Ana səhifə »  Qəzetin pdf formatı »  BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
A+   Yenilə  A-
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...

Azərbaycan Prezidentinin Brüsselə səfərindən bir neçə gün keçsə də, səfər, səfərin yekunları hələ də müxtəlif dairələrdə müzakirə mövzusudur və əlbəttə, bu, təbii, başadüşülən, qəbuledilən haldır (o da, başa düşüləndir ki, hələ səfəröncəsi də, gündəm Brüssel idi). Bəs qəbuledilməz olan nədir? – Qəbuledilməz olan odur ki, bir xeyli yanlış dəyərləndirmələr dolaşır virtual məkanda, mediada və s..  Bəli, deyilə bilər ki, yanlışlıq da insan halıdır, ola bilər və zamanla düzələr; lakin belə yanlışlıq, sanki düşünülmüş şəkildədirsə və bilərəkdən gündəliyə oturursa, bu başqa məsələ..! Bax, bu mövqelər dövlətçilik təfəkkürlü vətənkeş insanların əlinin tərsi ilə “etkisiz hal”a gətirilməlidir.

 
Beləliklə, Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı işçi şam yeməyində çıxışı da daxil olmaqla, respublikamızın bölgədə oynadığı rol, (rəsmi istilahla desək) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, AB ilə Azərbaycan arasında olan bağlar haqqında fikirləri özünə diqqət tələb edir.
Prezident İlham Əliyevin Brüsselə səfərinin yekunları ilə bağlı hansı müəyyənliklər, keçmişə dayalı, gələcəyə yönəlik istiqamətlər fərqləndirilə bilər?
Öncə, onu deyək ki, Avropaya inteqrasiya, Qərbyönümlü siyasi kurs müstəqil dövlətimizin dəyişməz xəttidir. Yalnız bayrağımıza baxmaqla belə, bu sözlərin dərinliyini görmək çətin deyil. Özü də, bayraq yaradan şəxsiyyətlərimiz hələ 101 il bundan öncəki siyasi-ideoloji düsturla çağdaşlaşmaq (Avropaya inteqrasiya) xəttini simvolizə edən al-qırmızı boyanı milli və dini xətti bildirən göylə yaşılın arasında təsbit edib. Görünür, bu, alternativlərin ən yaxşısı sayılıb. Babalarımız düz edib! Və bugün də, DÖVLƏT BABA düz edir! – Bugün, (hələlik) ən yaxşı dövlətlər birliyi modeli sayılan Avropa Birliyi (AB) ilə işbirliyi, bu Birliyin hamı tərəfindən qəbuledilmiş dünyəvi dəyərlərini paylaşmaq özü də alternativlərin ən yaxşısıdır. Prezident İlham Əliyev müstəqil dövlətimizin xarakterini, sabit ideoloji-siyasi kursun gərkdirdiklərini, politologiyada QƏRARın tərifi kimi müəyyənləşmiş “alternativlətin ən yaxşısının seçilməsi” işinin örnəyini yaradır.   
 
Azərbaycanla AB arasında işgüzar, faydalı və səmimi işbirliyi mövcuddur. Respublikamızın AB üzvü olan bir çox ölkə ilə bəlli tərəfdaşlıq əlaqələri var. Və bu dediklərimiz o demək deyil ki, AB bizə lazımdır, işbirliyi də, sanki birtərəfli istək üzrədir! Əsla! Azərbaycan AB üçün önəmli, etibarlı, xarakterli tərəfdaşdır! Bilirsiz, burada, xarakter sözünü təsadüfən işlətmirəm; artıq vurğuladığımız kimi, biz, bu sözün dərin məzmununu dövləti səviyyədə bayraqlaşdırmış respublikayıq! Heç təsadüfi deyil ki, AB Şurasının Prezidenti Donald Tusk da, Prezident İlham Əliyevlə görüş zamanı Azərbaycanı AB-nin etibarlı, məsuliyyətli tərəfdaş kimi dəyərləndirdi və Azərbaycanın bölgədə oynadığı rolun AB tərəfindən müsbət qiymətləndirildiyini vurğuladı. Məhz bu məqam ( –istərsiz etiraf deyin, istərsiz, dəqiq müşahidə deyin– bütün hallarda), milli qürurumuza əlavə xallar qazandırır. Bu qazanc dövlət ərkanımızın, şəxsən dövlət başçımızın gərgin əməyinin, düşünülmüş addımların bəhrəsidir.  
Yaxşı, bəs D.Tuskun dediyi məqamlar dövlətimizin hansı addımları ilə ortalığa çıxdı, fakta çevrildi? – Diqqət edək:
-Azərbaycan birgəyaşayış qaydalarını, xalqlararası hüquq normalarını davamlı gözləyən, bəlli ifadə ilə desək, “anti-semitizm” də daxil olmaqla, ayrı-seçkilik yürütməyən mədəniyyət iqliminə malikdir;
-Azərbaycan mədəniyyətlər, sivilizasiyalararası dialoq müstəviləri, platformaları yaradıb;
-AB ilə bağlı məsələlər Prezident İlham Əliyev tərəfindən respublikamızın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib, artıq bir çox sahələrdə qarşılıqlı faydalı işbirliyi qurulub;
-Azərbaycan Avropanın eneji təhlükəsizliyində əzm, iradə və imkanlara sahibdir;
-Azərbaycan hansısa böyük dövlətin forpostu deyil, öz müstəqil siyasəti ilə seçilir;
-Azərbaycan çətin və bir sıra dövlətlərin çəkingən durduyğu vaxtlarda da, qlobal layihələrə öncüllük edib, prinsipallıq göstərib, ölkələrarası daşımaçılıq dəhlizləri yaradıb;
-Azərbaycan (bir sözlə) zəngin iqtisadi imkanları olan ölkədir;
-Azərbaycan Qafqazın ən çox əhaliyə malik ölkəsidir və saytərkibində gənc nəsil çox önəmli yerə malikdir ( -yəni cəmiyyətdə dinamizim var);
-Azərbaycan siyasi məsuliyyətini, xalqlararası meydanda hüquq normalarını gözləyən, üzərinə düşən öhdəliklərə sadiq qalan bir respublika olaraq, işğalçı düşmənin yaratmış olduğu (bölgəni, müəyyən qədər Avropanı (dünyanı) da!) təhdid edən “elnolunmamış müharibə”yə münasibətdə belə dünya birliyinin çağrışlarına biganə qalmır və s.
 
Eyni zamanda,
- AB Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənədlərdə özünü aydın göstərir (2018-ci ildə Prezident İlham Əliyevin AB-nın mənzil qərərgahına səfəri zamanı paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində AB Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib;
- “Yekun Bəyanat”ın qəbul olunması ilə bağlı irəli sürülən bəzi iddiaların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun “Bəyanat” verilməsi nəzərdə tutulmuşdu; sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından  ümumi “Yekun qeydlər sənədi”nin qəbul olunması qərara alınıb. Bu sənəddə də AB-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel Sammitinin yekunları ilə bağlı sənədin uyğun müddəaları da nəzərə alınıb.
- Biranlamlı şəkildə bildirmək olar ki, AB Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
 
***
Şübhəsiz ki, hazırda AB ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığa dair sənəd hazırlanması və bu sənəddə əsas müzakirə mövzusunun enerji və ticarət məsələləri olması siyasi fəal vətəndaşlarımıza bəllidir.
O da bəllidir ki, Azərbaycan AB ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də  öz vətəndaşlarının (o cümlədən hüquqi şəxslərin, şirkətlərin) çıxarlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin, başqa sözlə, daha dərin işbirliyi iqliminin formalaşdırılmasına səylər göstərilir. Yəqin heç təsadüfi deyil ki, məhz bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.
 
Bir daha o qənaəti bölüşürük  ki, prezidentin Brüsselə səfəri və keçirdiyi görüşlər respublikamızla AB arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından önəm daşıyıb, ayrı-ayrı sahələr üzrə işbirliyi prioritetləri bir daha nəzrədən keçirilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Dövlətimizin bayrağı uca olsun!
 
P.S. Brüssel şəhərinin adı, köhnə niderlandcadan çevirdikdə, “bataqlıq” (“bruoc”) və (yenə köhnə niderlandcadan çevirdikdə, “məskən” (“sella”) sözlərindən yaranıb, anlamı “bataqlıqda məskən” deməkdir; bizim Bakının anlamı isə “(Dənizə) Baxılan yer, “Ba(x)k+ı”, “Hündür yer”, “Müşahidə yeri”  kimi yorumlana bilərsə də, daha çox “küləklər şəhəri” olaraq dillər əzbəridir. Ümidvaram, istər xarici, istərsə daxili “yanlışlıq ustaları”, “önyarğılı”lar Brüssel bataqlığında batmadan, hadisələrə bir qədər ucadan (hündürdən) baxsalar, özlərinə də, ictimai fikrə də çox ziyan vurmamış olarlar...
 
 
Əkbər Qoşalı,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

 
  • Oxunub:  1890  |  
  • Tarix:  20-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 21:23
Prezident İlham Əliyev: Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz
20 İyun 21:20
Bolqarıstanlı qonaqlar İçərişəhərdən xoş təəssüratla ayrılıblar
20 İyun 21:10
Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti
20 İyun 21:08
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
20 İyun 21:04
Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib
20 İyun 21:00
İrakli Kobaxidze: Gürcüstan-Azərbaycan əlaqələri dostluğa və qarşılıqlı hörmətə söykənir
20 İyun 20:57
ADA Universitetində keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb
20 İyun 20:55
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir
20 İyun 20:52
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib
20 İyun 20:40
BERNAMA agentliyi: Azərbaycan Malayziya ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verir
20 İyun 20:39
Gəncədə "Ermənistanın regional təhdidi" mövzusunda forum keçirilib
20 İyun 20:37
Georgi Katulin: İkinci Avropa Oyunlarına hazırlıq zamanı Azərbaycanın təcrübəsindən yararlanmışıq
20 İyun 20:33
Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
20 İyun 20:31
Minskdə ikinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib
20 İyun 20:29
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
20 İyun 17:51
Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı
20 İyun 17:50
Rövşən Rzayev: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır
20 İyun 17:44
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
20 İyun 17:43
Pərvin Kərimzadə: 2019-cu il Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil olub
20 İyun 17:40
Sevinc Hüseynova: Minimum əməkhaqqının 250 manata qədər artırılması vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq
20 İyun 17:39
BMT rəsmisi qaçqınlara münasibətinə görə Azərbaycana təşəkkür etdi
20 İyun 17:26
Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda konfrans keçirilib
20 İyun 17:20
Gəncədə ilk dəfə Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilib
20 İyun 17:19
Vüsal Hüseynov: İnkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəyi artırmalıdır
20 İyun 17:17
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
20 İyun 17:14
Baş nazirin müavini: Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir
20 İyun 17:13
“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
20 İyun 16:59
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər müzakirə olunub
20 İyun 16:52
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz
20 İyun 16:45
Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib
20 İyun 16:40
AZAL-ın prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib
20 İyun 16:36
Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
20 İyun 16:21
Milli Məclisdə Avropa Şurasının layihə rəhbəri ilə görüş olub
20 İyun 16:11
Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır
20 İyun 15:56
Əli Əhmədov: Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur
20 İyun 15:44
Prezident İlham Əliyevin yeni Sərəncamları sosial sahədə növbəti inqilabi mərhələnin parlaq təzahürüdür
20 İyun 15:31
Bolqarıstan Xalq Məclisinin sədri Şəhidlər xiyabanını ziyarət edib
20 İyun 15:22
“Azərkosmos” Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünə qoşulub
20 İyun 15:21
Azərbaycanda dövlət qulluğunda çalışanların orta yaş həddi 43-dür
20 İyun 15:02
Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilib
20 İyun 14:57
Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir
20 İyun 14:50
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA