Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BDU-nun “Gənc istedadlar” liseyində II Respublika şagird konfransı başlanıb

BDU-nun “Gənc istedadlar” liseyində II Respublika şagird konfransı başlanıb

17.05.2019 [14:10]

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı başlanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Ulu Öndərin elmə, təhsilə daim önəm verdiyini vurğulayan Aydın Kazımzadə dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov “Xalq üçün yaşanan ömür”, Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra BDU-nun “Gənc istedadlar” liseyində konfransın “Ana dili və ədəbiyyat”, “Tarix və coğrafiya”, “Fizika, riyaziyyat, informatika”, “Kimya, biologiya və ekologiya”, “Xarici dillər” üzrə bölmə iclasları başlanıb.

Bölmə iclaslarında Bakı şəhər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Avropa Liseyi, Kaspi liseyi, 6 və 20 nömrəli məktəb-liseylər, Sumqayıt şəhər humanitar və riyaziyyat təmayüllü “İstedad” və Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseylərinin şagirdləri ilə yanaşı, respublikanın müxtəlif bölgələrinin, o cümlədən Gəncə, Tovuz, Şəki və Qax şəhərləri ümumtəhsil məktəblərinin şagirdləri çıxış edəcəklər.

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31