Ana səhifə »  Qəzetin pdf formatı »  “Uğurlu sosial siyasətin yeni hədəfləri”
A+   Yenilə  A-
“Uğurlu sosial siyasətin yeni hədəfləri”

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şəki şəhərində bu mövzuda regional müşavirə keçirilib

 


Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir

 

Aprelin 20-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və müşavirə iştirakçıları əvvəlcə Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi ilə keçirilən müşavirədə Milli Məclisin deputatlarından Fəttah Heydərov, Yaqub Mahmudov, Azər Kərimli, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Nəsib Məhəməliyev, Əli Məsimli, Cavanşir Feyziyev, Elşən Musayev, partiyanın rayon təşkilatlarının sədrləri, Şəki rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda sosial sahə ilə bağlı görülən işlər haqqında məlumat verib.
Müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, 1 il bundan öncə xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verərək, Onu yenidən Prezident seçdi: “Xalqımız bu addımla yenidən Ulu Öndər Heydər Əliyev siyasətinin davam etməsinə öz razılığını bildirdi”.
Baş nazirin müavini deyib ki, 2018-ci ildə keçirilən seçkilərdən 1 il sonrakı müddət ərzində çox əhəmiyyətli, həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verib: “Bu dəyişikliklər içərisində xüsusi diqqəti cəlb edən məsələ vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar çox əhəmiyyətli və genişmiqyaslı strategiyanın reallaşmasıdır. Prezident seçkilərindən sonra cənab İlham Əliyevin imzaladığı ilk Fərman da vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olub. Ötən 1 il ərzində həyata keçirilən çoxmiqyaslı tədbirlər çərçivəsində sosial yönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı Prezident tərəfindən çox vacib sənədlər imzalanıb. Nəticə etibarı ilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmağa başlanıb”.
Əli Əhmədov qeyd edib ki, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırılıb: “Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əməkhaqlarında ciddi artım baş verib. Eyni ilə minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək”.
Bildirilib ki, eyni zamanda, Azərbaycan hökumətinin müəyyənləşdirdiyi və illər boyu həyata keçirdiyi müavinətlər, sosial yardımlar, güzəştlərlə əlaqədar da imzalanan Prezident sərəncamları ilə çox ciddi artımlar baş verib: “Azərbaycanda bütün zümrədən olan vətəndaşlara verilən müavinət, təqaüd və güzəştlər əhəmiyyətli dərəcədə artıb. Elə bir zümrə yoxdur ki, dövlət tərəfindən müəyyənləşdirilən təqaüd, güzəşt və yardımlarda bu və ya digər dərəcədə artımları hiss etməsin. Beləliklə də, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addım atılıb”.
Baş nazirin müavini məmnunluqla qeyd edib ki, bu addımların atılması, sosial strategiyanın daha qabarıq şəkildə reallaşması, bununla əlaqədar olaraq Prezident tərəfindən imzalanan çox vacib sənədlər iqtisadiyyatımızın inkişafı ilə bağlı olan, həyata keçirilən islahatların məntiqi nəticəsinə, yekunlarına söykənir: “İqtisadi sahədə, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır. Bunun sayəsində bu ildən etibarən sosial siyasətin daha qabarıq şəkildə həyata keçirilməsi istiqamətində addımlar atılır. Hər bir dövlətin həyata keçirdiyi funksiyalar çərçivəsində iki vəzifə fundamental məna və əhəmiyyət kəsb edir. Onlardan biri təhlükəsizliyin təmin edilməsi, ikinci insanların rifahının yaxşılaşdırılmasıdır. Əlbəttə, sevindirici haldır ki, Azərbaycanda Ulu Öndərin qoyduğu ənənəyə sadiqlik, əmin-amanlıq, təhlükəsizlik təmin olunur. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. İndiki halda dünyanın bir çox ölkələrində baş verən qanlı toqquşmalar, fəlakətlər, müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir. Bu sərvət Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi ən böyük nemətlərdən biridir. Prezident İlham Əliyev də bu xətti, strategiyanı uğurla davam etdirir”.
Əli Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir: “Sabitlik, təhlükəsizlik ölkənin inkişafının ən ümdə əsaslarından, ilkin şərtlərindən biridir. Təhlükəsizlik, sabitlik olmasa, hər hansı iqtisadi islahatlardan, müşahidə etdiyimiz uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz. Hesab edirəm ki, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər. Bütün bunların sayəsində Azərbaycan inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir. Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib, yeniləşib. Bu inkişaf Şəkidən də yan keçməyib. Azərbaycanın hər yerində hökm sürən inkişaf burada da özünü göstərməkdədir. Bütün bunlar daha çox insanların rahat yaşaması, layiq olduqları səviyyədə şərait və imkanların yaradılması məqsədilə baş verir. Bu mənada sabitlik, əmin-amanlıq baş verən dəyişikliklər üçün ilkin şərtdir”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2003-cü ildən həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir: “Bu istəyin həyata keçirilməsi üçün maddi bazanın yetişdirilməsi vacibdir. İqtisadiyyatı inkişaf etdirmədən, insanları işlə təmin etmədən, onların həyat səviyyəsinin yüksəldilməsi üçün lazım olan resursları qazanmadan sosial rifahın yüksəldilməsi ilə bağlı arzuları reallaşdırmaq mümkün deyil. Bu, xəyaldan başqa bir şey olmayacaq. Ona görə də 2003-cü ildən həyata keçirilən siyasətin qayəsi bu şərtləri formalaşdırmaq, bu şərtlər əsasında insanların rifah halını yaxşılaşdırmaq olub. Məhz bu şərtlər yarandığına görə artıq genişmiqyaslı sosial xarakterli islahatlar, layihələr həyata keçirilməyə başlanıb. Bu layihələrdən Azərbaycan vətəndaşlarının bütün təbəqələri bəhrələnir”.
Müşavirədə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev və YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov mövzu ilə bağlı çıxış edib, həyata keçirilən uğurlu sosial siyasət haqqında danışıblar.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  23-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA