Ana səhifə »  Qəzetin pdf formatı »  Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
A+   Yenilə  A-
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağstafa rayonunda azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarından olan tabor komandiri, qvardiya mayoru Müseyib Abdulla oğlu Allahverdiyevin anadan olmasının 110 illiyi münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəhrəmanın ailə üzvləri, hərbi qulluqçular, müharibə veteranları və ictimaiyyət nümayəndələri əvvəlcə Dağ Kəsəmən kənd qəbiristanlığına gedərək xalqımızın igid oğlunun məzarını ziyarət edib, ehtiram əlaməti olaraq məzarüstü abidə qarşısına qızılgüllər düzüblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin İkinci Dünya müharibəsində yüz minlərlə azərbaycanlının iştirakı, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Bakı neftinin müstəsna rolu, milli atıcı diviziyalarımızın Qafqaz dağlarının ətəklərindən Berlinədək keçdiyi şanlı döyüş yolu barədə çıxışı maraqla qarşılanıb. A.Qurbani ulu öndər Heydər Əliyevin kəlamlarını ziyarətçilərə xatırladaraq deyib: “Gənclər bilməlidir ki, 1941-1945-ci illər müharibəsində - dünya tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlığı ilə xalqımızın hörmətini qaldırıblar. Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır. Bu mənada, Müseyib Allahverdiyev də bu gün müharibə şəraitində yaşayan ölkəmizin hər bir vətəndaşı, xüsusilə hər bir gəncimiz üçün nümunədir”.

Qeyd olunub ki, Müseyib Allahverdiyev və beş nəfər digər yaşıdı görkəmli sərkərdəmiz Əliağa Şıxlinskinin xeyir-duası ilə Tiflis hərbi piyada məktəbinə göndərilib və onlar 1936-cı ildə oranı müvəffəqiyyətlə bitiriblər. O vaxtdan Müseyib Abdulla oğlu taleyini həmişəlik orduya bağlayıb. Finlandiya müharibəsində ilk dəfə döyüş meydanlarına atılıb, qəhrəmanlıq nümunələri göstərib. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq döyüşən ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçib. Qvardiya mayoru rütbəsinədək yüksələn igid həmyerlimizin komandir olduğu tabor Dunay çayını birinci keçərək sonra gələn hərbi hissələrə yol açıb. Macaristan ərazisində son dərəcə ağır döyüşlərdə iştirak edib. Taborun 1944-cü ilin ilk dekabr günlərində apardığı döyüş əməliyyatında düşmənin 500 əsgəri məhv edilib, 2200 nəfər əsir götürülüb, xeyli hərbi texnika, silah-sursat, ərzaq və digər ləvazimatlar ələ keçirilib. O, Budapeştin azad edilməsində xüsusi olaraq fərqlənib və müharibənin qurtarmasına 2 ay qalmış Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonrakı illərdə, 1969-cu ilin may ayına qədər hansı vəzifədə işləməsinə baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlib, gənclərin vətənpərvərlik tərbiyəsində səylərini əsirgəməyib, ömrünün sonuna kimi xalq içində hərbi mundir geyinməkdən qürur hissi keçirib.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Əyyubova, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, əmək veteranı Fərhad Əliyev, “Ağstafa” qəzetinin redaktoru İbrahim Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Nazim Çələbiyev, müharibə veteranlarından Mirzahid Hacıyev, Ələddin Qarayev və başqaları çıxış edərək hərb tariximizdə müstəsna xidmətləri olan qəhrəmanların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsi və bu işin daim Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olmasından geniş söhbət açıblar.

Qəhrəmanın oğlu Şamil Allahverdiyev atasına göstərilən bu ehtiram və hörmətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.

Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyinə həsr olunmuş xatirə tədbiri Dağ Kəsəmən kənd tam orta məktəbində davam etdirilib. Reyxstaq üzərində dalğalanan Qələbə bayrağı və Azərbaycanın milli atıcı diviziyalarının döyüş bayraqları ilə əhatə olunan qəhrəmanın büstünün qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllim və şagird kollektivinin, ictimaiyyət nümayəndələrinin, hərbi qulluqçuların iştirak etdikləri xatirə mitinqində polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, tabor komandiri Müseyib Allahverdiyevin müharibə həyatında ən maraqlı məqam Macarıstanda Dunay çayının sahilində olub. Budapeştin cənub–qərbində düşmənin müdafiə mövqeyini dağıtmaq üçün Dunay çayını keçmək lazım idi. Tabor buna tam hazır olsa da, komandanlıq əmr vermirdi ki, düşmən çox güclüdür, irəliləmək mümkünsüzdür. Müseyib əmr verilmədiyini görüb özü vəziyyəti təhlil edir və qərara gəlir ki, ləngimək olmaz, onsuz da vəziyyət gərgindir. Odur ki, gecənin qaranlığında tabor komandiri yuxarıdan əmr gözləmədən Dunay çayını keçir, faşist ordusunun müdafiə xəttini yarır və qoşunların hərəkətinə yol açır. Qvardiya mayorunun bu “özbaşınalığı” birmənalı qarşılanmır. Müseyibin bu əfsanəvi qəhrəmanlığını gözü götürməyən bəzi qüvvələr bunu “xəyanət” adlandırır. Hətta məsələ Ali Baş Komandana qədər gedib çatır. Məsələdən hali olan Stalin qəti şəkildə “Museyib prav!” deyir və onun təltif olunmasını tapşırır. Stalinin qəti cavabından sonra Azərbaycanın igid oğluna SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.

Məktəbdə keçirilən tədbirdə Ağstafa rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov, bölgədə xidmət edən hərbi qulluqçular adından polkovnik-leytenant Vüqar Allacov, məktəbin direktoru Mahir Nəbiyev və Şamil Allahverdiyev çıxış edərək gəncləri və məktəbliləri ata və babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyə və Vətənə layiq övladlar kimi yetişməyə səsləyiblər.

Müdafiə Nazirliyinin adından məktəb kitabxanasına vətənpərvərlik mövzusunda yazılmış kitablar hədiyyə edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupunun səsləndirdiyi hərbi marşlar və vətənpərvərlik mahnıları ilə xatirə tədbirləri başa çatıb.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  22-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA