Ana səhifə »  Qəzetin pdf formatı »  Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
A+   Yenilə  A-
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir

Ölkəmiz Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində, bir qayda olaraq, milli maraqlardan çıxış edir. O cümlədən respublikamızın beynəlxalq təşkilatlarda təmsilçiliyi qarşılıqlı faydalılıq prinsipinə əsaslanır. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr də istisna deyil. Avropa İttifaqı ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq Azərbaycanla Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri qurulub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, indiyədək Azərbaycanla Avropa İttifaqında təmsil olunan ayrı-ayrı dövlətlər arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Ölkəmiz Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir.
Öz növbəsində Avropa İttifaqı da Cənubi Qafqaz coğrafiyasının lider dövləti olan Azərbaycanla tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük önəm verir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirib və respublikamızın regionda oynadığı rolun Avropa İttifaqı tərəfindən müsbət dəyərləndirildiyini vurğulayıb. Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, qurum ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək verir. Qurumun bu mövqeyi qəbul edilmiş ikitərəfli sənədlərdə, o cümlədən də ötən il imzalanan “Tərəfdaşlıq prioritetləri”ndə açıq şəkildə ifadə olunub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Azərbaycanın regionun aparıcı dövləti olması bütün istiqamətlərdə Avropa İttifaqı ilə əməkdaşlıq imkanlarının genişliyini şərtləndirir və bu reallıq Aİ tərəfindən obyektiv qiymətləndirilir. Onun sözlərinə görə, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı səviyyəsi tərəflərin strateji maraqlarına və gözləntilərinə uyğun olsa da, daha da sıx əməkdaşlıq imkanları daim müzakirə mövzusudur: “Hazırkı mərhələdə Avropa İttifaqını ən çox qayğılandıran enerji təhlükəsizliyi və səmərəli vahid enerji bazarının formalaşdırılması məsələləridir. Avropanın bu prioritetlərinin həyata keçirilməsində Azərbaycanın töhfələri göz qabağındadır. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində işlərin əhəmiyyətli hissəsi yerinə yetirilib. Ötən il mayın 29-da layihənin ilk hissəsinin rəsmi açılışı olub. Bu da bir daha sübut edir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində rolu artmaqdadır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq Aİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır. Həmçinin Azərbaycanın regionda aparıcı rolunun Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyi vurğulanıb. Təbii ki, Avropa İttifaqı rəhbərliyinin belə mövqeyi obyektiv əsaslara söykənir. Hər şeydən öncə, regionda həyata keçirilmiş və keçirilməkdə olan bütün enerji və nəqliyyat layihələrinin reallaşması məhz Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə mümkün olur. “Aİ-nin Şərq Tərəfdaşlığı Proqramında ən fəal iştirak edən ölkələrdən biri də məhz Azərbaycan Respublikasıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı qeyd etdi. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin xarakterinə toxunan Prezident tərəflər arasında sıx əməkdaşlığın mövcudluğunu bir daha vurğuladı. Dövlət başçısı Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan tərəfindən Azərbaycan torpaqlarının hələ də işğal altında saxlanıldığını bildirdi və münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın prinsipial mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmasının vacibliyini bir daha səsləndirdi. Bu da növbəti dəfə sübut edir ki, Azərbaycan beynəlxalq hüquqa həssaslıqla yanaşan, regional sülhün və təhlükəsizliyin qayğısına qalan bir dövlətdir. Dövlətimizin başçısı həmçinin 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü məsələsinin əks olunduğunu diqqətə çatdırıb. Bütövlükdə, proseslər göstərir ki, tərəflər arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.
“Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Səfər zamanı Prezident İlham Əliyevin Belçika Kralı Əlahəzrət Filip ilə görüşündə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə də ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Deputat qeyd edib ki, Donald Tusk görüş zamanı ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Səfər zamanı Prezident İlham Əliyev də Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu vurğulayıb. Dövlətimizin başçısı keçirilən bütün görüşlərdə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir.
“Çox təəssüf ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Bunu onların mənasız açıqlamalarında, eyni zamanda, ölkəmizdən kənarda yaşayan bəzi ünsürlərin davranışlarında da hiss etmək olur. Azərbaycanla bağlı “qara piar” kampaniyası ölkəmizin nüfuzuna kölgə salmağa hesablanmış, sifarişlər hesabına atılan addımlardır. Həmin qərəzli dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağa çalışırlar. Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu cür addımların sonu fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq mümkün deyil”, - deyə S.Fətəliyeva qeyd edib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2310  |  
  • Tarix:  21-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik

19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi
19 Sentyabr 17:48
Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı
19 Sentyabr 17:46
Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”
19 Sentyabr 17:38
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
19 Sentyabr 17:33
Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək fəxri mükafatı ilə təltif olunub
19 Sentyabr 17:31
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb
19 Sentyabr 17:30
Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
19 Sentyabr 17:25
Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
19 Sentyabr 17:19
Ulu Öndərin formalaşdırdığı enerji siyasəti “Əsrin müqavilə”si ilə Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirdi
19 Sentyabr 17:10
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19 Sentyabr 17:02
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19 Sentyabr 16:57
Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
19 Sentyabr 16:50
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edib
19 Sentyabr 16:46
“Azərsu” sədri Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan sakinləri qəbul edib
19 Sentyabr 16:43
Əsrin müqaviləsi - əsrə bərabər 25 il
19 Sentyabr 16:40
Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
19 Sentyabr 16:38
Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir
19 Sentyabr 16:36
Firəngiz Əlizadə: Berlin kimi böyük şəhərdə konsert təşkil etmək və zalları tamaşaçılarla doldurmaq böyük uğurdur
19 Sentyabr 16:33
Strateji inkişaf yolunun başlanğıcı – “Əsrin müqaviləsi”
19 Sentyabr 16:13
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
19 Sentyabr 16:05
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
19 Sentyabr 16:02
Gələn il 2 yeni “ASAN xidmət” mərkəzi Bakıda, 5 mərkəz isə regionlarda açılacaq
19 Sentyabr 15:50
Sevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur
19 Sentyabr 15:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
19 Sentyabr 15:13
Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Sentyabr 15:07
Qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb
19 Sentyabr 15:01
Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir
19 Sentyabr 14:58
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19 Sentyabr 14:47
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib
19 Sentyabr 14:45
Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib
19 Sentyabr 14:25
Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar – Yeni modellər öyrənilir – ARAŞDIRMA
19 Sentyabr 14:13
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib
19 Sentyabr 14:07
“Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə
19 Sentyabr 14:02
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
19 Sentyabr 14:00
Azərbaycan OPEC-lə neft bazarındakı vəziyyəti müzakirə edib
19 Sentyabr 13:53
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatala rayonlarının vətəndaşlarını qəbul edib
19 Sentyabr 13:46
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığının perspektivləri müzakirə olunub
19 Sentyabr 13:40
Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub
19 Sentyabr 13:31
Xəbər agentlikləri informasiya istehsalında süni intellektin tətbiqi məsələsini müzakirə edirlər
19 Sentyabr 13:28
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19 Sentyabr 12:52
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub
19 Sentyabr 12:50
“News Blaze” nəşri: “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir”
19 Sentyabr 12:29
AZƏRTAC Xəzər-Qara Dəniz regionu ölkələri üzrə ilin xəbər agentliyi mükafatına layiq görülüb
19 Sentyabr 12:19
Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib
19 Sentyabr 11:47
Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
19 Sentyabr 11:43
Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq
19 Sentyabr 11:38
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb
19 Sentyabr 11:16
Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
19 Sentyabr 11:09
Milli Musiqi Günü münasibətilə Qız Qalasının önündə konsert təşkil olunub
19 Sentyabr 11:06
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub
19 Sentyabr 11:00
Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir
19 Sentyabr 10:48
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq
19 Sentyabr 10:36
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
19 Sentyabr 10:30
Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub
19 Sentyabr 10:26
Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim
19 Sentyabr 10:25
SOCAR Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib
19 Sentyabr 10:20
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir
19 Sentyabr 10:17
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir
19 Sentyabr 10:12
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19 Sentyabr 10:05
"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə
19 Sentyabr 09:27
AHİK sədri Albaniya Həmkarlar İttifaqının qurultayında iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA