Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

23.04.2019 [12:16]

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətində məlumat verilib.

Müşavirədə Prezident İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə diqqət və qayğısı nəticəsində görülən işlər barədə məlumat verilib, məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib. Bildirilib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilib və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcəkdir.

Həmçinin müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, mənfi hallara yol verilmədən aparılması müzakirə olunub.

Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda mənfi hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, qəbul məsələlərində nəzarətə götürülmüş və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək. Bu istiqamətdə işlər davam edir.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30