Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
A+   Yenilə  A-
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə əvvəlcə Yeni Zelandiyada və Şri-Lankada terror aktları nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın moderatoru olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis bildirib ki, son günlər Yeni Zelandiyada və Şri-Lankada baş verən hadisələr dini radikalizmlə mübarizənin hələ də başa çatmadığını göstərir. Bu baxımdan bu cür konfransların əhəmiyyətinə toxunan D.Daniilidis dini ayrı-seçkiliyin gücləndiyi müasir dövrdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyətini yüksək qiymətləndirib.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, Yeni Zelandiya, Şri-Lankada törədilən terror aktlarına qarşı mübarizə bəşəriyyətin qarşısında duran ən əsas məsələlərdəndir. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışına nümunə olacaq ölkələr arasında Azərbaycan çox mühüm yer tutur. Ölkəmizdə multikultural dəyərlər dövlət səviyyəsində qorunur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub saxlanılır. Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaukas belə konfransların keçirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, artıq ikinci dəfədir keçirilən bu konfrans tərəflərin müsbət təcrübə qazanmasına imkan yaradır. Nümayəndəliyin rəhbəri Yeni Zelandiyada və Şri-Lankada baş vermiş dəhşətli hadisələri xatırladaraq deyib ki, bu cür hadisələrin qarşısının alınması üçün hər kəs səylərini birləşdirməlidir.

Azərbaycanla dini sahədə əməkdaşlığa toxunan Kestutis Yankauskas vurğulayıb ki, Azərbaycandakı dini liderlərin Brüsselə səfəri təşkil edilib. O, həmçinin mayın əvvəlində Bakıda “Imagine” tolerantlıq festivalının keçiriləcəyini deyib və bu tədbirin müxtəlifliyə və tolerantlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ekstremizmin qarşısını almaq üçün hər bir ölkə öz təcrübəsini bölüşməli, təbliğat aparmalıdır. Bundan başqa, dini radikalizmin yaranmasının səbəbləri araşdırılmalıdır. Əks halda, nəticə əldə etmək çətin olacaq. Əgər bir ölkənin qanunvericiliyində dini dözümlülük, dini etiqad azadlığının qorunması məsələləri öz əksini tapmayıbsa, həmin ölkədə dini radikalizm meyilləri olacaq. Azərbaycanın Konstitusiyasında dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Milli Məclisdə dini ekstremizmin aradan qaldırılması ilə bağlı qanun qəbul olunub.

Siyavuş Novruzov deyib ki, dini etiqad azadlığının təmin edilməsi vacibdir. Bunun əksi dini radikalizmə gətirən əsas səbəblərdən biridir. Din xadimləri bu məsələdə aparıcı rol oynamalıdır. Onlar təbliğat apararaq insanları qardaşlığa, bərabərliyə çağırmalıdır.

Vurğulanıb ki, hər hansı terrorçu qruplaşmanı dinlə əlaqələndirmək olmaz. Dünyada 60-dan çox müxtəlif terror qrupu var. Onların əksəriyyətinin adı da məlumdur və heç biri dinlə əlaqəli deyil.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, konfransın bu təhsil ocağında keçirilməsi heç də təsadüfi deyil. Çünki gənclər arasında dini tolerantlığın təbliği mühüm əhəmiyyət kəsb edir. O diqqətə çatdırıb ki, ADA universitetində təhsil alan gənclərin müxtəlif dinlərə aid ibadətgahlarla tanış olmasına, eləcə də onlar arasında multikultural dəyərlərin təbliğinə xüsusi önəm verilir.

Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel bildirib ki, dünyada terrorçuluqdan, radikallıqdan sığortalanan ölkə yoxdur. Din anlayışı ilə dini dona bürünmüş radikalizm arasında fərq qoyulmalıdır. Dinlərarası dialoqun vacibliyinə toxunan Fransa rəsmisi bunun əks tərəflərin fikirlərini, istəklərini, fərqlərini üzə çıxarmağa imkan yaratdığını deyib. O, eyni zamanda, dövlətin dini nəzarətdə saxlamasının arzu olunmadığını, belə müdaxilənin dinin mahiyyətindəki təməl hüquq və azadlıqları poza biləcəyini dilə gətirib. Qeyd edib ki, zorakılıqla din arasında fərq qoyulmalıdır. Dinlər bu məsələdə günahsızdır. Biz gənclərin dini düzgün öyrənmələri üçün yollar axtarmalıyıq. Bizim cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif konfessiyalardan ibarətdir. Dini konfessiyaları birgə yanaşı yaşamağa təşviq etmək lazımdır. Biz bu fərqlilikləri problem kimi yox, zənginliyin nümunəsi kimi qəbul etməliyik.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, QMİ 1823-cü ildə rəsmi dini təşkilat kimi yaranıb. Bu illər ərzində QMİ-nin ən səmərəli fəaliyyəti müstəqillik dövrünə təsadüf edir. Azərbaycan müstəqillik qazanandan sonra dövlət-din münasibətləri də inkişaf edib. O, eyni zamanda, QMİ-nin fəaliyyətində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyiblər. Qeyd olunub ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma olmayıb. Burada qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcuddur.

Konfrans işini aprelin 26-da “Dini icmalar sülhün carçısı kimi”, “Dünyəvi dövlətlərdə dövlət-din münasibətləri”, “Zorakı ekstremizmin qarşısının alınmasında maarifləndirmə tədbirləri” mövzularında panellərlə davam etdirəcək.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  25-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24