Ana səhifə »  Qəzetin pdf formatı »  2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
A+   Yenilə  A-
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub

Bu dövrdə Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarında əldə olunan nəticələr də bunu deməyə əsas verir
Ölkəmizdə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Yeri gəlmişkən dövlət başçısı cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib: “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və bu uğurlar 2019-cu ilin birinci rübündə də davam edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2019-cu ilin birinci rübü respublikamızın cənub bölgəsi üçün də uğurlu olub. Bunu Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarının timsalında demək mümkündür.
Konkret faktlara gəlincə deyə bilərik ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlər və əldə edilən nəticələr Lənkəranda da özünü əyani şəkildə göstərir. Bu barədə şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı məlumat verilib. İclasda hesabat məruzəsi ilə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, cari ilin ilk 3 ayı ərzində ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində islahatlar sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə yüksəlib, nəzərdə tutulan layihələr vaxtında icra olunub, vətəndaşların həyat şəraiti bu müddətdə daha da yaxşılaşıb. Natiq bu dövrdə respublikanın bütün bölgələri kimi, Lənkəran rayonunun da sosial-iqtisadi və mədəni həyatında mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, əvvəlki vaxtlarda olduğu kimi 2019-cu ilin birinci rübündə də Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meyilləri davam edib, iqtisadi göstəricilər artan templə yüksəlib. İlk 3 ayda rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşmaqda davam edib. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışı 1.1 faiz artaraq 698.3 milyon manat təşkil edib. Sənayedə 9.4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 8.4 faiz çox olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 6.8 milyon manat, ümumi həcmdə onun xüsusi çəkisi 18.4 faiz təşkil edib. Cari ilin birinci rübündə rayonda iqtisadiyyatın prioritet istiqaməti olan aqrar sahədə də işlər uğurla davam edib, məhsul istehsalı əvvəlki dövrə nisbətən çoxalıb. Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 72.1 faizi, aqrar bölmədə 99 faizi və ödənişli xidmətlərin 76.2 faizi özəl bölmənin payına düşüb.
Rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 9.6 milyon manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 4.5 faiz, ödənişli xidmətlər 1.5 faiz artmış, orta aylıq əməkhaqqı 310 manat təşkil edib. Məruzədə qeyd olunub ki, ölkə Prezidentinin ardıcıl diqqəti və qayğısı ilə rüb ərzində rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərdə 150 nəfərin çalışacağı qənnadı fabrikinin tikintisinə və ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 11 min nəfər əhalinin gündəlik olaraq istifadə etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb. Bu dövrdə magistral yollar boyu və şəhərdaxili küçələrdə hasar və barının suvaqlanaraq rənglənib, eyni zamanda şəhərin park və bağlarında 7 min ağac, 10 min ədəd dekorativ ağac və gül kolu əkilib, şəhərdaxili yollara 3500 kv/m isti asfaltın döşənib, 4 çoxmənzilli yaşayış binasının dam örtuyü dəyişdirilib, 2 binada liftlərin təmiri ilə bağlı tədbirlər görülüb. İcra başçısı təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusunun və yataqxananın, Şıxakəran kəndində 432 şagird yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində modul tipli məktəblərin tikinti işlərinin davam etdirildiyini, Gəgiran kəndində 264 şagird yerlik təzə məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, birinci rübdə rayonda ümumilikdə 324 iş yeri açılıb ki, onlardan 183-ü daimi iş yerləri olub. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda 135 nəfəri qadın olmaqla 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda Regional Qaz İdarəsinə 135 nəfər, Regional Elektrik Şəbəkəsinə 55 nəfər, ümumilikdə 1310 nəfər işlə təmin olunub. Haqqı ödənilən ictimai işlərə cəlb olunanların təkcə Lənkəran şəhərini və ətraf kəndləri deyil, eyni zamanda rayonun digər ərazilərində işləməyə ehtiyacı olan insanları da əhatə etməsinin təqdirəlayiq hal olduğu və əhali tərəfindən minnətdarlıqla qarşılandığı xüsusi vurğulanıb. İcra başçısı vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı görülən işlər və yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin daim diqqətdə saxlandığını və həlli ilə bağlı müvafiq tədbirlərin görüldüyünü bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların ölkənin tərəqqisində və vətəndaşların həyat şəraitinin yüksəlməsindəki rolu barədə danışıb.
2019-cu ilin birinci rübü Astara rayonu üçün də uğurlu olub. Belə ki, bu dövrdə Astara rayonunda ümumi məhsul istehsalının və xidmətlərin həcmi 33 milyon manat təşkil edib. Bunun 12 faizi sənayenin, 26 faizi kənd təsərrüfatının, 11 faizi tikintinin, 48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 2 faizi nəqliyyat və anbar təsərrüfatının, 1 faizi informasiya və rabitənin payına düşüb. Bu fikirlər mayın 14-də Astarada keçirilən bu ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin məruzəsində səsləndirilib. Hesabat məruzəsində qeyd olunub ki, ilin üç ayında rayonda 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Astara şəhərində 48 mənzilli yaşayış binasının tikintisi və uzunluğu 11,6 kilometr olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Bu dövrdə rayonun Şəmətük kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi və Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və kənd icmasının köməkliyi ilə Kijəbə qəsəbəsi ərazisində 150 ev təsərrüfatının suvarma suyuna olan tələbatını ödəmək məqsədilə su xəttinin çəkilişi başa çatdırılıb, Motalayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisinə start verilib.
Yaşayış üçün yararsız olan Astara şəhərinin Kələdəhnə yaşayış massivində keçmiş peşə məktəbinə məxsus yataqxana binalarında yaşayan sakinlərin müraciətləri nəzərə alınaraq, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına verilib, orada təmir və bərpa işlərinə başlanılıb.
Bildirilib ki, bu ilin üç ayında rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Əkin üçün şum işləri aparılıb, payızlıq və yazlıq bitkiləri əkilib. Bələdiyyə və meşə torpaqlarında sitrus, tut və fındıq əkininə yararlı torpaqlar müəyyənləşdirilərək əkinə cəlb edilib. Rayonda sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara çatdırılıb.
Qeyd olunub ki, Astara Rayon Məşğulluq Mərkəzində 732 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb. Onların 53 nəfəri qaz istismar sahəsində, 45 nəfəri elektrik şəbəkəsində, 20 nəfəri Astara Elektrik Stansiyasında, 20 nəfəri Fövqəladə Hallar Nazirliyinin müvafiq hərbi birləşmələrində, 345 nəfəri isə DOST İş Mərkəzi MMC-də işlə təmin olunub. Aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 18 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

 
  • Oxunub:  1680  |  
  • Tarix:  18-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA