Ana səhifə »  Qəzetin pdf formatı »  Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır
A+   Yenilə  A-
Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir.

Turizmin inkişafına xüsusi önəm verən və bunun üçün yüksək imkanlara malik olan Azərbaycanda da bu sahə üzrə göstəricilər getdikcə artır. Burada təbiətin verdiyi tükənməz imkanlarla yanaşı, bu sahədə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığının, sahəyə məsul qurumların fəaliyyətinin, ən yüksək standartlara malik infrastrukturun qurulmasının, turizmin, demək olar ki, bütün növlərinin inkişafına önəm verilməsinin və sadalamadığımız digər amillərin rolu vardır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.

Son illər turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar
ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir
“İlk növbədə onu qeyd edim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi” ilə bağlı Fərmanı respublikada turizm sektorunun inkişafının yeni və mühüm mərhələsi kimi dəyərləndirilir. Bu sənədlərdəki vəzifələr milli iqtisadiyyatin əsas sektorları kimi turizm sənayesinin də yaxın 10 il ərzində coxşaxəli və fundamental inkişafının ana xəttini təşkil edəcəkdir. Xüsusən beynəlxalq təcrübəyə əsaslanan turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazların tətbiqi, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, müxtəlif təyinatlı və çeşidli turizm festivallarının təşkili turizm sektoru təmsilçiləri tərəfindən minnətdarlıqla qarşılanır”,- deyə R.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son illər ölkəmizin böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir ki, Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır. Artıq Azərbaycanın adı digər sahələrlə yanaşı, turizm istiqamətində də regionun lider dövləti kimi təqdim edilir. Təkcə bu ilin ötən müddətində Bakı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, artıq 4-cü dəfə “Bakı Avropa Qran Prisi” adı altında baş tutan “Formula 1” yarışlarına və sair bu kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər zamanı paytaxtımıza və regionlarımıza minlərlə turist səfər edib, gələn qonaqların iştirakı ilə ölkəmizin tanıtımına dair sərgilər, mədəni proqramlar həyata keçirilir, müxtəlif turpaketlər təqdim edilir. Bütün bunlar isə təbii ki, perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir.

Turizmin inkişafını stimullaşdıran digər bir səbəb
qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir
Milenium Konqres Turizm şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir. 2016-cı ilin iyun ayında dövlət başçısı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb. 2017-ci ilin yanvarından isə sənədə uyğun olaraq “ASAN Viza” portalı fəaliyyət göstərir. Bu portalın yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Elektron viza almaq üçün zəruri olan məlumatları daxil edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən olunmuş dövlət rüsumunu ödəyərək 3 iş günü müddətində vizanı əldə edə bilir.

Atrıq “Turizm haqqında” Qanunun 7-1 (Turist vizası) maddəsinə edilən əlavəyə görə elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətinə müraciətə baxılır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri vurğulayıb ki, ötən il yanvarın 31-də aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında daha bir müvafiq fərman imzalanıb. Sənədə əsasən 2018-ci il mayın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edir.

Bundan başqa, 2017-ci ildə Milli Məclisdə "Turizm haqqında" yeni qanunun müzakirələri aparılıb. Qanunun tətbiqi ölkəmizdə turizmin inkişafına öz müsbət təsirini göstərəcək və bir çox istiqamətlərdə müsbət tendensiyaların yaranmasına səbəb olacaq. Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Ruslan Quliyev deyib ki, qanunun qəbulu ilə bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi imkanı yüksələcək, bölgələrdə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlükəsizliyi təmin olunacaq. Bütün bunların hamısı təbii ki, yeni turist sayı deməkdir.

Azərbaycanın sağlamlıq turizmi
sahəsində çox geniş imkanlar mövcuddur
Azərbaycanın sağlamlıq turizmi sahəsində də çox geniş imkanların olduğunu bildirən R.Qiliyev deyib: “Ölkəmizdə mövcud olan termal sular, Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində populyarlıq qazanıb. Biz Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası olaraq bu istiqamətdə fəaliyyətimizi getdikcə genişləndiririk. Çox maraqlıdır ki, Azərbaycandakı sağlamlıq təsisatlarının heç biri bir-birinə rəqib deyil. Yəni hərəsi bir dərdin dərmanıdır. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur. Qalaaltı suyu böyrək daşlarının düşürülməsində, Duzdağ astma-bronxid xəstələrinin, Masallıdakı istisu mədə-bağırsaq sistemi xəstəliklərinin və s. müalicəsində müstəsna rol oynayır. Çox maraqlıdır ki, Naftalan neftini, mineral suları öz məkanlarından kənara apardıqda, müalicəsi həmin effekti vermir. Ona görə də onların hər birinin təbliğatını elə öz yerlərində aparmaq lazımdır. Əslində bu bizə Azərbaycan Termal və Sağlamlıq Turizminin İnkişafına Dəstək Assosiasiyası olaraq onları təbliğ etməyimiz üçün də heç bir maneə yaratmır. Müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə onların hər birini öz xüsusiyyətinə görə geniş təbliğ edə bilirik”.

Ötən il Naftalana müalicə məqsədilə
62 ölkədən 35 min turist gəlib
Assosiasiya rəhbərinin sözlərinə görə, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır.

Azərbaycanda hazırda 600-dən çox mehmanxana fəaliyyət göstərir. Bu mehmanxanalardakı yerləşdirmə yerlərinin sayı 33 mini keçir. Təbii ki, ölkəyə gələn turistlərin sayı artdıqca, coğrafiyası genişləndikcə xidmət sektoru da keyfiyyətini artırır. Çünki turist istədiyi keyfiyyətli xidməti görmədikdə, yenidən gəlmir. Xidməti qaldırmaq üçün müxtəlif aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar tez-tez treninqlər, kurslar təşkil edirlər ki, bu da nəticədə öz sözünü deyir.

Azərbaycana gələn turistlərin
sayı növbəti illərdə daha da artacaq
Aparılan hər bir təbliğatın, həyata keçirilən layihələrin son nəticəsinin ölkəmizə gələn turistlərin sayının artmasına səbəb olduğunu söyləyən Ruslan Quliyev bildirib ki, bunu statistikaya nəzər saldıqda daha aydın görə bilirik. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti deyib: “Təbii ki, ölkəyə gələn turistlərin sayına müvafiq olaraq yerləşdirmə yerlərinin sayı da artır. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq. Bu sahəyə həm dövlət tərəfindən göstərilən yüksək diqqət, həm də özəl sektorun marağı bunu deməyə əsas verir”.

 
  • Oxunub:  3090  |  
  • Tarix:  22-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

22 Sentyabr 09:59
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
22 Sentyabr 09:56
Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA