Ana səhifə »  Qəzetin pdf formatı »  Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
A+   Yenilə  A-
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub

Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Macarıstandakı səfirliyimiz, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə aprelin 24-də Budapeştdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açılıb.

Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi olunub.

Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül Azərbaycan Nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə ev sahibliyi etdiyindən böyük şərəf duyduğunu söyləyib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini söyləyib. O, böyük Azərbaycan şairi Nəsiminin ədəbiyyat tariximizdə tutduğu yerdən və mövqedən danışaraq onun bir filosof şair və sufilik təriqətinin ənənələrinin ideoloqlarından biri olduğunu xüsusilə vurğulayıb. Səfir İ.Nəsiminin Azərbaycanın Şamaxı bölgəsində doğularaq boya başa çatdığını, bütün Şərqi, Anadolunu, Ərəbistanı gəzib dolaşaraq öz dərin fəlsəfi yüklü və insani ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirdiyini, şeirlərinin Azərbaycan, Türkiyə, Şərqi Anadolu, İran və Suriyada dillər əzbəri olduğunu və hamı tərəfindən sevildiyini söyləyib. Professor Vilayət Quliyev çıxışında bildirib ki, dahi Nəsiminin 650 illik yubileyi tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır. Burada macar türkoloqlarının iştirakı və maraqlı məruzələrlə çıxış etməsi də Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına və bu ənənənin bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etdiyinə dəlalət edir.

Daha sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə şərait yaratdığı üçün Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. Bildirib ki, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən keçirilib və bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə UNESCO-nun qərargahında da təşkil olunub. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə və onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq Ulu Öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın15-də İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin geniş şəkildə və yüksək səviyyədə keçirilməsi barədə tarixi Sərəncam imzalayıb və bir qədər də irəli gedərək bütövlükdə 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə qərar verib.

Natiq qeyd edib ki, bütün bunlar müstəqil Azərbaycan Respublikasında mədəniyyətə, ədəbiyyata və onun görkəmli nümayəndələrinə, milli mənəvi dəyərlərimizə verilən qiymətin və diqqətin nümunəsi hesab olunmalıdır. Vaqif Əliyev qeyd edib ki, bu gün Azərbaycanda, Macarıstan kimi ölkəmizə dost olan bütün ölkələrdə, Parisdə UNESCO çərçivəsində Nəsiminin yubileyi ilə əlaqədar çoxlu sayda tədbirlər keçirilir, dahi şairimiz yad edilir: “Bu kimi tədbirlər və burada türk və macar türkoloq alimlərinin iştirakı bizləri biri-birimizə daha da yaxınlaşdırır, ədəbiyyatlarımızın və ənənələrimizin inteqrasiyasına böyük yol açır”.

Macarıstanın Türkiyədəki keçmiş səfiri, Türk Şurasının Macarıstan ofisinin rəhbəri, türkoloq-alim Yanoş Hovari türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin xarici ölkələlərdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, xüsusilə 70 illik sovet dönəmində qardaş cümhuriyyətlərimizin ədəbiyyatından xəbərsiz olduqlarından indi bu işi çox sürətlə görməyin vacib olduğunu vurğulayaraq belə tədbirləri ürəkdən alqışladığını bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov öz çıxışında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərinin nəşrindən və onun əlyazmalarının yayılma arealından danışaraq bildirib ki, Nəsiminin əsərləri dünya miqyasında çox az nəşr olunmuşdur və bu da keçmiş sovet dövlətinin ideoloji və antimilli siyasəti ilə əlaqədar idi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox ciddi cəhdləri nəticəsində 1973-cü illərdə Nəsiminin 600 illik yubileyinin keçirilməsi çərçivəsində böyük şairin əsərləri nəşr olunub, haqqında kitablar yazılıb, tammetrajlı və qısametrajlı sənədli filmlər çəkilib, rayonlara, küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına adı verilib, heykəli ucaldılıb: “Nəsimi yaradıcılığına ikinci nəfəs 2018-2019-cu illərdə gəlib. 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq Beynəlxalq Nəsimi Festivalı keçirilib, dünyanın 10-larla ölkəsindən gələn nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib. Həmin ilin noyabrın 15 -də Azərbaycan Prezidenti Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb və 2019-cu il yanvarın 15-də ölkə başçısının digər müvafiq Sərəncamı ilə 2019-cu ili bütövlükdə “Nəsimi ili” elan edilib ki, məhz bu tədbirlər də həmin sərəncamlara əsasən keçirilir. Ölkə başçısının Sərəncamı ilə Nəsiminin 2-cildlik “Seçilmiş əsərləri” 2 dəfə - 2004-cü və 2013-cü illərdə 25 min tirajla çap olunub. “Nəsimi ili”ndən də bizlərə cild-cild yeni yazılacaq və çap olunacaq kitablar qalacaqdır. Cəsarətlə demək olar ki, böyük Nəsimi yaradıcılığı öz ömrünün ikinci baharını yaşamaqdadır”.

