Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması işləri davamlı xarakter daşıyır
Müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirən ən mühüm amillər möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir çağırışlara uyğun həyata keçirilən uğurlu siyasət Azərbaycanın inkişaf yolunda inamla irəliləməsini təmin edib. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, regionların sosial-iqtisadi inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir və yüksək inkişaf göstəriciləri əldə edilir. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması nəticəsində qazanılmış nailiyyətləri də xüsusi vurğulamaq gərəkdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın bölgələrində müasir infrastrukturun yaradılması da daim diqqət mərkəzindədir. Bu kontekstdə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində reallaşdırılan işlər də davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 1-də “Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bununla yanaşı, Prezident İlham Əliyev Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur. 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 46 kilometrdir. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsində əmələ gələn qabarmalar, çalalar nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradırdı. Layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, lazımi yerlərə suötürücü boruların quraşdırılması çərçivəsində 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Hazırda Quba-Qonaqkənd avtomobil yolunda əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri həyata keçirilir. Bunun üçün 450 min kvadratmetr sahədə əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 santimetr hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yolboyu əsasın alt layının tikintisi yekunlaşmaq üzrədir. Yolun 24 kilometrlik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır. Artıq yolun 12 kilometrlik hissəsinin asfaltlanması işləri bitib. Hazırda digər 12 kilometrlik hissədə işlər aparılır. Yolboyu mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunur, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istinad divarları tiklir, təhlükəli yerlərdə yol kənarına dəmir-beton qoruyucu bloklar düzülür. Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan biraşırımlı 3 körpü inşa edilib. Hazırda yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa olunur. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilir. Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişinin Quba rayonunun turizm imkanlarını genişləndirəcəyi gözlənilir.
Digər tərəfdən, Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı təmiri isə bu rayonda yol infrastrukturunun müasirləşməsinə və əhalinin asan gediş-gəlişinə səbəb olmaqla yanaşı, kütləvi turist axınına da şərait yaradıb. Bu ilin ilk rübündə həmçinin uzunluğu 31,9 kilometr olan Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi başa çatıb. Hazırda rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin “Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 15 fevral tarixli Sərəncamı ilə tikinti işlərinə vəsait ayrılıb. Cari ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən bu yolun tikintisi də davam etdiriləcək.
Samux rayonunda isə Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində rayon rəhbərliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçiləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu yol ümumi əhalisi 4409 nəfər olan Yenikənd, Köbər və Qaraağaclı yaşayış məntəqələrini birləşdirir. Avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yolun üzərində Qanlı qobu deyilən ərazidə sel sularının axıdılması üçün dəmir-beton konstruksiyalı və 18 metr uzunluğundə yeni körpü inşa edilib. Yol üzərində borular vasitəsilə 144 ədəd suötürücüsü yerləşdirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi Əvəz Qocayev çıxış edərək bildirib ki, respublikamızın hər bir rayonunda olduğu kimi, Samux rayonunda da yol infrastrukturu yenilənir və bu iş bundan sonra daha geniş şəkildə davam etdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 4 avqust tarixli Sərəncamı ilə yolun tikintisinə 4 milyon manat ayrılmışdı.
Bunlarla yanaşı, Xaçmazda 3 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb. 11 kilometr uzunluğundakı yolun yenidən qurulması Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq. Uzun illərdir təmir işləri aparılmadığından torpaq və çınqıl örtüklü yolda avtomobillərin hərəkəti üçün bir sıra çətinliklər yaranırdı. Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumu tərəfindən həyata keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni yol əsası inşa edilir. İşlərin ilkin mərhələsi başa çatdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq. Başlanğıcını respublika əhəmiyyətli Gəndob-Yalama yolundan götürən Çinartala-Qıraqlı avtomobil yolunun təmiri may ayı ərzində başa çatdırılacaq. Yolun yenidən qurulması bağçılıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin məhsullarının daşınması üçün də böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Hazırda Xaçmazda turizm əhəmiyyətli Xudat-Nabran avtomobil yolunun asfaltlanması və Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulması işləri də sürətlə davam etdirilir.
Qusarda isə səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisinə başlanılıb. 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 40 kilometrdir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsində əmələ gələn qabarmalar, çalalar nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradırdı. Hazırda yeni yol yatağının inşası işləri həyata keçirilir. Yolun eni 10 metrə qədər genişləndirilir. Yeni tikilən yola iyun ayında asfalt döşənməsi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilir. Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Bütövlükdə, Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  1350  |  
  • Tarix:  22-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 22:52
Şirməmməd müəllimi itirdik...
24 İyun 22:12
Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
24 İyun 22:05
YAP Nizami rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24 İyun 21:55
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşınqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
24 İyun 21:52
BMT-nin Dövlət Xidmətləri Forumunda DOST layihəsi böyük maraqla qarşılanıb
24 İyun 21:47
Azərbaycanın Baş Naziri Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb
24 İyun 21:44
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunu təltif edib
24 İyun 21:42
Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır
24 İyun 21:04
Səməd Seyidov: Avropa Şurası selektiv yanaşmaya, ikili standartlara son qoymalıdır
24 İyun 20:32
İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli
24 İyun 20:27
Mərakeşdə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib
24 İyun 20:18
Azərbaycanda dövlət-din münasibətləri sağlam şəkildə qurulub
24 İyun 20:11
Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
24 İyun 20:00
Gəncədə dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə keçirilir
24 İyun 19:45
Zakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tutur
24 İyun 19:43
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
24 İyun 19:35
Bakıda BMT Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasətin nəticəsidir
24 İyun 19:24
BDU-nun hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib
24 İyun 18:59
Fövqəladə Hallar nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub
24 İyun 17:48
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi
24 İyun 17:35
BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib
24 İyun 17:20
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək
24 İyun 16:58
Bəzi QHT layihələrinin maliyyələşdirilməməsi SƏBƏBLƏRİ açıqlanıb
24 İyun 16:37
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
24 İyun 16:28
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfransı keçirilib
24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA