Ana səhifə »  Qəzetin pdf formatı »  Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
A+   Yenilə  A-
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilmiş respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İnformasiya Texnologiyaları İnstitutunda keçirilən konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alimlər, pedaqoqlar və mütəxəssislər iştirak ediblər.

Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə informasiya cəmiyyətinin mühüm hədəflərindən birinin qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində rolunun artırılması olduğunu bildirib. Qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını vurğulayan AMEA-nın prezidenti qeyd edib ki, İKT elmi-texnoloji fenomen olmaqla yanaşı, cəmiyyətdə bütün növ sosial bərabərsizliklərin səmərəli şəkildə aradan qaldırılması vasitəsidir.

Bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirən akademik Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatların bu məsələlərin həllinə böyük diqqət ayırdığını nəzərə çatdırıb.

Konfransın 2014-cü ildən etibarən BTİ-nin təşəbbüsü ilə hər il qeyd edilən “Qadınlar İKT-də Beynəlxalq Günü” ilə əlaqədar keçirildiyini deyən A.Əlizadə tədbirin bu istiqamətdə elmi problemlərin müəyyən edilməsi baxımından önəmini vurğulayıb.

Gender məsələsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan AMEA-nın prezidenti bu siyasətin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: “Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət orqanlarında, elm, təhsil və tibb müəssislərində, biznes və vətəndaş cəmiyyəti sektorlarında, ədəbiyyat, incəsənət və idman sahələrində ən yüksək səviyyədə təmsil olunurlar”.

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu qeyd edən akademik texniki peşələr, o cümlədən İKT sahəsi ilə bağlı olan peşələrdə qadınların rolunun artdığını vurğulayıb, bu tendensiyanın Azərbaycanda da özünü qabarıq şəkildə göstərdiyini bildirib. Akademikin sözlərinə görə, 2018-ci ildə Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib.

“Azərbaycan qadınlarının elmi-texnoloji sahələrdə təmsil olunma səviyyəsi dünya üzrə müvafiq orta göstəriciləri xeyli qabaqlayır”, – deyən A.Əlizadə bu göstəricilərin ölkəmizdə həyata keçirilən gender siyasətindən, elm və təhsilə diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin xüsusiyyətlərindən irəli gələn mühitin formalaşması hesabına əldə edildiyini söyləyib.

Sonda A.Əlizadə AMEA, onun elmi müəssisə və qurumlarında Qadınlar Şurasının fəaliyyət göstərdiyini qeyd edərək bu şuranın elmi mühitdə fəaliyyət göstərən xanımların müxtəlif problemlərini, qayğılarını üzə çıxarmağa və onları daha səmərəli şəkildə həll etməyə imkan verdiyini diqqətə çatdırıb.

Daha sonra “Qadınların elmi yaradıcılıqda və peşə seçimində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova İKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu deyib. Məruzəçi İKT-nin qadınların elmi yaradıcılığının inkişafı və müxtəlif peşələrə yiyələnməsi baxımından geniş imkanlar təqdim etdiyini vurğulayıb.

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva “Qadınlar İKT-də: beynəlxalq aləmdə və ölkəmizdə ümumi mənzərə” mövzusunda məruzə ilə çıxış edərək informatika elminin yaranma tarixindən bəhs edib. O, Elektron Hesablayıcı Maşınların istifadə edilməsi üzrə ilk tədqiqatlardan danışıb, keçmiş SSRİ-də və Avropada ilk Kiçik Elektron Hesablama Maşını haqqında məlumat verib.

Məruzəçi, həmçinin ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi və Azərbaycan əl xalılarının naxış, ornamentlərinin tanınma və identifikasiya sistemini təqdim edərək onların imkanlarından söz açıb və iş prinsipini diqqətə çatdırıb.

“Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova qadınların İKT-yə cəlb olunması zərurətini təyin edən amillərdən danışıb. M.Məmmədova İKT sektorunda çalışan 29 milyon ixtisaslı İT-mütəxəssisin 20-30 faizini qadınların təşkil etdiyini bildirib.

“Son on ildə qadın və kişi məşğulluğu arasında fərqin azalması Avropada iqtisadiyyatının artımının əsas amillərindən hesab edilir”, – deyən məruzəçi Avropa İttifaqı ölkələrinin İKT bazarında qadınların payı barədə məlumat verib. Bildirib ki, Avropa İttifaqında İT-mütəxəssis qismində çalışan insanların 17,2 faizini qadınlar təşkil edir.

