A+   Yenilə  A-
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

Prezident İlham Əliyev: İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək
Hazırda Azərbaycan bütün dünyada güclü dayaqlara malik olan ölkə kimi tanınır. Respublikamızın həyatı bütün istiqamətlərdə müsbət reallıqlarla səciyyələnir. Belə ki, ölkə boyu tarazlı inkişaf təmin edilir, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Uğurla reallaşdırılan böyük investisiya tutumlu layihələr hesabına bu gün Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib. Yeni çəkilən rahat yollar, qazlaşdırmanın ən ucqar dağ kəndlərini belə əhatə etməsi, generasiya güclərinin artırılması, içməli və suvarma suyu ilə təminatın yüksək səviyyəyə qaldırılması, müasir standartlar səviyyəsində tikilən sosial təyinatlı obyektlərin əhalinin istifadəsinə verilməsi, həmçinin insanların gəlir imkanlarının artırılması ölkədə vətəndaş məmnunluğunu təmin edir.
Beləliklə, qısa müstəqillik tarixində Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Regionda reallaşdırılan bütün irimiqyaslı enerji, nəqliyyat layihələrinin moderatoru rolunda məhz respublikamız çıxış edir. Azərbaycanın timsalında diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, ölkəmiz özünün inamlı inkişafını sırf daxili imkanlar hesabına təmin edir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə keçirdiyi görüşdəki çıxışında diqqəti respublikamızı fərqləndirən bu amilə çəkərək deyib: “Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir”.
Güclü iqtisadiyyat Azərbaycanın inamlı inkişafının təməlində dayanan əsas amildir
Son 15 ildə Azərbaycanın dövlət siyasətində bir qayda olaraq iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün güclü iqtisadiyyat Azərbaycanın inamlı inkişafının təməlində dayanan əsas amil qismində çıxış edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil.
Hazırda xarici mənfi təsirlərə müqavimət gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın milli gücünü artıran fundamental amil rolunda çıxış edir. Son 15 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Məqsədyönlü yanaşmanın nəticəsidir ki, respublikamızda bazar iqtisadiyyatına transformasiya prosesi uğurla başa çatıb. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır. Ölkəmizin qısa müddətdə orbitə üç peyk çıxardaraq dünya kosmos ailəsinin üzvünə çevrilməsi qürurverici haldır.
Son bir ildə istifadəyə verilən bir sıra nəhəng istehsalatlar milli iqtisadiyyatımızın gücünü daha da artırıb. Respublikamızda 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. 2019-cu il fevralın 18-də isə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən daha bir nəhəng sənaye müəssisəsi - yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İlkin mərhələdə “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2019-cu ilin yanvar ayında istifadəyə verilən “SOCAR karbamid” zavodunun istehsala başlaması isə ölkəmizdə azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır.
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, ötən 15 ildə respublikamızda qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb.
Əlamətdar haldır ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini uğurla dəf etməyə nail olub. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Cari ilin ilk iki ayında Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac 282 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb. Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə keçirdiyi görüşdəki çıxışında ölkəmizdə 2019-cu ilin ilk aylarında əldə olunan müsbət iqtisadi göstəricilərdən məmnunluğunu bildirərək deyib: “Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıbdır”.
Azərbaycan dünyada müstəqil siyasət aparan ölkə kimi tanınır
Məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatının güclənməsi və maliyyə imkanlarının artması ölkəmizin özünəinam hissini artırır. Biz iqtisadi tənəzzülün, maliyyə çatışmazlığının acı fəsadlarını forpost dövlətə çevrilən Ermənistanın timsalında açıq şəkildə görürük. Bütünlüklə dalana dirənən, ianələr hesabına yaşayan Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur, insanlar yoxsulluq və səfalət üzündən bu ölkəni tərk edirlər. Güclü dayaqlara malik olan ölkəmiz isə sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Öz hesabına yaşayan respublikamız dünyada ləyaqətli ölkə kimi tanınır. Heç bir dövlət ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. “İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində vurğulayıb.
Məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın bütün dünya üçün önəmi getdikcə artır. Qısa müstəqillik tarixində respublikamızın 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi son dərəcə qürurverici haldır. Ölkəmiz geniş İslam coğrafiyasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir, eyni zamanda, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatında uğurla təmsil olunur. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir.
Güclü dövlət olan Azərbaycanın milli maraqlar əsasında reallaşdırdığı xarici siyasətinin prioritetlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Respublikamızın bu məsələdə prinsipial mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü təmin edilməklə həllini tapmalıdır. Ötən 15 ildə Azərbaycan özünün ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsinə nail olub. 2003-2018-ci illərdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli yanaşmasını dəstəkləyən mühüm qərarların qəbul edilməsi deyilənlərə sübutdur. Xatırlatmaq yerinə düşər ki, son vaxtlar işğalçı Ermənistanın yeni rəhbərliyi müxtəlif saxta arqumentlər gətirərək danışıqların formatının dəyişməsinə nail olmağa çalışırdı. Azərbaycanın dövlət başçısı fəal diplomatik səylərlə Ermənistanın yeni rəhbərliyinin bu kimi səylərinin qarşısını aldı və danışıqların formatı əvvəlki çərçivədə saxlanıldı.
Yeni layihələrin reallaşdırılması sayəsində respublikamızın maliyyə imkanları daha da artacaq
İqtisadiyyatın genişlənməsinin məntiqi nəticəsi olaraq ölkəmizin maliyyə təminatı da güclənir. Bu gün Azərbaycanın kənar maliyyə qurumlarından kreditlər götürməsinə heç bir lüzum yoxdur. Əksinə, respublikamızın imkanları o dərəcədə artıb ki, xarici ölkələrdə müxtəlif layihələrin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, 2018-ci ildə qardaş Türkiyədə Azərbaycanın sərmayələri hesabına inşa olunan nəhəng “Star” neft emalı zavodu istifadəyə verildi. Yuxarıda bəhs olunan görüşdəki çıxışında respublikamızın maliyyə imkanlarının genişləndiyini məmnunluq hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev “Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir”, - deyə vurğulayıb.
Əlamətdar haldır ki, respublikamızın böyük investisiya tutumuna malik layihələr reallaşdırması ilə paralel şəkildə valyuta ehtiyatlarımız da getdikcə artır. Təkcə ötən il Azərbaycan özünün strateji valyuta ehtiyatlarını 3 milyard dollar məbləğində artırmağa nail olub. Hazırda Azərbaycan 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir. Halbuki, 2004-cü ildə bu rəqəm cəmi 1,8 milyard dollar civarında idi. Respublikamızın valyuta ehtiyatları xarici borcu 4-5 dəfə üstələyir. Ölkənin xarici borcunun 2018-ci ildə 22,8 faizdən 19 faizə düşməsi çox müsbət haldır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2400  |  
  • Tarix:  20-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA