Ana səhifə »  Qəzetin pdf formatı »  “The National Interest” jurnalında Cənub qaz dəhlizinin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə dərc edilib
A+   Yenilə  A-
“The National Interest” jurnalında Cənub qaz dəhlizinin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə dərc edilib

Amerikada çıxan “The National Interest” jurnalında “İrs Fondu” yanında Ellison adına Xarici Siyasi Araşdırmalar Mərkəzinin direktoru Lyuk Koffinin və Vaşinqtondakı Xəzər Siyasi Mərkəzinin direktoru Əfqan Niftinin məqaləsi dərc edilib.

Məqalədə Transxəzər qaz kəmərinin imkanlarından bəhs edilir. Müəlliflər yazırlar ki, Cənubi Qafqazda birinci enerji boru kəməri hələ 1906-cı ildə fəaliyyətə başlayıb. Xəzər dənizi sahilindəki Bakı limanını Qara dənizdən Batumi limanı ilə birləşdirən həmin boru kəməri layihəsi üçün istifadə edilmiş borular Mariupolda (Ukrayna) hazırlanırdı. Bu fakt geniş bir regionda mövcud olmuş və hələ də üstünlük təşkil edən qarşılıqlı əlaqələrin möhkəmliyinə sübutdur.

Müəlliflər yazırlar ki, diametri cəmi 20 santimetr olan həmin boru kəmərindən ağ neftin nəql edilməsi üçün istifadə olunurdu. İndi, o vaxtdan bir əsrdən çox keçəndən sonra həmin boru kəmərinin əvəzinə Orta Asiyanı Avropa ilə birləşdirən müasir qaz və neft kəmərləri şəbəkəsi qurulub. Lakin regionda istifadəyə verilmiş və hələ tikilməkdə olan bütün boru kəmərlərini kəmərləri nəzərə aldıqda belə, daha bir mühüm tərkib hissə çatışmır. Transxəzər qaz kəməri təbii qazın Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil.

Transxəzər boru kəməri Avropanın enerji landşaftını dəyişə bilər. Son hesablamalara görə, Xəzər regionunda 292 trilyon kub fut təbii qaz var. Bu o deməkdir ki, Xəzər regionu dünyada ən zəngin ehtiyatlara malik olan regiondur. Azərbaycan 2018-ci ilin ortalarında Transanadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə qaz nəql etməyə başlayıb və gələn il Transadriatik qaz kəməri vasitəsilə İtaliyaya nəql etməyə başlayacaq. Cənub qaz dəhlizinin layihə gücü 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, gələcək Transxəzər qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq. Transxəzər qaz kəməri Avropa ölkələrinin digər təchizatçıların inhisarından asılılığını da azalda bilər. Üstəlik, keçən il beş Xəzəryanı ölkə tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya boru kəmərlərini yalnız layihədə iştirak edən ölkələrin razılığı ilə çəkməyə imkan verir, bu da öz növbəsində yeni imkanlar yaradır.

Lakin Koffi və Niftinin fikrincə, Transxəzər boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində Azərbaycanın və Türkmənistanın offşor yataqları arasında interkonnektor tikilməsi məsələsini həll etməlidirlər. Gələcəkdə interkonnektorlardan istifadə etməklə Qazaxıstanın qaz yataqlarının da bu kəmərə qoşulması variantları öyrənilməlidir, çünki Qazaxıstanın bəzi yataqları kommersiya baxımından rentabelli sayıla bilməz, onlar kifayət qədər yaxın yerləşir.

Türkmənistanın və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən interkonnektorun uzunluğu cəmi 60 mil olacaq və onun tikintisinə cəmi 500 milyon dollar xərc çəkmək lazım gələrdi. Müqayisə üçün bildirək ki, bütün Transxəzər boru kəmərinin tikintisinə təqribən 1,5 milyard dollar lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait yaradan böyük nailiyyət olardı.

Transxəzər boru kəmərinin tikintisinin başa çatdırılması Birləşmiş Ştatlar üçün də bir sıra üstünlüklər yaradacaq. Maraqlıdır ki, Tramp administrasiyasının bəzi nümayəndələri bu faktı indidən etiraf edirlər. Prezident Tramp bu yaxınlarda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova Novruz bayramı münasibətilə göndərdiyi məktubundan yazırdı: “Ümidvaram ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu müəyyən ediləndən sonra Qərbə qaz ixracı üçün yaranmış yeni imkanlardan istifadə edə biləcək”. Transxəzər boru kəmərinin Birləşmiş Ştatlar üçün ən aşkar üstünlüyü ondan ibarətdir ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini artıracaq.

Koffi və Nifti öz məqalələrinin sonunda yazırlar ki, Tramp administrasiyası Cənub qaz dəhlizi və Transxəzər boru kəməri kimi alternativ mənbələrdən qaz təchizatı layihələrinin həyata keçirilməsini dəstəkləməlidir. Tramp administrasiyası bu məsələdə 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin reallaşması məsələsində Bill Klinton administrasiyasının nümayiş etdirdiyi kimi qətiyyətli olmalıdır.

 
  • Oxunub:  1560  |  
  • Tarix:  22-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 22:52
Şirməmməd müəllimi itirdik...
24 İyun 22:12
Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
24 İyun 22:05
YAP Nizami rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24 İyun 21:55
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşınqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
24 İyun 21:52
BMT-nin Dövlət Xidmətləri Forumunda DOST layihəsi böyük maraqla qarşılanıb
24 İyun 21:47
Azərbaycanın Baş Naziri Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb
24 İyun 21:44
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunu təltif edib
24 İyun 21:42
Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır
24 İyun 21:04
Səməd Seyidov: Avropa Şurası selektiv yanaşmaya, ikili standartlara son qoymalıdır
24 İyun 20:32
İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli
24 İyun 20:27
Mərakeşdə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib
24 İyun 20:18
Azərbaycanda dövlət-din münasibətləri sağlam şəkildə qurulub
24 İyun 20:11
Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
24 İyun 20:00
Gəncədə dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə keçirilir
24 İyun 19:45
Zakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tutur
24 İyun 19:43
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
24 İyun 19:35
Bakıda BMT Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasətin nəticəsidir
24 İyun 19:24
BDU-nun hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib
24 İyun 18:59
Fövqəladə Hallar nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub
24 İyun 17:48
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi
24 İyun 17:35
BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib
24 İyun 17:20
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək
24 İyun 16:58
Bəzi QHT layihələrinin maliyyələşdirilməməsi SƏBƏBLƏRİ açıqlanıb
24 İyun 16:37
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
24 İyun 16:28
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfransı keçirilib
24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA