Ana səhifə »  Qəzetin pdf formatı »  Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
A+   Yenilə  A-
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib

Fond bununla əlaqədar BMT-nin baş katibinə, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidentinə və BMT-nin insan hüquqları üzrə ali komissarına müraciət ünvanlayıb
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc edilməsi ilə əlaqədar təşkilatın baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti xanım Maria Fernanda Espinoza Qarsezə, BMT-nin insan hüquqları üzrə ali komissarı xanım Mişel Baçeletə müraciət ünvanlayıb. Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.
Müraciətdə deyilir ki, 2019-cu il fevralın 14-də Ermənistan Respublikasının Cenevrədəki daimi nümayəndəliyi tərəfindən BMT-nin insan haqları üzrə ali komissarına təqdim edilən hesabat tarixi həqiqətləri, BMT qətnamələrinin mahiyyətini və faktların təhrif edilməsində analoqu olmayan saxta məlumatları üzündə əks etdirir. Hesabat, öz növbəsində, BMT standartlarına və qəbul edilmiş beynəlxalq norma və prinsiplərə qəti şəkildə ziddir, Cənubi Qafqazda münaqişənin yenidən qızışdırılmasına xidmət edir.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası” tərəfindən hazırlanmış hesabatı Ermənistan hökumətinin BMT-dəki status və əlaqələrindən istifadə edərək təqdim etməsindən ciddi narahatlığımızı bildirir və bunu kəskin şəkildə pisləyirik. Biz, həmçinin qondarma sənədin BMT-nin rəsmi səhifəsində dərc edilməsini ciddi şəkildə qınayırıq.
“Artsax” adında bir dövlət heç bir zaman mövcud olmadığı, heç bir dövlət tərəfindən tanınmadığı halda “Dağlıq Qarabağ respublikası” (Artsax) adından belə bir hesabatın dərc edilməsi, BMT kimi qlobal nüfuza malik beynəlxalq dünya institutunun rəsmi səhifəsindən digər sənədlərlə bir yerdə yayımlanması utancverici hadisədir.
Belə bir münasibət, ilk növbədə, BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair rəsmi mövqeyinə, eləcə də Dağlıq Qarabağ münaqişəsi ərəfəsində Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin ( 822, 853, 874 və 884) prinsiplərinə qəti şəkildə ziddidir.
Adından da göründüyü kimi, hesabat mahiyyətcə saxtakarlıq və qərəzli yanaşmalardan ibarətdir. Belə ki, hesabatı incələdiyimiz zaman burada həqiqəti əks etdirməyən tamamilə uydurma faktların şahidi oluruq. Hesabatın ilk cümləsində qondarma “Dağlıq Qarabağ respublikası” suveren respublika kimi göstərilir. Maraqlıdır ki, Ermənistan ordusu tərəfindən müdafiə edilən, rəsmi İrəvandan sosial və iqtisadi cəhətdən birbaşa asılılığı olan, hətta özünəməxsus pul vahidi belə olmayan, heç bir beynəlxalq institut və dövlət tərəfindən suverenliyi tanınmayan qondarma rejim necə suveren ola bilər?
Həmçinin burada qeyd edilir ki, qondarma respublika hüququn aliliyi prinsipi ilə idarə edilir. Bu, yalandır. Axı, başqa bir dövlətin qanuni ərazisində zor gücünə və işğal yolu ilə qondarma bir dövlətcik yaradan bir rejim necə hüququn aliliyinə əsaslana bilər? Azərbaycanın 1993-cü ildən Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu müxtəlif terror dəstələrinin, qanunsuz silah və narkotik ticarəti ilə məşğul olan kriminal qrupların, həmçinin heç bir hüquqi imtiyazı olmayan qeyri-qanuni silahlı birləşmələrin daimi məskəninə çevrilib. Burada yerli əhalinin belə primitiv hüquqları müdafiə edilmir. Qarabağdakı silahlı qruplar tez-tez regionda sabitliyi pozur.
Hesabatda qeyd edilir ki, elan olunmamış qondarma “Artsax respublikası”nın ərazisi 12,493 kvadratkilometr sahəni əhatə edir və hazırda onun da 1041 kvadratkilometrlik hissəsi Azərbaycan tərəfindən işğal olunub. Bu rəqəm Ermənistanın məkrli siyasətinə bir daha əyani nümunədir. Belə ki, 80-ci illərin sonundan başlayan və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı ilə nəticələnən münaqişə “Qarabağ deyil”, rəsmi olaraq “Dağlıq Qarabağ” problemi olaraq qeyd edilir. Bu, o deməkdir ki, ermənilərin 1988-ci ildən bu yana irəli sürdükləri ərazi iddiası Qarabağa deyil, sadəcə “Dağlıq Qarabağ”a aiddir. Ona görə də bütün beynəlxalq institutlar, BMT, ATƏT, Avropa İttifaqı, AŞPA və digərləri münaqişəni “Dağlıq Qarabağ” problemi olaraq tanıyır. O zaman nə üçün Dağlıq Qarabağın ətrafındakı ərazilər də qondarma rejimin torpaqlarına aid edilib? Dağlıq Qarabağın qanuni ərazisi 4,4 min kvadratkilometrdir. Beləliklə, Ermənistanın dırnaqarası rejimə aid hesabatı BMT-yə bu şəkildə göndərməsi beynəlxalq müstəvidə həyata keçirilmiş növbəti hüquq pozuntusu, işğala haqq qazandırmaq cəhdi və Azərbaycana qarşı irəli sürülən növbəti ərazi iddiası hesab edilməlidir. Hesabatda “maraqlı” fakt, daha doğrusu, gülünc doğuran məqamsa qondarma rejimin ərazisinin təxminən 1,041 kvadratkilometrinin Azərbaycan tərəfindən işğal edildiyinin qeyd olunmasıdır. Bu, artıq hüquq pozuntusu deyil, birbaşa siyasi həyasızlıqdır. Azərbaycan torpaqlarını işğal etmiş erməni tərəfi utanmadan Azərbaycanı işğalda günahlandırır.
Hesabatdakı məlumatlar mahiyyət etibarı ilə rəsmi İrəvanın mövqeyini və Ermənistanın əsl simasını ifadə edir. Məsələn, qeyd edilir ki, qondarma rejim polietnik və multikultural cəmiyyətə sahibdir. Burada ruslar, ukraynalılar, yezidilər, yunan və gürcülər yaşayır (bu etniklərin sayı Qarabağ əhalisinin 1 faizindən azdır). Ancaq elə həmin hesabatda Ermənistan Respublikasının 1989-cu ilin statistikasına istinadən 40 mindən çox azərbaycanlıdan bu gün bir nəfərinin belə olsun öz ata-baba torpaqlarında, Dağlıq Qarabağda yaşamaq imkanına sahib olmaması dolayısı ilə təsdiq edilir. Hesabatda qeyd edilən bu fakt bir daha sübut edir ki, Ermənistan məqsədyönlü surətdə 1989-ci ildən başlayaraq Qarabağda və azərbaycanlıların digər tarixi torpaqlarında onlara qarşı etnik təmizləmə siyasəti yürüdüb. Ancaq hesabatda biz yenə tam əksinə, Azərbaycanın ermənilərə qarşı etnik təmizləmədə ittiham edildiyini görürük. Amma reallıq budur ki, bu gün təkcə Bakıda 30 mindən çox erməni sərbəst yaşamaqdadır.
Hesabatda yalnız yaxın siyasi tarixin və statistik məlumatların təhrif edilməsini deyil, son 100 ilik bir dövrdə baş verən hadisələrin saxtalaşdırılmış faktlar şəklində irəli sürüldüyünü görmək mümkündür. Belə ki, hesabatda 1918-ci ilin sentyabrında Bakıda Osmanlı İmperiyası tərəfindən 30 minə yaxın erməninin öldürülməsindən danışılır. Təbii ki, bu, heç bir tarixi sənədə və arqumentə əsaslanmadan söylənilmiş fikirdir. Eyni zamanda, 1918-ci ilin mart hadisələrində Bakıda, Gəncədə, Qubada, Şamaxıda və. s yerlərdə 50 min azərbaycanlının və yəhudinin erməni hərbi birləşmələri və bolşeviklər tərəfindən soyqırımına məruz qaldığı faktını gizlətmək məqsədi güdən niyyətdən xəbər verir.
Hesabatda Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərliyi dövründə Qarabağda ermənilərə qarşı həyata keçirdiyi iddia edilən demoqrafik siyasətdən də söz açılır. Ancaq məlumdur ki, Heydər Əliyevin hakimiyyəti dövründə Xankəndi Universitetinin əsası qoyulmuş, Qarabağa dəmir yolu çəkilmiş, fabrik və zavodlar açılmış, erməni əhalisinin sosial infrastruktur imkanları daha da yaxşılaşdırılmışdır.
Hesabatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələr də təhrif edilib. Belə ki, erməni tərəfi BMT-yə təqdim edilən hesabatda sözügedən qətnamələri bilərəkdən təhrif edib, onu başqa formada izah etməyə çalışır. Belə ki, hesabatda qeyd edilir ki, 822 və 853 saylı qətnamələr döyüşlərin qızğın getdiyi bir vaxtda qəbul edilmişdi və guya bu qətnamələrin torpaqların qaytarılması ilə heç bir əlaqəsi yoxdur. Həmçinin ermənilər daha bir faktı təhrif edərək 853 saylı BMT qətnaməsində Azərbaycana Dağlıq Qarabağ Muxtar Respublikasındakı qondarma rejimlə danışıqlar aparmağın tövsiyə olunduğunu qeyd edirlər. Halbuki bu qətnamədə münaqişə tərəflərinə münasibətdə belə bir müddəa qeyd edilməyib, burada münaqişə tərəflərinə ümumi müraciət edilərək konkret adlar göstərilməyib. Həmçinin yenə BMT-nin qəbul etdiyi 884 saylı qətnamədə qeyd edilir ki, Ermənistan Qarabağ ermənilərinin üzərindəki nüfuzundan istifadə edərək qətnamənin icrasına yardım etsin və münaqişənin daha da genişlənməsinə mane olsun.
Hesabatda ermənilər qaçqın və məcburi köçkün məsələsinə də toxunaraq yenə Azərbaycanı ittiham ediblər. Hesabatda qeyd edilir ki, bu gün hələ də 30 min erməni qaçqın düşüb və onlardan 10 minə yaxını 2014-cü və 2016-cı illərdə baş verən müharibələr nəticəsində öz evlərini tərk etməyə məcbur olub. Ancaq Ermənistan unudur ki, erməni təcavüzü nəticəsində hazırda Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan 1 milyona yaxın məcburi köçkün azərbaycanlı hələ də öz tarixi torpaqlarına qayıda bilmir. 1989-cu ildə isə 300 mindən çox azərbaycanlı Ermənistandan zorla deportasiya olunub. Bununla yanaşı, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan vurulub. İşğal edilmiş Azərbaycan ərazilərində 900-dən çox yaşayış məntəqəsi, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 minə yaxın yaşayış evi və mənzil, 4366 sosial-mədəni təyinatlı obyekt, 7000 ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-müalicə kompleksi, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti və digərləri dağıdılaraq məhv edilib, 40 mindən çox muzey eksponatı təcavüzün qurbanı olub.
Çox qəribədir ki, Ermənistan özü qondarma rejimi müstəqil dövlət kimi tanımadığı halda, dünyanı, BMT-ni bu rejimin müstəqilliyini tanımağa çağırır. Hazırda Ermənistan baş nazirinin oğlu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş digər rayonlarında hərbi xidmət keçir. Qarabağ Ermənistan tərəfindən işğal edilib və bu, danılmaz faktdır. Ermənilər bu işğalı BMT-yə göndərdikləri hesabatda pərdələməyə cəhd etsələr də, yuxarıda göstərdiyimiz faktlardan bir daha aydın olur ki, buna müyəssər ola bilməyiblər və bilməyəcəklər.
Beləliklə, BAMF Ermənistanın BMT qurumlarına, BMT Baş Assambleyasına, BMT İnsan Haqları Şurasına üzvlüyündən və mövqeyindən digər üzv ölkəyə, Azərbaycana qarşı saxta məlumatlar yaymaq məqsədilə istifadə etməsini pisləyir və bu mötəbər qurumlardan dərc edilən hesabatın ciddi şəkildə yoxlanılmasını, eləcə də BMT-nin rəsmi səhifəsindən silinməsini israrla tələb edir. Belə bir mövqe BMT-nin statusuna uyğun deyil və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin növbəti eskalasiyası üçün təxribatdır.

 
  • Oxunub:  1440  |  
  • Tarix:  26-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

26 May 09:29
Məşhur musiqiçi, israilli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib
26 May 09:25
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
26 May 09:18
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
26 May 09:13
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub
26 May 09:09
Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
26 May 09:04
“Arsenal” klubunun futbolçuları artıq Bakıdadırlar
26 May 09:01
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26 May 08:57
Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək
26 May 08:53
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
26 May 08:52
“Kiyev günləri” çərçivəsində növbəti tədbir keçirilib
25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA