Ana səhifə »  Qəzetin pdf formatı »  ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
A+   Yenilə  A-
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...

Məlumunuz, gələn həftə - mayın 29-da paytaxt Bakı UEFA Avropa Liqasının “Arsenal” –“Çelsi” final oyununa evsahibliyi edəcək. Bu barədə günlərdir yazılır amma keşkə də, futbolun özündən, komandaların necə deyərlər, statistik şansından, stadionun, ümumən Bakının bu finala hazırlığından, bir sözlə, dorğulardan, həqiqətlərdən yazılaydı; oysa, ənənəvi olaraq, bir sürü qaraguruh, qaşınmayan yerdən qan çıxarmağa, dəxli olmayan söhbətləri “dövriyyəyə gətirməy”ə, qırx qazana çalası olmağa başladı... Bu yandan da, “Arsenal”ın erməni əsilli ( -bu iki sözü bir arda işlətmək nə qədər doğrudur, qalsın bir qıraqda) oyunçusu Henrix Mxitaryan təhlükəsizlik məsələsini “əsas” gətirərək Bakıya gəlməkdən imtina etdi...
Ən qəribi, artıq bir dəfə deyil, iki dəfə deyil, üç dəfədən də artıq baş verdiyindən astarı görünən yaramaz və yaramazlıqların öz içimizdə də züyçüləri oldu... Bir iş bir dəfə olubsa, “təsadüf”, iki dəfə olubsa, “tendensiya” deyilib, keçilə bilər, yox, artıq üçüncü dəfə təkrarlanıbsa, bu, “qanunauyğunluq”dur, demək hüququ yaranır. İndi danışdığımız mövzuda, “qanun” və “uyğunluq” sözləri əziyyət çəksə də, “Avropa Mahnı Yarışması”, “I Avropa İdman Oyunları”, “IV İslam Həmrəylik Oyunları”, “Bakı Şoppinq Festivalı” və b. önəmli hadisələr ərəfəsində şəhərimiz, ölkəmiz və dövlətimizin ünvanına qanunsuz-qaydasız, uyğunusz şəkildə səsləndirilən qarayaxmalar xatirimizdən hələ silinməyib. Budur, indi də, 28 may – Respublika Gününün həmən ardından futbol bayramı yaşayacaq şəhərimiz, ölkəmiz yenə (yeni) hədəfdədir...
Əlbəttə, mən belə bayram(lar) ərəfəsində yalnız yaramazlıqları qeyd etmək istəməzdim, əksinə sayğı ilə vurğulamaq istərdim ki, Azərbaycanın haqlı mövqeyini təqdir edən, qiymətləndirən və bizə qarşı gədəliklərə haqq qazandırmayan nüfuzlu şəxslər, qurum və quruluşlar, o cümlədən media quruluşları da vard, əlbəttə! – Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzədən başlayaq: “...Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır. Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir.
Təəssüf ki, “Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu, onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm.
Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur” (https://en.trend.az/azerbaijan/politics/3066413.html).
 
Gəlin başqa qaynaqlara diqqət edək:
https://m.sport24.co.za/Soccer/International/azerbaijan-mkhitaryan-can-play-in-europa-league-final-20190521
 
https://thecitizenng.com/azerbaijan-green-lights-mkhitaryan-for-europa-league-final/
 
https://amp.si.com/soccer/2019/05/21/henrikh-mkhitaryan-arsenal-out-europa-league-final-azerbaijan-armenia?__twitter_impression=true
 
http://www.insideworldfootball.com/2019/05/22/azerbaijan-disappointed-arsenals-stay-away-mkhitaryan-saying-safety-guaranteed/ 
 
https://metro.co.uk/2019/05/21/uefa-hit-back-arsenal-decision-leave-henrikh-mkhitaryan-europa-league-final-squad-9631732/
 
https://www.irishtimes.com/sport/soccer/henrikh-mkhitaryan-won-t-travel-to-europa-league-final-due-to-safety-fears-1.3899414?mode=amp
 
https://footballnationradio.blog/2019/05/22/henrikh-mkhitaryan-to-miss-europa-league-final/
 
https://life.ru/t/%D1%81%D0%BF%D0%BE%D1%80%D1%82/1217277/bol_v_baku_pochiemu_nikto_nie_khochiet_iekhat_na_final_lighi_ievropy_v_azierbaidzhan
 
https://www.foxsports.com.au/football/premier-league/henrikh-mkhitaryan-to-miss-europa-league-final-over-fears-for-his-safety/news-story/e99f2c5c5864598ed4a13b0230d0b7c5
 
https://amp.si.com/soccer/2019/05/21/henrikh-mkhitaryan-arsenal-out-europa-league-final-azerbaijan-armenia?__twitter_impression=true
 
https://www.thenational.ae/sport/football/henrikh-mkhitaryan-hurt-to-miss-europa-league-final-after-arsenal-confirm-he-will-not-travel-due-to-safety-concerns-1.864440
 
https://www.forbes.com/sites/stevemccaskill/2019/05/21/bt-sport-to-show-uefa-champions-league-final-for-free-on-youtube/#13215499423a
 
https://www.stuff.co.nz/sport/football/world-game/112902077/football-arsenals-henrikh-mkhitaryan-to-miss-europa-league-final-for-political-reasons
 
https://www.theweek.co.uk/europa-league/101350/why-everyones-talking-about-baku-uefa-europa-league-final-arsenal-mkhitaryan
 
https://ronaldo.com/football-news/azerbaijan-fa-disappointed-at-mkhitaryans-absence/    
 
https://www.kicker.de/news/fussball/uefa/startseite/749781/artikel_sicherheitsbedenken_arsenal-ohne-mkhitaryan-nach-baku.html?ddt=1
 
https://www.marca.com/futbol/futbol-internacional/2019/05/22/5ce4365222601ddb578b4596.html
 
Maşallah! Dostlar, bir deyil, iki deyil, üç deyil; bir ölkə deyil, iki ölkə deyil, üç ölkə deyil... – bu qədər fərqli ünvanda Azərbaycan haqqında yazılması, danışılması özlüyündə bir uğurdur! Özü də, bu “bağlantılar”la tanışlıqdan görünür ki, mövqelərin çoxu ədalət hissi ilə yükümlüdür, bizim mövqeyimiz dürüst çatdırılb yaxud anlayışla qarşılanıb. Mxitaryan və ona siyasi azarkeşlik edənlər bir bu qədər haqlı səsin ucalacağını hesablamamışdı, bəlkə... Ümidvaram, “Arsenal”- “Çelsi” oyunundan sonra daha doğru-dürüst və daha ədalətli materiallar süsləyəcək dünya mediasını.
Ümidvaram (inanıram), qarşı günlərdə yazılacaq məqalələrdə, canlı radio, TV bağlantılarında da,
-Bakının son illər böyük idman yarışlarını uğurla təşkil etdiyi,
-Mxitaryanla bağlı məsələnin siyasətən şişirdildiyi,
-Azərbaycan hökümətinin Mxitaryanın iştirakı üçün səy göstərməsi (AFFA-nın Azərbaycan tərəfinin zəmanəti haqqında qəti mövqeyi; bu zəmanətin şübhə altına alınması üçün heç bir “əsas”ın olmaması),
-Final oyunu ilə bağlı təşkilatçılığın yüksək qiymətə layiq olduğu və s. tirajlanacaq.  
 
Bilirsiz, adam var, şansı problemə çevirir, adam da var, problemi şansa çevirir. – Biz, bir futbol oyununu, final oyununu təşkil etmək öhdəliyini üzərimizə götürmüşdük, bir halda ki başqaları başqa oyunlar oynanyır, siyasəti idmana bulaşdırır, futbolu siyasətə alət edir, o zaman ritorik sual çıxır ortaya: niyə məhz Mxitaryan təhlüksəizlik problemi hiss edib? – Ona görəmi ki, onun sevimli ölkəsi, mənsub olduğu xalq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altda saxlayır? Ona görəmi ki, Ermənistan azərbaycanlıları haqsız yerə əsir və girov saxlayır? Ona görəmi ki, yüzminlərlə azərbaycanlı öz dədə-baba yurduna dönə bilmir? Ona görəmi ki, Azərbaycanlı uşaqlar (Laçındakı, Kəlbəcərdəki, Şuşadakı...) öz doğma stadionlarında futbol oynaya bilmir? Bəlkə ona görə ki, “Qarabağ” Ağdamda oyunlara çıxa bilmir; Yoxsa, ona görəmi ki, Xocalıda soyrıqıma məruz qalan günahsız körpələrin kim bilir neçəsi bugün dünya futbolunda xarüqələr yarada bilərdi, bəlkə?! – Bu suallar göydən düşməyib... Və təkararçılıq çıxmasın, Azərbaycan bunca zülüm-zillətdən sonra da, rəsmi zəmanət verirsə, bunun qədr-qiymətini bilmək lazımdır. Üstəlik, ötən illərin onlarla nümunəsi ortada varkən, belə qara-qışqırıqla kim kimi aldada bilər? –  I Avropa Oyunlarında, Avropa, dünya çaplı neçə-neçə yarışmada, ayrı-ayrı mövzulara həsr olunmuş konfranslarda ermənilər Bakıda olmadımı, onların təhlükəsizliyi qorunmadımı? – Bir Mxitaryan matah oldu, eləmi? Çox gülüncdür, deyilmi? Çox..!
 
***
Hə, axı heç zaman bizləri unutmayan bir “vəfalı dost”umuz da var: “Amnesty İnternational” təşkilatını deyirəm. Zalım uşaqlarının dərdi-azarı bizik, sanki. Hər nə etsək, böyründə hazirundurlar. İndi də, Avropa Liqasının finalının Bakıda keçirilməsini pisləyən təşkilat, bunu insan haqlarının durumu ilə bağlayıb.
Elə sadəlöhv deyilik ki, bu “insan haqları”nın, məsələn, Dilqəm Əsgərova, Şahbaz Quliyevə, Ermənistanın işğalçılıq siyasəti nətisəcində qaçqın və məcburi köçkün düşmüş soydaşalrımıza şamil olunduğunu düşünək. Əgər belə olsaydı, adıkeçən qurumun haqq yoluna gəldiyini deməliydik. Amma bu qurumçün haqq yol üfüqötəsindədir, qaliba...   
“Amnesty İnternational” təşkilatı! – Bir köynək daha yaxından tanışaq:
Adı – korrupsiyada hallanır;
İmici – sifariş yerinə yetirəndir;
“Funksionallığı” – ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi olmaqdır...
Bax, belə bir kirli reputasiyaya malik  qurum kimisə ittiham etməyə, demokratiyadan, haqq-ədalətdən danışmağa haqqını itirməyibmi?!.
Üstəlik, bu qurum başbilənləri bəyəm, bilmir ki, idmanın (hələ-hələ futbolun!) siyasiləşdirilməsi illa da yolverilməzdir!
 
Nə yaxşı ki artıq “cidanı çuvalda gizlətmək mümkün deyil və açıq-aydın bilinir ki:
-Mxitaryana rəsmən tam təhlikəsizlik zəmaənti verilib, onun Bakıya gəlməkdən imtinası isə idmanla bağlı olmayıb, sırf siyasi məzmunludur ( - daha dorğusu, məzmunsuzdur); 
-İdman siyasətdən ayrıdır, Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununu siyasiləşdirmək dünyanın ən populyar oyununa, bu oyunun milyonlarla azarkeşinə sayğısızlıqdır; 
- Paytaxt Bakı (ümumən Azərbaycan Respublikamız) bu futbol bayramını yüksək səviyyədə keçirməyə hazır və qadirdir! 
-Hər şey yaxşı olacaq; haqq edən qalib gələcək – oyunda da, harda oyun qurblarsa, orda da!
 
***
Sonda, tanınmış futbol bilicisi və himayəçisi Yaşar Sultanovun inidlərdə sosial şəbəkədə rast gəldiyim “status”unu oxucularla bölüşmək istərdim. Bu “status” həm yuxarıdakı fikirləri möhkəmlədir, həm də, belə bir yazı üçün yaxşı sonluq, ümumiləşdirmə sayıla bilər:
“Mxitaryan mənim üçün erməni olmaqdan daha çox futbolçuydu. – Kifayət qədər peşəkar futbolçu. Bizim də bu kateqoriyadan bircə futbolçumuzun olmasını arzulayıram. Bu gün, Bakının dünya futbol mərkəzinə çevrilməsinə bir həftə qalmış, yüz milyonlarla insanın nəzər- diqqətinin Bakı Olimpiya Stadionuna yönəldiyi ərəfədə Mxitaryan futbolçu olmaqdan daha çox, erməni olmasını üstün tutdu. Bir futbolçu üçün Avropa kuboklarının final istirakçısı olmaq tarixi tituldur. Bəlkə də, bu onun karyerasında bir daha təkrarlanmayacaq amma yaranmış vəziyyətdən sui-istifadə edərək, erməniçiliyi daha üstün tutması, ələ düşən tarixi şansdan anti-Azərbaycan məqsədi üçün istifadə etməsi heyrət doğurmaya bilməz. Bax, budur erməniçilik, erməni millətçiliyi..!
Əslində, birinci dəfə deyil ki, ermənilər Bakıya gəlir. Dünya, Avropa ranqlı turnirlərdə, güləş, şahmat yarışlarında, müxtəlif regional, ictimai-siyasi tədbirlərdə ermənilər də iştirak edib. Erməni deputatlar gəlib “Torqovı”da gəzir, guya Mxitaryan gəlsə, nə bas verəsiydi ki.?! Hətta Bakının çoxsaylı “Arsenal” fanatlarından kimlərsə, bəlkə “avtoqraf” almaqdan, selfi çəkdirməkdən, jurnalistlər müsahibə almaqdan belə çəkinməzdi... – Amma yox, “tarixi şans”ı qaçırmaq olmazdı – Bakını ləkələmək, möhtəşəm final hazırlığına kölgə salmaq lazım idi... – Əsil erməni bicliyi, erməni hiyləsi, erməni xisləti ilə..!
Mxitaryan futbolçudan daha cox ermənidir.”
Bax, belə...
Əkbər QOŞALI

 
  • Oxunub:  1440  |  
  • Tarix:  23-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 17:17
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
20 İyun 17:14
Baş nazirin müavini: Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir
20 İyun 17:13
“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
20 İyun 16:59
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər müzakirə olunub
20 İyun 16:52
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz
20 İyun 16:45
Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib
20 İyun 16:40
AZAL-ın prezidenti “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib
20 İyun 16:36
Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
20 İyun 16:21
Milli Məclisdə Avropa Şurasının layihə rəhbəri ilə görüş olub
20 İyun 16:11
Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlardır
20 İyun 15:56
Əli Əhmədov: Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur
20 İyun 15:44
Prezident İlham Əliyevin yeni Sərəncamları sosial sahədə növbəti inqilabi mərhələnin parlaq təzahürüdür
20 İyun 15:31
Bolqarıstan Xalq Məclisinin sədri Şəhidlər xiyabanını ziyarət edib
20 İyun 15:22
“Azərkosmos” Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünə qoşulub
20 İyun 15:21
Azərbaycanda dövlət qulluğunda çalışanların orta yaş həddi 43-dür
20 İyun 15:02
Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilib
20 İyun 14:57
Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir
20 İyun 14:50
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
20 İyun 09:52
İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır
20 İyun 09:50
Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır
20 İyun 09:49
Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24