Ana səhifə »  Qəzetin pdf formatı »  Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
A+   Yenilə  A-
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır

Aqrar sahənin inkişafının davamlılığının təmin edilməsi, o cümlədən kənd təsərrüfatı məhsullarının ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdəndir. Bu məqsədlə dövlət tərəfindən birbaşa və dolayı dəstək mexanizmləri həyata keçirilir. Belə ki, 2018-ci ildə kənd təsərrüfatına verilən birbaşa subsidiyaların həcmi 342,8 milyon manat və ya əvvəlki ilə nəzərən 66,8 faiz çox olub. Həmçinin ötən il kənd təsərrüfatı istehsalçılarına 11 milyon manat həcmində güzəştli kredit verilib, 5436 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə satılıb. “Aqrolizinq” ASC tərəfindən 2018-ci ildə 5115 baş olmaqla, 2009-2018-ci illərdə 31628 baş cins damazlıq heyvan alınaraq ölkəyə gətirilib.

Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdir müavini - Diaqnostika, proqnozlaşdırma və planlaşdırma bölməsinin rəhbəri Səadət Hacıyeva deyib.

Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verən S.Hacıyeva deyib ki, görülən dəstək tədbirləri nəticəsində kənd təsərrüfatının bir çox sahələrində əhəmiyyətli artıma nail olunub. Belə ki, 2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7010,0 milyon manat təşkil edib. Bunun da 3824,0 milyon manatı heyvandarlıq, 3186,0 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2017-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 4,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 6,8 faiz, heyvandarlıq məhsulları üzrə 2,7 faiz artıb. 2018-ci ildə taxıl istehsalı 13 faiz, tərəvəz istehsalı 8,3 faiz, meyvə istehsalı 5,9 faiz, pambıq istehsalı 11,9 faiz, diri çəkidə ət istehsalı 3,0 faiz, süd istehsalı 2,8 faiz artıb. Ötən il respublika üzrə 513.9 ton barama istehsal edilib ki, bu da proqnozdan 14,1 faiz, əvvəlki ilin göstəricisindən isə 2,1 dəfə çoxdur.

Kənd təsərrüfatı məhsullarının istehsalının artımı ixrac həcminin də artmasını stimullaşdırıb. Bu barədə danışan Səadət Hacıyeva bildirib ki, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı 680,1 milyon ABŞ dolları, kənd təsərrüfatı və kənd təsərrüfatının emalı məhsullarının ixrac həcmi isə 827,1 milyon ABŞ dolları olub. Ötən il kənd təsərrüfatı məhsulları ixracının 233,3 milyon ABŞ dollarını və ya 34,3 faizini tərəvəz, 326.3 milyon ABŞ dollarını və ya 48,0 faizini meyvə, 80,5 milyon ABŞ dollarını və ya 11,8 faizini pambıq lifi təşkil edib. Meyvə və tərəvəz ixracı dəyər ifadəsində 11,3 faiz, pambıq lifi ixracı 2,4 dəfə, pambıq ipliyi 1,5 dəfə artıb. Cari ilin yanvar-aprel aylarında isə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 221,6 milyon ABŞ dolları olub. Bu da keçən ilin müvafiq dövrünə nəzərən 1,6 dəfə çoxdur. Azərbaycanın 2018-ci ildə qeyri-neft məhsulları ixracı 1689,2 milyon ABŞ dolları həcmində olub ki, bunun da 49,0 faizi kənd təsərrüfatı və kənd təsərrüfatının emal məhsullarının payına düşüb.

Nazirliyin rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsəsən, yerli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə sahibkarlara ixrac təşviqinin ödənilməsi həyata keçirilir. 2018-ci ilin yanvar-dekabr aylarında 4947 min manat, 2017-2018-ci illər ərzində isə ümumilikdə, 8017 min manat məbləğində ixrac təşviqi verilib. 2018-ci ildə qabığı təmizlənmiş fındıq üzrə 1,3 milyon manat, xurma və nar üzrə 1,1 milyon manat, üzüm şərabları və digər spirtli içkilər üzrə 826 min manat, pambıq ipliyindən hazırlanmış məmulatlar üzrə 479 min manat, qovurulmuş fındıq ləpəsi üzrə 148 min manat, konserv məhsulları, şirə, mürəbbə üzrə 872 min manat, digərlər məhsullar üzrə 148 min manat məbləğində ixrac təşviqi ödənilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi” bəndinə əsasən, ixrac bazarlarının coğrafiyasının genişləndirilməsinə və ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsinə dəstək verilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, potensial ixrac bazarları haqqında fermerlərin məlumatlandırılması, potensial ixracatçı fermerlərin müəyyənləşdirilməsi, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi, ixrac sənədlərinin əldə edilməsinə dəstək verilməsi kimi tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Bu istiqamətdə davamlı olaraq tədbirlər görülür.

Onun sözlərinə görə, ötən il “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, “Gulfood”, “Sial China”, “Worldfood Moscow”, “Sial Paris” Beynəlxalq ərzaq, "Fruit Logistica" meyvə-tərəvəz, “Prowine China” Beynəlxalq şərab, “Kazbuild Almaty” tikinti, habelə “6-cı Çin Avrasiya” və Çin Beynəlxalq idxal məhsulları sərgilərində Azərbaycan şirkətlərinin məhsullarının təşviqi məqsədilə onların vahid ölkə stendi altında iştirakı təmin edilib. Bu sərgilərdə “Made in Azerbaijan” brendinin geniş marketinq kampaniyası aparılıb. Bundan əlavə, yeni bazarlara çıxış imkanlarını aşkarlamaq, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmləndirmək və bu bazarlara yeni məhsullar təqdim etmək, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 10 ölkəyə 11 ixrac missiyası təşkil olunub.

Eyni zamanda, Azərbaycan məhsullarının tanıdılması və satışının təşkil edilməsi məqsədilə “azexport.az” portalı yaradılıb istifadəyə verilib.

Səadət Hacıyeva, həmçinin vurğulayıb ki, bütün bu işlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkənin potensial ixrac imkanları olan fermerlərinin iştirakı ilə maarifləndirici tədbirlər də təşkil edilir. Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) əməkdaşları 2018-ci ildə Quba, Xaçmaz, Zaqatala, Şabran, Salyan, Cəlilabad rayonlarında təlim və seminarlar keçirib. DATŞ-nin maarifləndirici xarakter daşıyan tədbirlərində əsasən iri meyvə və tərəvəz istehsalçıları ilə görüş olub, məhsul satışı ilə bağlı məlumatlar verilib, xarici bazarlara çıxış imkanları müzakirə edilib.

“Gördüyünüz kimi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində atılan addımlar artıq öz bəhrələrini verir və konkret nəticələrə gətirib çıxarır. Əminliklə söyləmək olar ki, aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən fəal siyasət bundan sonra da uğurla davam etdiriləcək”, - deyə Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdir müavini bildirib.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  23-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA