Ana səhifə »  Qəzetin pdf formatı »  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
A+   Yenilə  A-
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib

Aprelin 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2019-2020-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 700-dən çox şagird qatılıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Bakı filialı əgər 2008-ci ildə üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. Tədris 2012-ci ildən əsasən Bakı filialının Xocasəndə yerləşən mükəmməl kampusunda aparılır. Burada tələbələrin təhsil alması, eləcə də istirahəti üçün hər cür şərait yaradılıb. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bakalavr səviyyəsini bitirənlər, həmçinin burada magistratura təhsili ala bilərlər. Təhsilin magistratura səviyyəsi filialda yeni olan fizika fakültəsi istisna olmaqla, digər fakültələrin hamısında var. Fizika fakültəsində də magistratura perspektivi olacaq. On bir il ərzində Bakı filialı xeyli genişlənib. Ümumilikdə, 600-dən çox məzun bu müddət ərzində MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar. Məzunlar Bakı filialında bilik qazandıqlarından çox razıdırlar.

Mart ayında Rusiyanın paytaxtında M.V.Lomonosov adına MDU-da “Universitetlər və bəşəriyyətin gələcəyi” mövzusunda keçirilmiş forumda rektor, akademik Viktor Sadovniçinin müasir dövrün çağırışlarından rəqəmsallaşma, ekologiya, beyin, kosmosla bağlı məsələləri qeyd etdiyini xatırladan professor Yuri Sadovniçi bu sahələrlə bağlı universitetdə yüksək səviyyədə tədris aparıldığını, Bakı filialının MDU-nun müvafiq fakültələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Vurğulayıb ki, Bakı filialının komandası Moskvaya gedərək kosmik peykin buraxılması müsabiqəsində iştirak edib və layiqli yer tutub.

Diqqətə çatdırılıb ki, Bakı filialında tədris M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir.

Qəbul komissiyasının məsul katibi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda buraxılış imtahanı ilə bağlı dəyişikliyə müvafiq olaraq MDU-nun Bakı filialı qəbulla bağlı bəzi tələblərdə dəyişiklik edilib. Qəbulla bağlı bütün məlumatlar M.V.Lomonosov adına MDU-nun Bakı filialının http://msu.az/ saytında yerləşdirilib. Əgər abituriyentin, ümumiyyətlə, M.V.Lomonosov adına MDU ilə bağlı müəyyən sualları varsa, onların cavabını M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ saytından öyrənə bilər.

MDU-nun Bakı filialında həm dövlət sifarişi, həm də ödəniş əsasında təhsil almaq mümkündür. 2019-2020-ci tədris ilində qəbul planında filologiya fakültəsində cəmi 33 - dövlət sifarişi əsasında 30 yer (o cümlədən “Rus dili və ədəbiyyatı” tədris proqramı üzrə 10, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı” tədris proqramı, ingilis və italyan dilləri üzrə 20) və 3 ödənişli yer (“Rus dili və ədəbiyyatı” üzrə 1, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı”, ingilis və italyan dilləri üzrə 2) nəzərdə tutulub. Tətbiqi riyaziyyat fakültəsində 26 yer (25-i dövlət sifarişi, 1-i ödənişli), kimya fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli), psixologiya fakültəsində 30 yer (25-i dövlət sifarişli, 5-i ödənişli), fizika fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer - dövlət sifarişli 25 yer (iqtisadiyyat üzrə 13, menecment üzrə 12) və 2 ödənişli yer (1 iqtisadiyyat, 1 menecment) ayrılıb. Qəbul imtahanları iyulun 5-dən 11-dək keçiriləcək. MDU-nun Bakı filialının saytında imtahan qrafiki təqdim edilib.

Magistraturaya 5 fakültə üzrə qəbul aparılacaq. Filologiya fakültəsi üzrə cəmi 13 yer - dövlət sifarişi əsasında 10 (o cümlədən rus dili üzrə 3, ingilis dili üzrə 4, italyan dili üzrə 3), ödənişli 3 yer (rus dili, ingilis dili və italyan dilinin hər biri üzrə 1 yer) ayrılıb. Tətbiqi riyaziyyat fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-ödənişli), kimya fakültəsində cəmi 7 yer - 6-sı dövlət sifarişli (o cümlədən üzvi kimya, fiziki kimya və neft kimyası təhsil proqramları üzrə hər birinə 2 yer), 1-i ödənişli (qeyd olunan təhsil proqramlarından birinə), psixologiya fakültəsində 14 yer – 12-si dövlət sifarişli (o cümlədən psixoloji inkişaf proqramı üzrə 6, “Koqnitiv və emosional pozulma proseslərində klinik-psixoloji reabilitasiya” proqramı üzrə 6 yer ) və 2-si ödənişli (qeyd olunan müvafiq proqramların hər birinə 1 yer) nəzərdə tutulur. İqtisadiyyat fakültəsində cəmi 12 yer ayrılıb. Bu yerlərdən 10-u dövlət sifarişli (“Beynəlxalq biznes” proqramı üzrə), 2-si ödənişlidir. Magistraturaya imtahanlar iyunun 14-də və 17-də keçiriləcək.

Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən (mayın 12-si və ya 19-u) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə azı 150 bal toplamaq tələb olunur.

Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür. Eyni zamanda, prioriteti göstərmək lazımdır. Qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza – FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Bakalavrlar üçün qeydiyyat mayın 29-dan iyunun 28-dək, magistratura üçün qeydiyyat mayın 7-dən iyunun 10-dək aparılır. Sualı olanlar info@msu.az ünvanına yaza bilərlər.

Dövlət büdcəsi hesabına artıq təhsil almış Azərbaycan vətəndaşları, əvvəllər pulsuz təhsil almış və Azərbaycanda daimi yaşayan əcnəbilər MDU-nun Bakı filialında ödənişli əsasla təhsil ala bilərlər.

MDU-nun Bakı filialı hər fakültə üzrə ödənişsiz kurslar təşkil edir. Kurslara əvvəlcədən yazılmaq lazımdır.

MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yalnız Bakı filialında fizika fakültəsi fəaliyyət göstərir. Fakültədə fizika fənni, həmçinin riyaziyyat yüksək səviyyədə tədris olunur. Qısa müddət ərzində fakültədə 7 laboratoriya praktikumu yaradılıb. Hazırda yüksək səviyyədə elmi laboratoriya təşkil edilir.

Fizika-riyaziyyat elmləri namizədi, MDU-nun mexanika-riyaziyyat elmi-tədris işinin əlaqələndirilməsinə məsul Yevgeni Mıçka tətbiqi riyaziyyat fakültəsi haqqında məlumat verib. Qeyd edib ki, fakültədə oxumaq çətindir, lakin məzunların iş problemi olmur. Məzunlar müxtəlif dövlət qurumlarına, həmçinin “British Petroleum”, SOCAR, “Azercell”, “Azərkosmos” və digər nüfuzlu şirkətlərə işə düzəlir, maliyyə, bank sahələrində, sığorta şirkətlərində işləyirlər. Onlar nəinki Azərbaycanda, xaricdə də işləyə bilirlər. Fakültədə I və II kurslarda tələbələr fundamental fənləri öyrənirlər. Sonra tələbə elmi rəhbər seçməlidir. Üçüncü kursda tələbə kurs işi, dördüncü kursun sonunda isə diplom işi yazır və müdafiə edir. Beləliklə, II kursdan sonra tələbələr elmi fəaliyyətə cəlb olunur. Fakültənin ən yaxşı tələbələri müxtəlif müsabiqələrdə, konfranslarda iştirak edirlər. Magistraturadan sonra Moskvada aspirantura təhsili almaq imkanı da var. MDU-nun Bakı filialında riyaziyyat fənni üzrə bazar günü məktəbi fəaliyyət göstərir. Bazar günü məktəblərinə gələnlərin 50 faizi sonra filialda təhsil alır.

“Açıq qapı” günündə MDU-nun filologiya fakültəsinin rus ədəbiyyatı tarixi kafedrasında filologiya elmləri namizədi Andrey Fedotov da çıxış edib. Bildirib ki, fakültədə universitet üzrə tədris edilən fənlərlə yanaşı, linqvistik, kulturoliji istiqamətlərdə də fənlər öyrədilir. Tələbələrin müasir humanitar biliklərin ən qabaqcıl trendləri ilə tanış olmaq imkanı var. Tələbələrin dil biliklərini möhkəmləndirmək üçün onlara xaricdə staj keçmək imkanı yaradılır. Filialın məzunlarına müxtəlif sahələrdə tələbat çoxdur; onlar səfirliklərdə, şirkətlərdə tərcüməçi işləyə, mətbuat xidmətində fəaliyyət göstərə, tədris edə bilərlər və s.

Kimya elmləri doktoru, professor Aleksey Kopılov kimya fakültəsi haqqında ətraflı məlumat verib, filialda müvafiq sahə üzrə tədris üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığını bildirib. Kimyanın sənaye, tibb, texnologiya, məişət və digər sahələrdə mühüm rolundan danışan professor Aleksey Kopılov bu elmi öyrənməyin vacibliyini vurğulayıb. O, fakültədə Moskvadan beynəlxalq dərəcəli müəllimlərin gəlib mühazirə oxuduğunu, seminar, praktikum apardığını bildirib. Qeyd edib ki, fakültədə ən müasir avadanlıqla təchiz edilmiş 12 laboratoriya, habelə ən müasir dərs otaqları var. Təsadüfi deyil ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçirilib.

MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Leonid Babanin, ümumiyyətlə, MDU-nun Bakı filialında təhsil almağın maraqlı olmasından danışıb. Qeyd edib ki, bu il 10 yaşı tamam olan psixologiya fakültəsinin məzunları iş tapmaqda əsla çətinlik çəkmir. Magistraturadan sonra Moskvada aspirantura təhsili də almaq mümkündür. Qəbul zamanı MDU-nun proqramı əsasında biologiya fənnindən imtahan vermək çətinlik yaratsa da, Bakı filialında biologiya üzrə bazar günü məktəbi fəaliyyət göstərir ki, bu, abituriyentlərin biliklərini artırmağa imkan yaradır.

İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, fakültə 2012-ci ildə yaradılıb. Bu il fakültənin bakalavr səviyyəsi üzrə dördüncü, magistr üzrə ikinci buraxılışı olacaq. İqtisadiyyat fakültəsinin populyarlaşdığını deyən Ceyhun Hüseynov ildən-ilə müsabiqənin də böyük olduğunu bildirib. O, iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə tədris edilən proqramların fərqli və çox yüksək səviyyədə olduğunu söyləyib, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.

Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  21-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA