Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub
A+   Yenilə  A-
Azərbaycan qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” mövzusunda səyyar seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini yalnız 28 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın təsdiqidir.

Məruzədə beynəlxalq təşkilatlar tərəfindən 2017-2018-ci illərdə dərc edilən rəsmi statistik bilgilər təhlil olunub. Eyni zamanda, Davos İqtisadi Forumunun sədri Klaus Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Azərbaycan bu baxımdan iqtisadi göstəriciləri daha üstün olan ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi ölkələri geridə qoyub. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.

Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilən sinergetik, komplimentar və kompensasiyalı texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin Davos İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və bənzər təqdirəlayiq nəticələr ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edildiyini təsdiqləyir.

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusundakı məruzəsində müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuzun onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyindən və səmərəliliyindən asılı olduğuna diqqət çəkib. Vurğulayıb ki, hazırda müstəqil Azərbaycan sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir, regionun stabil inkişafı və təhlükəsizliyin təminatında üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Ermənistanın işğalçı siyasətinə məruz qalmış Azərbaycanın həm region ölkələri, həm də dünya dövlətləri ilə praqmatik, ölçülüb-biçilən, düşünülən və balanslı siyasi strategiya əsasında münasibətlər qurması sayəsində güclü milli və regional aktora çevrilib, əksər geosiyasi aktorlarla qarşılıqlı faydalı əməkdaşlıq qurub.

“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli innovasiyaların dövlət sektorunda tətbiq olunmasının əsas məqsədləri və dövlət qulluğunda innovasiyaların tətbiqinin dövlət qulluğunun inkişafı strategiyası ilə bağlılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, hazırda ölkəmizdə innovasiyaların tətbiqi gedişində səmərəli texnologiyaların, təşkilati formaların, potensial uğurlu layihələrin, innovativ idarəetmə alətlərinin seçiminə xüsusi diqqət yetirilir. Rəcəb Rəhimli Azərbaycanda bu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasətin ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdiyinə, vətəndaş cəmiyyəti institutlarının inkişafına təkan verdiyinə diqqət çəkib. Eyni zamanda, dövlət qulluqçularının fəaliyyətinin ölkənin inkişafında, vətəndaşların rifahının yüksəlməsində təzahürünü tapdığı vurğulanıb. Bildirilib ki, dövlət qulluğunun təşkili çərçivəsində reallaşdırılan əsaslı dəyişikliklər, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət qulluğunda səriştə modelinin tətbiq edilməsi ilə əlaqədar nəzərdə tutulan yeni innovativ yanaşma və təşəbbüslər bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaq və Azərbaycanın yeni uğurlarına qapı açacaq.

Seminarın yekununda iştirakçıların sualları cavablandırılıb.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  15-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərmişdir

06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar
06 Dekabr 12:20
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək
06 Dekabr 12:16
Baş nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq
06 Dekabr 12:14
TRASEKA Hökumətlərarası Komissiyasının nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
06 Dekabr 12:09
Əli Əhmədov: YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək
06 Dekabr 12:07
Mikayıl Cabbarov: 2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq
06 Dekabr 12:02
Neftçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasına qoşulublar
06 Dekabr 12:01
Bir gündə 650 min ağac əkək: Abşeron sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak edirlər
06 Dekabr 11:50
Fevzi Əkrəm Terzioğlu: Bir gündə 650 min ağac əkilməsi Nəsimi şəxsiyyətinin əbədiyaşarlığına verilən ən böyük dəyərdir
06 Dekabr 11:42
ADNSU və Çinin Şimal-Şərqi Neft Universiteti əməkdaşlığa dair müqavilə imzalayıb
06 Dekabr 11:39
SOCAR-ın Enerji İdarəetmə Mərkəzi istifadəyə verilib
06 Dekabr 11:36
Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır
06 Dekabr 11:29
Brüsseldə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib
06 Dekabr 11:24
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb
06 Dekabr 11:20
Qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib
06 Dekabr 11:17
İlin sonunadək “Yaşıl dəhliz”lə 7 milyard dollarlıq ticarət əməliyyatlarının aparılması proqnozlaşdırılır
06 Dekabr 11:08
Türkiyənin aparıcı KİV-ləri Azərbaycanda həyata keçirilən islahatlara geniş yer ayırıb
06 Dekabr 11:01
Qorxmaz Hüseynov: Azərbaycanın su strategiyasında transsərhəd çay hövzələrinin su ehtiyatlarının çirklənmə və tükənmədən mühafizəsi mühüm yer tutur
06 Dekabr 10:57
Türkiyə Prezidenti Britaniyada Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
06 Dekabr 10:56
M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur
06 Dekabr 10:46
Musiqili Teatrda “Nəsimi” kompozisiyası təqdim olunub
06 Dekabr 10:39
Mingəçevir sakinləri 650 min ağac əkək təşəbbüsünə qoşulublar
06 Dekabr 10:29
Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış boy maddələrinin təcrübə-sınaq nümunələri hazırlanacaq
06 Dekabr 10:28
Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzində incəsənət sərgisinin açılışı olub
06 Dekabr 10:09
Tahir Rzayev: Ermənistanın səbatsız hakimiyyəti səhv hərəkətləri ilə uçuruma yuvarlandıqlarını hələ də dərk etmirlər
06 Dekabr 09:53
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərmişdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA