Ana səhifə »  Qəzetin pdf formatı »  Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
A+   Yenilə  A-
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
-Muxtar müəllim, məlum olduğu kimi dövlət başçısının qərarları ilə bir sıra dövlət qurumlarında struktur islahatları aparılır. Bu baxımdan, ölkə rəhbərinin müvafiq Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?

-Nazirliyin fəaliyyət istiqamətləri genişdir, amma çalışacağam ki, qısa cavab verməklə suallarınızı tam əhatə edim.Hazırda fəaliyyət isqitamətlərimizə biomüxtəlifliyin, su və torpaq ehtiyatlarının, atmosfer havasının mühafizəsi, meşələrin və yaşıllıqların qorunması və sahəsinin artırılması, tullantıların idarə olunması, təbii sərvətlərdən səmərəli istifadə, geoloji kəşfiyyat, geodeziya və kartoqrafiya, ətraf mühitin monitorinqi, hidrometeorologiya və s. məsələlər daxildir. Bu da öz növbəsində qeyd olunan sahələr üzrə idarəetməni davamlı inkişaf prinsiplərinə uyğun qurmağı zəruri edir.

Cənab Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatların əsas məqsədi də idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bu Fərman Nazirliyin bugünkü və gələcək fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir. Optimallaşma nəticəsində paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili ilə büdcə vəsaitinə qənaət olunacaqdır.

Fərmandan irəli gələn fəaliyyətlərin icra edilməsi nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır.

-Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir. Bu istiqamətdə hansı işlər görülür?

-Ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mövcud olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və digər dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin həddindən artıq çirklənməsinə səbəb olmuşdur. Çirklənmiş ərazilərin bərpası əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhəri və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir.

Bununla əlaqədar ETSN tərəfindən 2018-ci ildə Suraxanı rayonunda müxtəlif ərazilərdə, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində uzun illər formalaşan gölməçələrin qurudulması, neft və neft şlamı ilə çirklənmiş ərazilərin təmizlənməsi işləri aparılır.

Abşeron yarımadasında tullantı və lay suları ilə çirklənmiş göllər ekoloji şəraitə ciddi təsir göstərir və Xəzər dənizinin çirkləndirilməsində mühüm rol oynayır.

Yarımadada göllər üzrə araşdırmalar aparılmış, 9 gölün (Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ, Bülbülə və Böyükşor)ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi prioritet hesab edilmişdir.

Bildiyiniz kimi, Abşeron göllərinin bərpası layihəsi çərçivəsində yarımadanın ən böyük gölü olan Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci mərhələsində gölün 300 hektara yaxın sahəsi bərpa edilmiş, Böyükşor bulvarı salınmış, sahil ərazilər abadlaşdırılaraq yaşıllaşdırılmış, suyun keyfiyyətinə online rejimdə nəzarət təşkil edilmişdir.

Ekoloji tədbirlərin davamı olaraq hazırda təmizlənmə və bərpa metodologiyaları müəyyənləşdirildikdənorpaqlarınistifadə təyinatına

Su hövzələrinin çirkləndirilməsi ölkənin və yarımadanın əsas ekoloji problemlərindəndir. Kanalizasiya sistemlərinin və müvafiq təmizləyici qurğuların qurulması hesabına su mənbələrinin çirklənməsinin qarşısı alınmalıdır.

Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edərək 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri icra olunmalı, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə müvafiq layihələr həyata keçirilməlidir.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqlim dəyişmələrinin fəsadları müşahidə olunmaqdadır və təhlükəli hidrometeoroloji hadisələrın sayında, intensivliyində artım tendensiyası izlənilir. Bu sahədə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, dəniz hidrometeoroloji şəbəkəsinin avtomatlaşdırılması, yeni proqnoz modellərinin tətbiqi ilə hidrometeoroloji xidmət sahəsinin modernləşdirilməsi nəzərdə tutulub.

Havanın çirklənməsi məsələlərinə də böyük diqqət göstərilir. Qeyd etmək lazımdır ki, yeni yaradılan müəssisələrdə ekoloji tələblərə cavab verən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həyata keçirilmiş tədbirlər xüsusən Bakı və Sumqayıt kimi iri şəhərlərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini vermişdir.

Bu gün ölkəmizdə atmosfer havasının keyfiyyətinə təsir edən digər əsas amillər təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara riayət olunmamasıdır. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşıya mühüm vəzifə kimi qoyulub. Havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına müsbət təsir edəcəkdir. Bu layihənin reallaşdırılması nəticəsində, o cümlədən “AVRO-5” standartlarına uyğun yanacaq istehsalı atmosferə atılmaların kifayət qədər azalmasına şərait yaradacaqdır.

Təsərrüfat obyektlərində müvafiq avadanlıqların qurulması da ciddi nəzarətə götürülmüşdür. Atmosfer havasına atılan tullantıların qarşısının alınması istiqamətində maarifləndirmə, təşviqat və inzibati tədbirlər həyata keçirilir. Ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində də monitorinq və araşdırmalar aparılıb, proses bu gün də davam etdirilir.

- Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” ilə bağlı nə kimi addımlar atılır?

-Hazırda qlobal səviyyədə ətraf mühiti çirkləndirənəsas faktorlardan biri də plastik tullantılarıdır. Heç kəsə sirr deyil ki, plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır. Ümumilikdə isə, 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb.

Ölkə rəhbəri tərəfindən verilmiş Sərəncam bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynadı. Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Tədbirlər Planında plastik qablaşdırma materiallarının ətraf mühitə mənfi təsirinin azaldılması və onların alternativlərinin ölkə bazarına daxil olmasının asanlaşdırılması üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.

Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində başladığımız genişmiqyaslı kampaniya bu gün də davam edir.Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir.

Tullantıların idarə olunması bütün ölkələrə xas olan problemdir və iqtisadi inkişaf dövrünü yaşayan ölkəmizdə də özünü göstərir.Balaxanı poliqonunun müasir standartlara uyğun yenidən qurulması, Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarının istismara verilməsi, Təhlükəli Tullantılar Poliqonunun yaradılması, poliqonların əksəriyyətinin tam bərpa olunması və çoxsaylı qeyri-qanuni tullantı sahələrinin təmizlənməsi hesabına Bakıda köklü müsbət dəyişikliklər hiss olunur.

Lakin digər ərazilərdə, xüsusilə də iri yaşayış məntəqələrində məişət tullantılarının daşınması və yerləşdirilməsi narahatlıq doğurur.

-Bəs respublikamızda su ehtiyatlarının idarə edilməsi ilə bağlı durum hansı səviyyədədir?

-Su ehtiyatları istənilən dövlət üçün ən qiymətli resurslardan biridir. Əhalinin artımı və iqtisadiyyatın inkişafı şəraitində dünyada su ehtiyatlarından istifadə sürətlə artır və əksər region və ölkələrdə su təminatı kəskin şəkildə pisləşir.

BMT-nin 2018-ci ildə nəşr olunmuş Dünya Su İnkişafı Hesabatına əsasən iqtisadiyyatın inkişafı və əhalinin artması səbəbindən suya olan tələbat hər il təqribən 1% artır və bu əsasən inkişaf etməkdə olan ölkələrdə daha çox özünü biruzə verir. Hazırda dünya əhalisinin 40%-dən çoxu su qıtlığı problemindən əziyyət çəkir və iqlim dəyişikliyi nəticəsində 2050-ci ilə qədər bu rəqəmin artacağı proqnozlaşdırılır.

Ölkəmizə gəlincə, araşdırmalara görə Cənubi Qafqazın ümumi su ehtiyatının yalnız 10 faizi Azərbaycanın payına düşür. Ölkənin su ehtiyatlarının təqribən 70%-i qonşu dövlətlərin ərazisində formalaşır və Azərbaycan üçün regional su resurslarının dövlətlərarası ədalətli bölünməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Respublikanın ərazisinin 3/4 hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayın qonşu dövlətlərin ərazilərində çirklənməsi ekoloji gərginlik yaradır.

Dinamik iqtisadi inkişafla əlaqədar ölkədə kifayət qədər iri su istifadəçiləri yaranmışdır ki, onların da fəaliyyət sahəsində içməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə və israfçılıq hallarına yol verilir. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi və suvarma kanallarının rekonstruksiyası istiqamətində aparılan genişmiqyaslı işlərə baxmayaraq hələ də bu sahədə çox böyük miqdarda su itkisi mövcuddur. Belə ki, təbii mənbələrdən götürülən suyun istehlakçıya çatdırılması prosesində böyük itkiyə yol verilir ki, bu da az su ehtiyatlarına malik olan ölkəmiz üçün böyük rəqəm hesab olunur.

Hazırda ölkəmizdə su qıtlığının qarşısının alınması məqsədi ilə yeni alternativ su mənbələrinin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir. Su istehlakçılarının təlabatının tam ödənilməsi məqsədilə əlavə müxtəlif tutumlu yeni su anbarlarının yaradılması ölkənin su təhlükəsizliyində mühüm rol oynaya bilər. Yaxın gələcəkdə alternativ su mənbələrinin axtarışı, yağış sularından istifadə olunması, dəniz suyunun duzsuzlaşdırılması, sudan təkrar istifadə kimi amillər də nəzərə alınmalıdır.

-Muxtar müəllim, hazırda Xəzər dənizinin ekoloji vəziyyəti də aktual məsələlərdən biridir. Xəzərin ekoloji vəziyyətinin çirklənməsinin qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir?

-Bu gün Nazirliyin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.

Lakin əfsuslar olsun ki, antropogen və təbii amillərin təsiri (qlobal iqlim dəyişiklikləri, dəniz səviyyəsinin tərəddüdü, çay axınının həddən artıq tənzimlənməsi, çirklənmə, qanunsuz balıq ovu və s.) Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarmışdır. Bu gün Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar.

Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.

Dənizi Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlər keçirilmiş və dənizə olan axarlar müəyyən edilərək xəritələşdirilmişdir. Etiraf etmək lazımdır ki, sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları təmizlənmədən Xəzərə axıdılır.

Xəzər dənizinin su balansında əsas rolu dənizə tökülən 130-a qədər çay təşkil edir. Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti olsa da, bu gün Xəzər akvatoriyasını ən çox Volqa çirkləndirir.

Bu su hövzəsinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Ötən ilin avqust ayında Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının Beşinci Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya”nın imzalanması ilə regionda əməkdaşlığa yeni zəmin yaranmışdır.

-Bu gün respublikamızın ərazisində yaşıllaşdırma işləri də böyük vüsət alıb. Bu barədə nə deyə bilərsiniz?

-Bildiyiniz kimi, Abşeron yarımadasının iqlimini nəzərə alaraq, onun arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərində yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir.

Əsas prioritet istiqamətlərimizdən biri də meşələrin artırılması və bərpası, o cümlədən meşələrdən davamlı istifadə edilməsidir. Azərbaycan az meşəli ölkədir. Meşələrin qanunsuz qırılması və digər dağıdıcı müdaxilələrin qarşısının alınması, meşələrin qorunması və mühafizəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda “Azərkosmos” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə meşə ilə örtülü ərazilərindəqiqləşdirilməsi məqsədilə inventarlaşma işləri aparılır. Bu işlərdə Nazirliyin nəzdində fəaliyyət göstərən geodeziya və kartoqrafiya xidmətinin imkanlarından da geniş istifadə edilir.

Bundan əlavə meşə idarəetmə sisteminin müasirləşdirilməsi, meşə ekosisteminin qorunub saxlanılması, yeni meşə sahələrinin salınması və meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Yeni Milli Meşə Proqramının hazırlıq işlərinə başlanılıb və Proqramın ilkin layihəsi tamamlanıb. Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulub.

-Mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında Prezidenti İlham Əliyev və ailə üzvləri də iştirak etdi...

-Bəli, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.

Ağacəkmə kampaniyası zamanı “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verilib. Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahənin təmizlənərək bərpa edilməsi, kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra olunub. Ümumilikdə, indiyədək bu ərazidə yerli iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkildi. Ağaclar əraziyə çəkilmiş müasir, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün su isə Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin ediləcək.

Azərbaycan dövləti ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə həmişə xüsusi diqqətlə yanaşır. Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyev bütün dövrlərdə çox böyük işlər görüb. Ümummilli Liderin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Bu gün Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir. Bu işlərin görülməsində, yaşıllıqların salınmasında, şəhərlərimizdə və rayonlarımızda təmizlik işlərində hər bir sakin fəal iştirakı ilə seçilir. Təsadüfi deyil ki, hazırda Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunədir.

-Respublika ərazisindəki mövcud mineral xammal bazası və ondan səmərəli istifadə ilə də bağlı hazırda hansı işlər aparılır?

-Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik ölkədir. Aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində ölkənin bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. Onlardan səmərəli şəkildə istifadə olunması iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaqdır.

Dövlət Balansında qeydiyyata alınmış, sənayenin müxtəlif sahələrində istifadə oluna bilən faydalı qazıntı ehtiyatları istismara cəlb edilməmişdir. Bu yataqlara misal olaraq seolit, kükürd, barit, gips, anhidrid, gəc, keramika xammalı, dolomit, bentonit gilləri, kvarsit, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı, şüşə xammalı, selitra, karbonat xammalı, əlvan daşlar, kaolin gilləri və s. göstərmək olar.

Sadalanan mineral xammal ehtiyatları qeyri-neft sektorunun inkişafında sənayenin müxtəlif sahələrində - metallurgiya, kimya, neft, neft-kimya, sement istehsalı, tibb, zərgərlik, tikinti, şüşə istehsalı, yol və inşaat işlərində geniş tətbiq oluna bilər.

Filiz yataqlarının öyrənilməsi istiqamətində “AzerGold” QSC ilə birgə ölkənin ən böyük qızıl yatağı kimi proqnozlaşdırılan Tülallar sahəsində tədqiqat işləri davam etdirilir və bütün filiz yataqları haqqında məlumatlar rəqəmsallaşdırılır.

Əsas prioritet məsələlərdən başlıcası ehtiyatlar balansında qeydiyyata alınmış mineral xammal yataqlarının istismara cəlb olunması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsindən ibarətdir.

-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq əlaqələri haqqında da məlumat verməyinizi xahiş edirik...

-Azərbaycan Cənubi Qafqazda, Mərkəzi Asiya və Qərbi Asiya ölkələrini birləşdirən əhəmiyyətli yolayrıcında yerləşir. Bu baxımdan ölkənin ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığına onun mürəkkəb geosiyası vəziyyəti təsir edir.

Ətraf mühit problemlərinin ümumbəşəri bir problem olduğunu nəzərə alaraq, dünyanın heç bir ölkəsi ətraf mühitin mühafizəsi problemlərini təklikdə həll etmək iqtidarında deyil. Bu məqsədlə ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr və təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulma vacib məsələlərdəndir. Azərbaycan 20-dən çox beynəlxalq konvensiya və protokollara qoşulub. Bu istiqamətdə fəaliyyət bu gün də davam etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır. 40-a yaxın ölkə ilə ikitərəfli müqavilələr imzalanıb.

Xarici siyasətimizin prioritet istiqamətlərindən olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir.

-Bildiyimiz kimi ölkəmizdə bir sıra qoruq və milli parklar fəaliyyət göstərir. Burada ekoturizmin inkişafı ilə əlaqədar hansı perspektivlər mövcuddur?

-Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə zəngin biomüxtəlifliyə malik olan ölkələrdəndir. Bu baxımdan ölkəmizdə biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir. Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 10,3 %-nə çatdırılıb. Ölkədə 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yaradılıb. Bu ildən etibarən Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması işlərinə başlanılacaqdır.

Ölkəmizdə hazırki və növbəti illər üçün prioritetlərdən biri ətraf mühitin mühafizəsi və yerli əhalinin rifah halını yaxşılaşdırmaq, onun tələblərini qarşılamaq üçün potensiala malik olan davamlı ekoturizmin inkişaf etdirilməsidir.

Ekoloji turizm - dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biridir. Ekoloji turizm istirahət məqsədi ilə istifadənin yeni forması olmaqla yanaşı, təbiətdən zövq almaq, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməklə, həm də turizm fəaliyyətinin dayanıqlılığını tələb edir. Ekoturizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi ilə birlikdə beynəlxalq ekspertlərin dəstəyi ilə yeni ekoturizm konsepsiyası hazırlanır.

Bu istiqamətdə xanım Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işləri, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarını yüksək qiymətləndiririk.

İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir. Belə ki, nəsli kəsilmiş zubrların (avropa bizonu) bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması və çoxaldılıb təbiətə buraxılması üçün Şahdağ Milli Parkının ərazisində volyer kompleksi inşa edilib. 2019-cu ilin may ayında ölkəyə bizonların introduksiya olunması və bir ay müddətində qapalı volyer şəraitində saxlanıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin birgə təqdimatı ilə təbiətə buraxılması planlaşdırılır.

Bildiyiniz kimi, IDEA-nın təşəbbüsü ilə Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaq məqsədilə milli parklarla bağlı sənədli filmlər silsiləsi də yaradılır. Sözügedən layihə çərçivəsində 2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə "Quşlar cənnəti - Ağgöl Milli Parkı" və "Göygöl Milli Parkı", 2017-ci ildə "Azərbaycan. Ceyranların xilası”, ötən il isə "Abşeron Milli Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu yaxınlarda “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirildi və Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərildi və geniş auditoriya tərəfindən böyük maraqla qarşılandı.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıqları və dəstəyi ilə reallaşdırılan layihələr də ölkəmizdə ətraf mühitin mühafizəsinə mühüm töhfələr verməkdədir.

Azərbaycan Respublikasının geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin qorunması istiqamətində YUNESKO ilə əməkdaşlıq genişləndirilir. Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı işlər aparılır.

YUNESKO-nun Qlobal Geoparklar təşəbbüsü çərçivəsində Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu ərazisinin beynəlxalq geoloji əhəmiyyətə malik ərazi kimi müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçirilir.Bu günlərdə “geoparkların yaradılmasına dair”qanunvericiliyə edilmiş dəyişikliklər bu işlərin reallaşdırılması üçün imkanlar yaradır.

- Sizcə, ətraf mühitin qorunmasını təmin etmək üçün ictimai nəzarət hansı səviyyədədir?

-Əlbəttə, dövlət qurumları ilə yanaşı, ətraf mühitin qorunmasını təmin etmək üçün ictimai nəzarət daha da artırılmalıdır. Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur. Bu gün ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hər kəsin bu işə cəlb olunmasını tələb edir. Heç kimin bu problemdən kənarda qalmağa mənəvi haqqı yoxdur.Nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir.

Belə ki, ətraf mühitin vəziyyəti və bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə müxtəlif mövzularda ekoloji təbliğat xarakterli görüşlər keçirilir, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilir. Beynəlxalq ekoloji təqvim günlərində də ekoloji təbliğat xarakterli tədbirlər həyata keçirilir.

Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Bu baxımdan gənclərin nazirliyin fəaliyyətində fəal iştiraka cəlb olunmasına, onların istək, rəy və təkliflərinə böyük önəm verilir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq gənclərlərdən ibarət “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupu yaradılmışdır. Bu günə kimi, artıq 500-ə yaxın könüllü gənc müraciət etmişdir. Könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək. Seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaqdır. Biz hər bir kəsi laqeyd olmamağa, təbiəti sevməyə və qorumağa çağırırıq.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  20-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 17:51
Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı
20 İyun 17:50
Rövşən Rzayev: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır
20 İyun 17:44
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
20 İyun 17:43
Pərvin Kərimzadə: 2019-cu il Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil olub
20 İyun 17:40
Sevinc Hüseynova: Minimum əməkhaqqının 250 manata qədər artırılması vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq
20 İyun 17:39
BMT rəsmisi qaçqınlara münasibətinə görə Azərbaycana təşəkkür etdi
20 İyun 17:26
Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda konfrans keçirilib
20 İyun 17:20
Gəncədə ilk dəfə Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilib
20 İyun 17:19
Vüsal Hüseynov: İnkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəyi artırmalıdır
20 İyun 17:17
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
20 İyun 17:14
Baş nazirin müavini: Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir
20 İyun 17:13
“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
20 İyun 16:59
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər müzakirə olunub
20 İyun 16:52
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz
20 İyun 16:45
Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib
20 İyun 16:40
AZAL-ın prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib
20 İyun 16:36
Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
20 İyun 16:21
Milli Məclisdə Avropa Şurasının layihə rəhbəri ilə görüş olub
20 İyun 16:11
Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır
20 İyun 15:56
Əli Əhmədov: Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur
20 İyun 15:44
Prezident İlham Əliyevin yeni Sərəncamları sosial sahədə növbəti inqilabi mərhələnin parlaq təzahürüdür
20 İyun 15:31
Bolqarıstan Xalq Məclisinin sədri Şəhidlər xiyabanını ziyarət edib
20 İyun 15:22
“Azərkosmos” Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünə qoşulub
20 İyun 15:21
Azərbaycanda dövlət qulluğunda çalışanların orta yaş həddi 43-dür
20 İyun 15:02
Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilib
20 İyun 14:57
Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir
20 İyun 14:50
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
20 İyun 09:52
İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır
20 İyun 09:50
Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır
20 İyun 09:49
Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24