Ana səhifə »  Qəzetin pdf formatı »  ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir
A+   Yenilə  A-
ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir

Vaşinqton administrasiyasının xarici siyasi kursunda yeni meyillərin meydana gəldiyi barədə təhlili yazılar tez-tez dərc olunur. Bu məsələ müxtəlif aspektlərdən analiz edilir. Belə bir fikir yaranır ki, hazırda ABŞ rəhbərliyi vahid mövqedən çıxış edə bilmir, bu isə dünya siyasi arenasında ciddi problemlərə səbəb olur. Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.

Pompeo və Bolton: iki "qırğı"nın bir hədəfi

Ekspertlər Amerikanın xarici siyasətini təhlil edərkən daha çox ziddiyyətlərdən bəhs edirlər. D.Trampın Prezident seçilməsindən sonra dünyanın ən qüdrətli dövlətinin atdığı addımlarda uyğunluqdan çox, vahid mövqeni ifadə etməyən və qeyri-ardıcıl prosesin əlamətləri gözə çarpır. Bu qənaət həmin mövzuya həsr edilmiş analitik yazılarda çox müxtəlif əsaslara görə əldə edilir. Burada C.Nayın "Amerikanın yumşaq gücü"ünü xarakterizə edən zaman gəldiyi nəzəri qənaətlərdən tutmuş "realpolitik"ə qədər geniş çalarlı yanaşmalar mövcuddur (bax: məs., Joseph S.Nye. American Soft Power in the Age of Trump / "Project Syndicate", 6 may 2019). Məhz onların ümumi mənzərəsi belə bir tezisi irəli sürməyə imkan verir: ABŞ-ın xarici siyasəti məqsəd və məzmunca ikiləşməyə doğru gedir!

Bunun səbəbi kimi D.Trampın komandasında vahid mövqenin olmaması göstərilir. Belə ki, Amerika rəhbərliyində "qırğılar" adlandırılan və çox sərt siyasi kursun tərəfdarı olan kadrlar üstünlük təşkil edirlər. İlk sırada M.Pompeonun və C.Boltonun adı çəkilir. Xarici siyasətdə özünü göstərən sərtləşmə həmin kadrlarla əlaqələndirilir. Belə bir fikir ifadə edilir ki, D.Tramp, əslində, başqa ölkələrə hərbi müdaxilənin tərəfdarı deyil. Onun İraqdan, Suriyadan və Əfqanıstandan amerikan əsgərlərini çıxarmaqla bağlı verdiyi vədləri xatırladırlar. Doğrudan da, D.Tramp bu istiqamətdə addımlar atmağa cəhd göstərir. Lakin son anda hansısa qüvvə prosesin reallaşmasına mane olur.

Suriyada məhz belə oldu. Türkiyə Prezidenti R.T.Ərdoğanla telefon danışığında D.Tramp Suriyadan əsgərləri çıxaracağını vəd etdi. Ancaq ətrafdan ona güclü təzyiqlər oldu və fikrini hələlik həyata keçirməyib. Əksinə, yayılan informasiyalara görə, amerikalılar bir qədər başqa statusda Suriyada radikal qruplara yardım edirlər. İndi onlar qondarma dövlət qurmaqla məşğuldurlar.

İraqda da eyni vəziyyətdir. Vaşinqtonun bu ölkədən çəkilmək niyyəti yoxdur. Əksinə, İraqa indi qonşu ərazilərə hərbi nəzarət etmək məkanı kimi baxırlar. ABŞ-ın rəhbərliyi məhz İraqa gizli səfərlər edir, orada hərbçilərlə görüşür və faktiki olaraq, Yaxın Şərqin böyük bir ərazisinə nəzarətin məsuliyyətini onların daşıdığını ifadə edirlər. Əfqanıstanda analoji vəziyyət mövcuddur. Burada da Amerikanın hərbi qüvvələri ölkədəki vəziyyətə nəzarəti əldən vermək fikrində deyillər. Terrorla mübarizə adı altında müxtəlif üsullarla burada möhkəmlənməkdədirlər. Belə görünür ki, D.Tramp Əfqanıstandan da əsgərlərin çıxarılmasını reallaşdıra bilməyəcək.

Bütün bunlara son vaxtlar Venesuela və Sudan ətrafında yaranmış gərginlik də əlavə olunub. Daha çox Venesuela məsələsi Amerikanın xarici siyasətinin predmetinə çevrilib. Venesuelada hakimiyyət dəyişikliyinin baş tutmamasında D.Trampın M.Pompeonu və C.Boltonu günahlandırdığı bildirilir. Amerika Prezidenti isə C.Boltonun aqressivliyini cilovlamağa çalışdığından yazıb. Bu fikri əsas tutaraq, ekspertlər hesab edirlər ki, Vaşinqtonun siyasi kursunda ikiləşmə meydana gəlir. Yəni, artıq D.Tramp ətrafındakı "qırğılar"dan şikayətçidir.

Nəhayət, İran və Şimali Koreya məsələsində də fikir ayrılığından bəhs edilir. C.Bolton bir neçə gün öncə bəyanat vermişdi ki, Fars körfəzinə əlavə hərbi qüvvə göndərirlər və İran hər hansı addım atsa, "amansızcasına cavab veriləcək". "Amansızcasına" ifadəsi güzəşt etmədən və dərhal İrana hərbi zərbə endirilməsini nəzərdə tutur. Eyni ifadələri bir neçə ay öncə D.Tramp Şimali Koreya ilə bağlı da işlətmişdi. Onda ABŞ-ın dövlət başçısı Koreyanı xalq və dövlət kimi yer üzündən silə biləcəklərini demişdi. Bu da KİV-lərin etirazına səbəb olmuşdu. Lakin məhz bu cür çıxışdan sonra Şimali Koreya Amerika ilə danışıqlara başladı. İran isə bunu etmir. Onun fonunda sanki Vaşinqtonda "qırğılar"ın mövqeyi möhkəmlənir.

Dünya siyasəti: yeni risklər və xaosa rəvac verən amillər

Bununla yanaşı, yenə də Venesuela məsələsi "qırğılar"ın kefini pozur. Çünki D.Tramp Venesuelada Prezident N.Maduronun gücünü amerikalıların düzgün hesablamadığı qənaətinə gəlib. Konkret olaraq, "qırğılar"ın Prezidentə yanlış və şişirdilmiş məlumat verdiyi ifadə edilir. Onlar Venesuelada çox qısa bir zamanda hakimiyyəti dəyişə biləcəkləri haqqında D.Trampa danışıb onu inandırdılar. Hadisələr isə tamamilə başqa mənzərəni ortaya qoydu. Müxalifətin lideri hakimiyyət dəyişikliyinin baş tutmadığını etiraf edib və Vaşinqtondan yardım istəyib. Bununla Amerika hərbi müdaxilə edib-etməmək arasında seçim etməyə məhkum olub. Bunu reallaşdırmaq asan deyil. Çünki Venesuelaya hərbi yardım göstərən başqa böyük dövlətlər var.

İndi amerikalılar ehtiyat edirlər ki, İran daha çətin rəqib ola bilər. Çünki Tehran ballistik raketlərə belə malikdir. Onların xüsusi hazırlanmış hərbi kontingenti mövcuddur və bir neçə ildir ki, Yaxın Şərqdə odun-alovun içindədirlər. Buna baxmayaraq, C.Boltonun aqressiv bəyanatları və İranı hədələməsi də faktdır. Deməli, iki böyük dövlət hansısa bir nöqtədə toqquşa bilər. Məhz bu məqamda Amerikanın Suriya, Əfqanıstan, İraq və Venesueladan sonra İran məsələsində uğur əldə edə bilməməsi onun beynəlxalq imicinə zərbə ola bilər. Bu isə bumeranq effekti ilə Vaşinqtonun siyasi kursunda ciddi problemlər meydana gətirə bilər. Türkiyə ilə münasibətlərin də qeyri-müəyyənliyə düşməsi fonunda bu, kifayət qədər riskli görünür.

Əslində, Vaşinqtonun xarici siyasətində vahid mövqenin olmadığını təsdiqləyən ən açıq nümunələrdən biri Amerikanın strateji müttəfiq adlandırdığı Türkiyəyə olan münasibətdir. Faktdır ki, son illər Türkiyə istiqamətində ABŞ rəhbərliyi ziddiyyətli addımlar atır. Bir tərəfdən Ankaranın strateji əhəmiyyətindən bəhs edir, digər tərəfdən isə həm Türkiyəyə qarşı olan terror qruplarına dəstək verir, həm də onu hərbi baxımdan müdafiəsiz buraxmağa istiqamətlənmiş addımlar atır. Konkret olaraq, Amerika Suriya və İraqda yuva salmış PKK, PYD/YPG terror qruplaşmalarını silahlandırır.

Eyni zamanda, Türkiyənin özünün hava hücumundan müdafiə sisteminin yaradılmasına ciddi şəkildə mane olmağa çalışır. ABŞ özünün istehsal etdiyi "Patriot" raket sistemlərini Ankaraya verməkdən imtina etdi. Əvəzində, Türkiyə Rusiyadan "S-400" raket komplekslərini aldı. Ancaq bu barədə müqavilə imzalanan kimi, Vaşinqton əks-hücuma keçdi. Onun addımlarından aydın olur ki, təzyiqlə Türkiyəni fikrindən döndərmək niyyətindədir. Lakin Türkiyə birmənalı şəkildə böyük dövlət olduğunu və suveren addımlar atdığını sübut etdi. Konkret olaraq, Ankara "S-400"-lərlə bağlı fikrini dəyişməyəcək. Bunu, deyəsən, amerikalılar anlamağa başlayıblar. İndi Vaşinqton Ankaraya dalbadal öz raket sistemlərini təklif edir. Çalışır ki, Türkiyənin özü bu cür sistemlər istehsal edə bilmək səviyyəsinə yüksəlməsin. Ekspertlər isə əmindirlər ki, Ankaranı heç kimsə mövqeyindən döndərə bilməyəcək. Bununla Türkiyə istiqamətinin ABŞ-ın xarici siyasətində möhkəm bir faktora çevrildiyini qəbul etmək lazım gəldiyi aydın olur.

Deyilənləri eyni məntiqi sapa düzdükdə, ekspertlərin gəldikləri qənaətin xeyli əsası olduğunu görürük. Doğrudan da, Vaşinqton xarici siyasətdə ardıcıl və ədalətli görünmür. Bu sahədə çalışanlar arasında fikir ayrılığı getdikcə daha qabarıq surətdə özünü göstərir. Bütün prinsipial məsələlərdə Amerikanın atdığı addımlar meydana əlavə çətinliklər çıxarır.

Bu, Avropada, Afrikada, Latın Amerikasında, Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə özünü göstərir. Belə çıxır ki, məsələ Amerika üçün ciddi məzmun kəsb etməyə başlayıb. Yaxın Şərqdə müəyyən siyasi qüvvələrin maraqlarına uyğun siyasət yeritmək, yalnız gizli dairələrdə rəğbət oyada bilər, lakin bu, Amerikanın dünyanın ən qüdrətli dövləti imicinə ciddi zərbədir. Əsrlərdir, dünya miqyasında fəaliyyət göstərib, ədalətli mövqe tutmağa çalışan bir ölkənin indi hansısa məhdud dairələrin təsiri altında olması liderliyə başucalığı gətirmir. Hətta həmin dairənin adı "qırğı" olsa belə! Bizcə, Amerikanın xarici siyasətində ikiləşmə yaradan bu faktorun zərəri getdikcə daha çox ola bilər.

Newtimes.az

 
  • Oxunub:  960  |  
  • Tarix:  15-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA