Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
A+   Yenilə  A-
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

Prezident İlham Əliyev: Bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır
Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, ayrı-ayrı ölkələr ilk növbədə güclü sənaye potensialı yaratmaqla yüksək inkişaf səviyyəsinə çatıblar. Bu da təbiidir. Sənaye sektorunun genişlənməsi ölkələrin ixracının, milli gəlirlərinin artması, daxili istehlakın təmin olunması, yeni iş yerlərinin yaradılması, sosial məsələlərin həlli deməkdir.
Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan da qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə milli iqtisadiyyatımızda sənaye sektorunun xüsusi çəkisinin artmasına hesablanan məqsədyönlü siyasət həyata keçirilir. Bunun təsdiqi olaraq deyə bilərik ki, son 15 ildə respublikamızda innovativ əsaslı müasir sənaye quruculuğuna dövlət tərəfindən həm siyasi, həm də maddi dəstək tədbirləri gücləndirilib. Respublikamızda sənaye parklarının və istehsalatlarının, regionlarda sənaye məhəllələrinin yaradılması güclü şəkildə təşviq olunur, bu sahəyə dövlət və özəl sektor tərəfindən investisiya qoyuluşu artırılır. Sənaye sektorunun, ələlxüsus da qeyri-neft sənayesinin inkişafına yönələn siyasət gələcəkdə də eyni ardıcıllıqla davam etdiriləcək. Prezident İlham Əliyev 2019-cu il 18 fevral tarixində Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışındakı çıxışında Azərbaycanın sənaye potensialının artmasından məmnunluğunu bildirib. “Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində fəal iştirak etmək niyyətindədir
Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Yeni şəraitdə Azərbaycan iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri məhz sənaye sektorunda qeydə alınır. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Bütövlükdə, son illərdə ölkədə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvünə çevrilməsi, xarici bazarlara ənənəvi mallarla yanaşı, yüksək rəqabət qabiliyyətinə malik hərbi təyinatlı məhsullar çıxartması son dərəcə qürurverici haldır. Son 15 ildə ölkəmizdə sənaye istehsalı 2,6 dəfə artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Sənaye sektorunda, o cümlədən də qeyri-neft sənayesində istehsalın genişlənməsi cari ilin əvvəlindən də davam edib. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində respublikamızda 2019-cu ilin ilk aylarında qeyri-neft sənayesində 15,5 faiz artıma nail olunmasını dünya rekordu kimi səciyyələndirib. “Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanda müasir sənaye quruculuğunun geniş vüsət almasından söhbət açarkən bir sıra mühüm məqamlara ayrıca diqqət çəkmək lazımdır. Xarakterik cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda yüksək infrastruktur təminatına malik olan və istehsal zəncirində əsas həlqələri özündə birləşdirən sənaye parklarının yaradılması strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Belə dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir.
Hazırda ölkəmizdə eyni vaxtda bir neçə sənaye parkı yaradılır. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bütövlükdə, ölkədə yaradılan sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Növbəti mərhələdə sənaye parklarına daha 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu gözlənilir. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtgü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, aliminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Burada qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır ki, bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni istehsalatların yaradılması istiqamətində işlər uğurla davam etdirilir. 2019-cu ilin sonunadək burada daha bir neçə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışındakı çıxışında Sumqayıt Kimya Sənaye Parkının üstünlüklərini nəzərə çatdıraraq bildirib: “Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in, əlbəttə ki, xüsusi yeri vardır”.
Yeni müəssisələrin işə düşməsi Azərbaycanın sənaye inkişafına güclü təkan verib. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda sənaye inkişafının diqqət mərkəzində saxlanılması Davos İqtisadi Forumunda da yüksək dəyərləndirilib. Davosda Prezident İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında keçirilən görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.
Heç şübhəsiz ki, Davosda Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməlinin qoyulması respublikamızda sənayenin gələcək inkişafına öz müsbət təsirini göstərəcək. Bəhs olunan görüşdə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd edib. Söhbət zamanı Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək deyib ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.
Yeni sənaye müəssisələrində buraxılan məhsullar hesabına Azərbaycanın ixrac imkanları daha da genişlənəcək
Son vaxtlarda respublikamızda ixracın genişləndirilməsinə nail olmaq üçün hüquqi və praktiki müstəvidə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Əlamətdar haldır ki, respublikamızın ixracı əsasən qeyri-neft sektorunda, o cümlədən də sənaye sektorunda buraxılan məhsullarının hesabına genişlənir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb. Bütövlükdə, ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.
Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də davam etdirilir. Cari ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə təmsil olunması, eləcə də ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkədən ixracın genişlənməsində sənaye sektorunda buraxılan məhsulların xüsusi çəkisi böyükdür. Yeni sənaye müəssisələrində buraxılan məhsullar hesabına Azərbaycanın ixrac imkanları daha da genişlənəcək. Bu baxımdan respublikamızda uğurla reallaşdırılan “SOCAR Polymer” layihəsinin önəmini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - yüksəksıxlıqlı polietilen zavodu cari il fevralın 18-də işə salınıb. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR karbamid” zavodu da geniş ixrac imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Ölkəmizdə həm daxili istehlakı qarşılayacaq, həm də xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxaracaq istehsalatların yaradılması siyasəti perspektivdə də davam etdiriləcək. Qeyd edək ki, 2019-cu ilin sonunadək Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin işə salınması gözlənilir. Prezident İlham Əliyev sənaye quruculuğu ilə bağlı hədəflərə diqqət çəkərək bildirib: “Bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır”.
Azərbaycanın sənaye xəritəsi regionlara doğru genişlənir
Əlamətdar haldır ki, son illərdə ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. İnvestorlar 2003-cü ildən bəri dövlət əsaslı vəsait qoyuluşu hesabına regionların infrastruktur təminatının möhkəmlənməsindən bəhrələnərək bölgələrdə müxtəlif təyinatlı sənaye istehsalatlarının yaradılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər. Yeni sənaye müəssisələri yaradılarkən bölgələrin ənənələri, xammal potensialı, satış bazarları kimi mühüm məqamlar nəzərə alınır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda söylədiyi nitqində regional sənaye quruculuğu istiqamətində qazanılan uğurlardan məmnunluğunu bildirərək deyib: “Sənayeləşmə prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir”.
Son illərdə ölkəmizin sənaye xəritəsi bölgələrdə yaradılan istehsalatlar hesabına əhəmiyyətli dərəcədə zənginləşib. 2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.
Regionlarda sənaye məhəllələrinin təşkili də ölkə üzrə iqtisadi aktivliyin artmasına öz müsbət təsirini göstərir. Qeyd edək ki, respublikamızda ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılan və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində isə hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir. 2019-cu il 19 aprel tarixində Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub. Tədbirdə məlumat verilib ki, zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır.
Ümumilikdə, indiyədək istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.
Xarici investorlar respublikamızda sənaye müəssisələrinin yaradılmasına sərmayələr yönəltməyə böyük maraq göstərirlər
Əlverişli investisiya mühiti respublikamızda iqtisadiyyatın, o cümlədən də sənayenin inkişafına güclü təkan verən çox mühüm amil qismində çıxış edir. Beynəlxalq səviyyəli reytinq agentliklərinin hesabatlarında da vurğulandığı kimi, Azərbaycan yüksək investisiya cəlbediciliyinə malik olan ölkədir. Prezident İlham Əliyev bunu xüsusi nəzərə çatdıraraq deyib: “Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir”.
Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, xarici investorlar ölkə üzrə sənaye müəssisələrinin yaradılmasına böyükhəcmli investisiyalar yönəldirlər. Yuxarıda bəhs olunan “SOCAR karbamid” zavodunun tikintisi xarici şirkətlərin yaxından iştirakı ilə həyata keçirilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. “SOCAR Polymer” layihəsinin icrasında da xarici investorlar yaxından iştirak ediblər. Burada İtaliya şirkətlərinin rolunu xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, Rusiyanı təmsil edən “Gazprombank” layihənin reallaşmasına böyük həcmlərdə investisiyalar yönəldib.
Əlamətdar haldır ki, xarici şirkətlər regionlarda yaradılan istehsalatlara da məmnuniyyətlə sərmayələr yönəldirlər. İndiyədək Neftçala Sənaye Məhəlləsində İran şirkətinin iştirakı ilə avtomobil istehsalına başlanılıb. Burada buraxılan avtomobillər yerli istehlakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məhsulların bir qismi isə xarici bazarlara çıxardılacaq.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2580  |  
  • Tarix:  24-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23