Məruzəçi İKT şirkətlərində qadın İT-mütəxəssislərin payı, ölkəmizdə ali təhsil müəssisələrinin tələbələrinin sayı və ixtisas qrupları üzrə təhsil alan tələbələrin sayı, ixtisas üzrə işləyən İT-məzunların cins üzrə paylanması reytinqini təqdim edib. Alim İKT sahəsində qadınların payının az olması səbəblərindən danışıb, hazırda qadınların dinamik İKT sektoruna daxil olmaları üçün geniş imkanların yaradıldığını deyib. İKT-nin qadınların məişət problemlərinin həllində də böyük rola malik olduğunu söyləyən M.Məmmədova bu istiqamətdə texnoloji yeniliklər haqqında məlumat verib.

Məruzəçi e-tibbin qadınların sağlamlıq problemlərinin həlli baxımından təqdim etdiyi imkanlardan, İKT-nin qadınlar və onların ailə üzvlərinin təhlükəsizliyi problemlərinin həllində rolundan danışib, eləcə də elektron təhsilin gender assimetriyasının aradan qaldırılması baxımından sosial əhəmiyyətə malik olduğunu söyləyib. O, həmçinin təhsildə gender bərabərsizliyinin aradan qaldırılması problemlərinin perspektivlərini diqqətə çatdırıb. Gələcəkdə təhsilin böyük hissəsinin onlayn və virtual olacağını, süni intellekt və Big Data texnologiyaları əsasında təhsilin fərdiləşdirilməsi, karyeranın modelləşdirilməsi və proqnozlaşdırılmasının həyata keçiriləcəyini vurğulayıb.

M.Məmmədova qadınlar üçün İKT peşələrinin seçiminin üstünlükləri, 2030-сu ilə qədər meydana gələn və İKT bacarıqları tələb edən yeni peşələr barədə də məlumat verib.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri” mövzusunda məruzə ilə çıxış edərək fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazasından və beynəlxalq çağırışlardan bəhs edib.

Dünyanın əksər ölkələrində fərdi məlumatların mühafizəsi ilə məşğul olan milli qurumlar – agentliklər, komissarlıqlar, ombudsman aparatları, inspeksiyalar və s. fəaliyyət göstərdiyini bildirən akademik fərdi məlumatların mühafizəsi sahəsində çox sayda beynəlxalq standart və tövsiyələrin işlənildiyini, hər il 28 yanvar tarixinin Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunduğunu diqqətə çatdırib.

İKT-nin inkişafının insanların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının daha da şəffaflaşmasına səbəb olduğunu bildirən R.Əliquliyev ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və s. qurumların məşğul olduğunu söyləyib.

“Fərdi məlumatların beynəlxalq və ölkələr səviyyəsində “qara bazarı” formalaşır”, – deyən institutun direktoru “qara bazar”da təklif olunan xidmətlərdən söz açib. Akademikin sözlərinə görə, “qara bazar”da qiymətlər şəxsin sosial statusundan asılı olaraq dəyişir və burada insan resurslarının formalaşdırılması üçün xakerlik kursları təşkil olunur. Həmçinin əksər hallarda ödənişlər kriptovalyuta ilə aparıldığından bu kimi kibercinayətlərlə mübarizə aparmaq xeyli çətinləşir.

R.Əliquliyev milli mentalitetdə fərdi məlumatların qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib, xüsusilə qadınların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının böyük həssaslığa malik olduğunu diqqətə çatdırıb.

Akademik fərdi məlumatların mühafizəsi ilə bağlı təkliflərini səsləndirib, onun sosial-psixoloji, hüquqi, texnoloji və s. aspektləri üzrə multidissiplinar araşdırmaların aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sahələr üzrə kadrların hazırlanmasının zəruriliyini vurğulayıb. Akademik fərdi məlumatlar və onların qorunması mexanizmləri haqqında vətəndaşlara, xüsusilə gənclərə zəruri biliklərin verilməsinin, təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsinin, müntəzəm təlimlərin təşkil olunmasının, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq ölkəmizdə fərdi məlumatların mühafizəsi siyasətini həyata keçirəcək milli qurumun yaradılmasının vacib məsələlərdən olduğunu bildirib.

R.Əliquliyev, həmçinin fərdi məlumatların qeyri-qanuni ictimailəşdirilməsi hallarının aşkarlanması məqsədilə sosial media vasitələrinin monitorinqlərinin aparılması, ailə qurmağa hazırlaşan tərəflərin və onların yaxınlarının rastlaşa biləcəkləri sosio-psixoloji problemlərin, boşanma halların sayının minimallaşdırılması məqsədilə tərəflərin genetik uyğunluğunun müəyyənləşdirilməsi üçün tələb olunan fərdi genetik məlumatların müvafiq elektron reyestrlərdə toplanılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Çıxışının sonunda akademik bu təkliflərin reallaşdırılmasında qadınları daha təşəbbüskar və fəal olmağa səsləyib.

Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “AMEA-da gender mədəniyyəti və İKT” və AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu” mövzularında məruzələrlə çıxış edərək ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri, ölkəmizin mədəni mühitində qadınların sosial statusunun inkişafı baxımından kommunikasiyaların rolu haqqında məlumat veriblər.

Konfransın sonunda müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 
  • Oxunub:  1380  |  
  • Tarix:  25-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
23 May 09:53
ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır
23 May 09:50
Akademik Akif Əlizadə: Rusiya Elmlər Akademiyası ilə saziş Azərbaycan elmi üçün prioritet istiqamətlər açır
23 May 09:43
Novruz Quliyev: Ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır
23 May 09:40
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşib
23 May 09:39
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
23 May 09:35
Ermənistanda yenidən çevriliş ola bilər
23 May 09:33
Reneqatların, zombilərin ümidinə qalan Əli Kərimlinin miskin sonu...
23 May 09:31
Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
23 May 09:26
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub
23 May 09:22
Regionlarda turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir
22 May 22:56
MÜSİAD-ın Azərbaycandakı şöbəsi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib
22 May 22:29
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
22 May 22:26
Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır
22 May 21:19
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 May 21:16
“Azərbaycan Dəmir Yolları” Avroliqanın final oyunu ilə bağlı tədbirlər planı hazırlayıb
22 May 21:13
Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib
22 May 21:10
DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır
22 May 21:00
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22 May 20:54
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib
22 May 20:52
Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib
22 May 20:49
Azərbaycanın Xarici İşlər naziri BMT-nin İnkişaf Proqramının yeni rezident nümayəndəsi ilə görüşüb
22 May 20:35
Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb
22 May 17:49
Ermənistanda keçmiş hərbçilərin vəziyyəti acınacaqlıdır
22 May 17:38
Eldar İbrahimov: Azərbaycan ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir
22 May 17:34
Azər Badamov: Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir
22 May 17:31
Tahir Rzayev: Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət alıb
22 May 17:27
YAP Suraxanı rayon təşkilatında qanvermə aksiyası təşkil olunub
22 May 17:26
Sona Əliyeva: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür
22 May 17:24
Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək
22 May 17:22
Tovuzda ikigünlük konfrans işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib
22 May 17:16
YAP Sabirabd rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib
22 May 17:13
Vergi Məcəlləsinə dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının yaxşılaşmasına yönəlib
22 May 16:58
"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib
22 May 16:53
“Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”: Layihənin növbəti dayaq nöqtəsi Gəncə olub
22 May 16:37
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22 May 16:26
KİVDF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 May 16:23
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
22 May 16:09
Hikmət Babaoğlu: İntellektual baxımdan Azərbaycan cəmiyyəti yetkinləşir
22 May 16:06
Hərbi birlikdə komandir müavinləri üçün seminar təşkil olunub
22 May 16:01
DSMF-də sosial təminat sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
22 May 15:57
Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın bütün milli parklarında “açıq qapı” günü keçirilir
22 May 15:55
Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
22 May 15:53
Cavid Osmanov: Bölgələrdə bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
22 May 15:46
Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin ali məktəblərə müsabiqədənkənar qəbulu Şərtləri təsdiqlənib
22 May 15:40
Deputat: Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların rifahının daha da yaxşılaşmasına xidmət edir
22 May 15:21
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır
22 May 15:09
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və nümayəndələri ilə görüş olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18