Kərim Tahirov bildirib ki, Nəsimi Azərbaycanda doğulub boya-başa çatsa da, Türkiyə, Anadolu, İran və Suriyada da yaşamışdır və ona görə də onun əlyazmaları bu arealda daha çox yayılaraq dillər əzbəri olub. Tədqiqatlar nəticəsində məlum olubr ki, hazırda dünya kitabxanalarının və müzeylərinin fondlarında Nəsiminin 50-dən artıq əlyazmaları saxlanılır. Hazırda Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə ilk növbədə Nəsiminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının və sonrakı illərdə isə digər görkəmli şairlərimizin əlyazmalarının digital surətlərinin Azərbaycan Milli Kitabxanasına toplanması layihəsi üzərində işləyir. Eyni zamanda Milli Kitabxana 2005-ci ildən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyalar nəşr edir. Bu ilin sonunda İmadəddin Nəsimiyə həsr olunmuş biblioqrafiya da nəşr olunacaqdır.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri Əhməd Akif Oktay da iştirak edib.

Tədbirin bədii hissəsində “Nəsimi” tammetrajlı bədii filmindən fraqmentlər göstərilib, türkiyəli və Azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin şeirləri və şeirlərinə yazılmış musiqilər ifa olunub.

Tədbirin sonunda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev yekun sözü olaraq bütün iştirakçılara və xüsusilə Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinə, Türkiyənin Macarıstandakı səfirliyinə, Yunus Əmrə İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirib.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  25-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir
23 May 09:53
ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır
23 May 09:50
Akademik Akif Əlizadə: Rusiya Elmlər Akademiyası ilə saziş Azərbaycan elmi üçün prioritet istiqamətlər açır
23 May 09:43
Novruz Quliyev: Ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır
23 May 09:40
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşib
23 May 09:39
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
23 May 09:35
Ermənistanda yenidən çevriliş ola bilər
23 May 09:33
Reneqatların, zombilərin ümidinə qalan Əli Kərimlinin miskin sonu...
23 May 09:31
Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
23 May 09:26
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub
23 May 09:22
Regionlarda turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir
22 May 22:56
MÜSİAD-ın Azərbaycandakı şöbəsi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib
22 May 22:29
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
22 May 22:26
Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır
22 May 21:19
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 May 21:16
“Azərbaycan Dəmir Yolları” Avroliqanın final oyunu ilə bağlı tədbirlər planı hazırlayıb
22 May 21:13
Müdafiə naziri düşmənin təxribat cəhdlərinin qarşısının alınması barədə tapşırıq verib
22 May 21:10
DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır
22 May 21:00
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22 May 20:54
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak edib
22 May 20:52
Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib
22 May 20:49
Azərbaycanın Xarici İşlər naziri BMT-nin İnkişaf Proqramının yeni rezident nümayəndəsi ilə görüşüb
22 May 20:35
Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb
22 May 17:49
Ermənistanda keçmiş hərbçilərin vəziyyəti acınacaqlıdır
22 May 17:38
Eldar İbrahimov: Azərbaycan ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti kimi daim böyük önəm verir
22 May 17:34
Azər Badamov: Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir
22 May 17:31
Tahir Rzayev: Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət alıb
22 May 17:27
YAP Suraxanı rayon təşkilatında qanvermə aksiyası təşkil olunub
22 May 17:26
Sona Əliyeva: Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür
22 May 17:24
Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək
22 May 17:22
Tovuzda ikigünlük konfrans işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib
22 May 17:16
YAP Sabirabd rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib
22 May 17:13
Vergi Məcəlləsinə dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına və əhalinin rifah halının yaxşılaşmasına yönəlib
22 May 16:58
"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib
22 May 16:53
“Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”: Layihənin növbəti dayaq nöqtəsi Gəncə olub
22 May 16:37
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22 May 16:26
KİVDF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 May 16:23
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
22 May 16:09
Hikmət Babaoğlu: İntellektual baxımdan Azərbaycan cəmiyyəti yetkinləşir
22 May 16:06
Hərbi birlikdə komandir müavinləri üçün seminar təşkil olunub
22 May 16:01
DSMF-də sosial təminat sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
22 May 15:57
Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın bütün milli parklarında “açıq qapı” günü keçirilir
22 May 15:55
Vergilər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
22 May 15:53
Cavid Osmanov: Bölgələrdə bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
22 May 15:46
Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin ali məktəblərə müsabiqədənkənar qəbulu Şərtləri təsdiqlənib
22 May 15:40
Deputat: Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların rifahının daha da yaxşılaşmasına xidmət edir
22 May 15:21
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18