Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək

The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək

23.05.2019 [17:16]

“The Associated Press” agentliyi “Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək” sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetində də dərc edilən həmin məqalədə Böyük Britaniyanın “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının finalında iştirak etmək üçün Bakıya səfər etməyəcəyi və bunu Ermənistan ilə Azərbaycan arasında mövcud olan gərgin münasibətlərlə əlaqələndirdiyi bildirilir.

Yazıda UEFA-nın Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən bütün futbolçuların, o cümlədən “Arsenal”ın oyunçusu H.Mxitaryanın şəxsi təhlükəsizliyi üçün hər cür zəmanətlə təmin olunduğu və hətta “Arsenal” komandasına bununla bağlı kompleks təhlükəsizlik planının da təqdim edildiyi bildirilir.

Məqalədə Azərbaycan hökumətinin əvvəlcədən Mxitaryanın mayın 29-da keçiriləcək final qarşılaşmasında oynamasına şərait yaradacağını bildirdiyi də qeyd olunur.

“Henrix Mxitaryanın UEFA Avropa Liqasının mayın 29-da “Çelsi” ilə keçiriləcək final oyununda iştirak etmək üçün Bakıya səfər etməmək barədə qərarı əsassızdır və Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir səbəb yoxdur”, - deyə məqalədə AFFA-nın yaydığı açıqlamaya istinadən bildirilir.

Yazıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun sözləri də sitat gətirilir: “Biz hər zaman idmanı bütün bu siyasi məsələlərdən kənarda saxlamışıq”.

Yazıda, həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə zəmanət verməməsi ilə bağlı iddialarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın bu məsələyə dair açıqlamasına da yer verilib: “Ermənistan Xarici İşlər Nazirliyinin “Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur”.

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30