Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
A+   Yenilə  A-
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur

Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir. Dövlətimizin başçısı hələ 2003-cü ildə prezident seçiləndə açıqlamışdı ki, Azərbaycanın regionları ilə mərkəz arasındakı fərq aradan qaldırılmalıdır. Yəni, ölkəmizin inkişafı üçün regionların inkişaf etdirilməsi vacib məsələ idi. Bu məqsədlə 2004-ci ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlanıldı. Artıq 3 Dövlət proqramı uğurla reallaşdırılıb. Dövlət proqramlarının icrası nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, icra olunmuş Dövlət proqramları Azərbaycanın regionlarını böyük inkişafına gətirib çıxarıb: “Yəni, 2003-cü ildə ölkədə işsizlik 50 faizdən çox idisə, 2018-cilin sonunda 5 faiz olub. Qazlaşma 50 faizdən 95 faizə, içməli su təminatı 28 faizdən 70 faizə qalxıb. 3200-dən çox təhsil müəssisəsi, 640-dan çox tibb müəssisəsi yenidən qurulub, 44 olimpiya kompleksi, 15000 kilometrdən çox avtomobil yolları yenidən tikilərək istifadəyə verilib. Regionların elektrik enerjisi ilə təminatı kifayət qədər yaxşılaşıb, istehsal olunan elektrik enerjisini özümüzü təmin etməklə yanaşı, xaricə də ixrac edirik. Ölkədə rabitə və poçt xidmətləri müasirləşib, internet istifadəçilərinin sayı 80 faizi keçib, elektron hökumətin yaradılması prosesi başa çatıb. Regionların sosial infrastrukturu əsaslı şəkildə müasirləşib. Bu da regionlarda sahibkarlığın inkişafına öz töhfəsini verir. Son 15 ildə Azərbaycanda 100 mindən çox müəssisə istifadəyə verilib və bu müəssisələrin böyük hissəsi məhz regionlarda yerləşir”.

Sənayenin inkişafına dair Dövlət proqramının icrası nəticəsində ölkəmizin regionlarında sənayeləşmə prosesinin də geniş vüsət aldığını bildirən A.Badamov bildirib ki, regionlarda sənaye məhəllələri tikilir. Hər bir sənaye məhəlləsi 10-dan çox müəssisəni özündə birləşdirməklə, yeni iş yerlərinin açılmasına öz töhfəsini verir. “Neftçalada, Masallıda belə sənaye məhəllələri artıq fəaliyyətdədir. Sənaye məhəllələrinin yaradılması ölkəmiz üçün yeni sahə olan avtomobil sənayesinin inkişafına da təkan verib. Mingəçevirdə açılışı olmuş yüngül sənaye parkında isə 2 rezident fəaliyyətə başlayıb və burada 5 rezidentin fəaliyyət göstərəcəyi planlaşdırılır. Bu isə parkda 5000 yeni iş yerinin açılmasına gətirib çıxaracaq. Gəncədə alüminium və ağır sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da ölkəmizin ixrac qabiliyyətinin artmasına öz töhfəsini verir. Xalçaçılığın inkişaf etdirilməsi sahəsində də böyük layihələr həyata keçirilir, regionlarda xalça və yun emalı müəssisələri açılır. Bir sözlə, Azərbaycanın tarixini özündə yaşadan qədim xalça sənətinə yeni nəfəs verilir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, aqrar sahənin inkişafı da prioritet istiqamətdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət proqramları qəbul olunub, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına yeni təkan verilib. Regionlarda aqroparkların açılması prosesi sürətlənib, istehsal-logistika-marketinq-istehlak zəncirini özündə birləşdirən yeni müəssisələr açılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə 4 iri su anbarı tikilərək istifadəyə verilib, 100 minlərlə yeni torpaqlar dövriyyəyə qaytarılıb, əkin sahələrinin həcmi genişləndirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi sayəsində ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsi 90-100 faizə çatıb, qeyri-neft ixracında kənd təsərrüfatının payı artıb. Ümumiyyətlə, son 15 ildə kənd təsərrüfatı 1,7 dəfə, kənd təsərrüfatının ixracı isə 6 dəfədən çox artıb.

Regionların sosial infrastrukturun müasirləşməsi ölkədə turizmin inkişafına da öz təsirini göstərib. Bu barədə danışan A.Badamov bildirib ki, ölkəmizin 11 iqlim növündən 9-a malik olması və regionlarda yaradılmış müasir infrastruktur turizm sənayesinin inkişafını sürətləndirib. Altı beynəlxalq aeroportun istifadəyə verilməsi, ölkəmiz üçün yeni olan Qusar və Qəbələ qış-yay turizm komplekslərinin açılması, hər bir regionun turizm potensialının reallaşdırılması imkanlarının genişlənməsi bölgələrdə yeni turizm müəssisələrinin meydana gəlməsinə əlverişli şərait yaradıb.

Milli Məclisin deputatı deyib: “Ümumiyyətlə, indiyədək icra olunmuş regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı Azərbaycanın regionlarına yeni nəfəs verib, ölkədə deurbanizasiya prosesi başlayıb və bütövlükdə respublikamızı inkişafın yeni mərhələsinə çıxarıb. Artıq 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət proqramı təsdiqlənib. Dördüncü Dövlət proqramının icrası nəticəsində regionlar müasir dövrün çağırışlarına uyğun inkişaf edəcək, iqtisadiyyatın qeyri-neft sektorunda bölgələrin payı artacaq və regionlarda ixtisaslaşmış müəssisələr istifadəyə verilməklə ölkəmizin ixrac potensialı yüksələcək. Eyni zamanda, regionlarda işsizlik problemi əsaslı şəkildə həll olunacaq və əhalinin sosial rifahı daha da yaxşılaşacaq”.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  21-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 21:23
Prezident İlham Əliyev: Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz
20 İyun 21:20
Bolqarıstanlı qonaqlar İçərişəhərdən xoş təəssüratla ayrılıblar
20 İyun 21:10
Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti
20 İyun 21:08
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
20 İyun 21:04
Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib
20 İyun 21:00
İrakli Kobaxidze: Gürcüstan-Azərbaycan əlaqələri dostluğa və qarşılıqlı hörmətə söykənir
20 İyun 20:57
ADA Universitetində keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb
20 İyun 20:55
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsə çevrilir
20 İyun 20:52
Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib
20 İyun 20:40
BERNAMA agentliyi: Azərbaycan Malayziya ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verir
20 İyun 20:39
Gəncədə "Ermənistanın regional təhdidi" mövzusunda forum keçirilib
20 İyun 20:37
Georgi Katulin: İkinci Avropa Oyunlarına hazırlıq zamanı Azərbaycanın təcrübəsindən yararlanmışıq
20 İyun 20:33
Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
20 İyun 20:31
Minskdə ikinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimi keçirilib
20 İyun 20:29
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
20 İyun 17:51
Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı
20 İyun 17:50
Rövşən Rzayev: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır
20 İyun 17:44
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
20 İyun 17:43
Pərvin Kərimzadə: 2019-cu il Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil olub
20 İyun 17:40
Sevinc Hüseynova: Minimum əməkhaqqının 250 manata qədər artırılması vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq
20 İyun 17:39
BMT rəsmisi qaçqınlara münasibətinə görə Azərbaycana təşəkkür etdi
20 İyun 17:26
Sumqayıtda “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda konfrans keçirilib
20 İyun 17:20
Gəncədə ilk dəfə Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilib
20 İyun 17:19
Vüsal Hüseynov: İnkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəyi artırmalıdır
20 İyun 17:17
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
20 İyun 17:14
Baş nazirin müavini: Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir
20 İyun 17:13
“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
20 İyun 16:59
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər müzakirə olunub
20 İyun 16:52
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz
20 İyun 16:45
Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib
20 İyun 16:40
AZAL-ın prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib
20 İyun 16:36
Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
20 İyun 16:21
Milli Məclisdə Avropa Şurasının layihə rəhbəri ilə görüş olub
20 İyun 16:11
Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır
20 İyun 15:56
Əli Əhmədov: Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur
20 İyun 15:44
Prezident İlham Əliyevin yeni Sərəncamları sosial sahədə növbəti inqilabi mərhələnin parlaq təzahürüdür
20 İyun 15:31
Bolqarıstan Xalq Məclisinin sədri Şəhidlər xiyabanını ziyarət edib
20 İyun 15:22
“Azərkosmos” Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünə qoşulub
20 İyun 15:21
Azərbaycanda dövlət qulluğunda çalışanların orta yaş həddi 43-dür
20 İyun 15:02
Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilib
20 İyun 14:57
Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir
20 İyun 14:50
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA