Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gənclər Milli Məclisdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında gənclərə məlumat verib. Bildirib ki, parlamentin binası hələ sovetlər dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan Səfa Mirzəyev qeyd edib ki, Milli Məclisdə 125 deputat təmsil olunur. 1995-ci ildən indiyədək parlament 2000-dən çox qanun və qərar qəbul edib.

YAP Gənclər Birliyinin üzvləri, həmçinin parlamentdə “Heydər Əliyev” muzeyi ilə də tanış olublar.

Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa işinə başlayıb. Tədbiri açan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov mövzunun aktuallığını vurğulayaraq bildirib ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən, parlamentin tarixini dərindən öyrənməlidirlər. Bu baxımdan, belə bir dəyirmi masanın keçirilməsi əhəmiyyətlidir. Bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə YAP Gənclər Birliyi üzvlərinin Milli Məclislə tanışlığı Azərbaycanın siyasətini, qanunvericiliyini, iqtisadiyyatını daha dərindən öyrənilməsinə yaxşı imkan yaradıb.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova məruzə ilə çıxış edib. 28 May - Respublika Gününün tariximizdə mühüm yer tutduğunu qeyd edən B.Muradova bildirib ki, cümhuriyyət irsini öyrənməli, bundan ibrət dərsi götürməliyik. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını böyük hörmətlə yad edirik və yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman yenidən müstəqillik qazanacağına inamlarını itirməmişdilər. Bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

Azərbaycan parlamentinin 1918-ci ildə fəaliyyətə başladığını diqqətə çatdıran B.Muradova deyib: “Parlament fəaliyyət göstərdiyi müddət ərzində mühüm qanun və qərarlar qəbul edib, o dövrdən indiyədək şərəfli yol keçib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar.

1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin xalqın maraqlarına uyğun olmayan fəaliyyəti bizi çox çətin vəziyyətə salmışdı. Ulu öndər Heydər Əliyevin xalq tərəfindən Bakıya çağırılması düzgün qərar idi. O qərarı həmin dövrün şərtləri diktə edirdi. Heydər Əliyev o zaman xalqın səsinə səs verdi, Azərbaycanı çətin vəziyyətdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz beynəlxalq əlaqələrin qurulmasında yaxından iştirak edirik. Parlamentimizdə çoxsaylı dostluq qrupları fəaliyyət göstərir. Bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”, - deyə B.Muradova bildirib.

Milli Məclis sədrinin müavini deyib ki, ermənilər həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycana qarşı ərazi iddiaları irəli sürüblər. O zaman Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. İrəvanın Milli Şura tərəfindən hansı şərtlər daxilində Ermənistana verilməsi məlumdur. Qərarda belə bir şərt qoyulmuşdu ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldırmayacaq, oradakı azərbaycanlıların yaşayışına müdaxilə etməyəcək. Milli Şuranın əsas xidməti müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakını işğaldan azad etmək olub. Beləliklə Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib.

Sonra dəyirmi masada Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, 1990-cı illərin əvvəlində səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı. O zaman ölkədə nə enerji, nə də ki qida təhlükəsizliyi təmin edilmirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda bu və digər problemlər öz həllini tapdı.

V.Ələsgərov deyib ki, investorlar üçün şərtlər sadələşdirilməklə əlverişli imkan yaradıldı. “Əsrin müqaviləsi” adını almış neft kontraktları imzalandı. Neftimiz dünya bazarına çıxarıldı. O zaman Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr vardı. Heydər Əliyev bu layihəni şəxsən Dünya Bankının rəhbərlərinə təqdim etdi. Ulu Öndərin nüfuzu sayəsində bu qlobal layihə reallaşdı.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiqləyib. Azərbaycanda həmrəylik, iqtidar-xalq birliyi olmasaydı, bu işləri həyata keçirmək mümkün olmazdı.

Dəyirmi masada gənclərə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən transmilli neft, qaz, nəqliyyat layihələri barədə ətraflı məlumat verilib.

“Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov xatırladıb ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Bu, dövlət müstəqilliyinin ilk hüquqi bazası oldu. Həmin sənədin qəbulundan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu başladı. Lakin sənəddə təsdiq edilən konkret addımları ata bilmədik. O vaxt hakimiyyətdə olan təcrübəsiz insanlar və torpaqlarımızın işğalı imkan vermədi ki, qəbul edilən prinsiplər, normalar həyata keçirilsin.

Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan Respublikasında təhlükəsizlik məsələlərindən bəhs edən Ziyafət Əsgərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralından başlayan məsələ deyil, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının 200 illik tarixi var. Çünki onlar Qafqazın aborigen əhalisi deyil. Hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhəri də qədim Azərbaycan torpağıdır.

XX əsrdə Azərbaycanın dövlətçilik tarixi, ərazisi, beynəlxalq aləmdəki mövqeyi barədə tarixi faktları diqqətə çatdıran birinci vitse-spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaranma tarixi və fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bütün beynəlxalq sənədlərdə təsbit olunduğu, lakin ikili standartlar ucbatından işğalçı Ermənistana kifayət qədər təzyiq göstərilmədiyi barədə danışıb. Qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəllər törədir.

Hazırda bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz var. Azərbaycan gündən-günə inkişaf edir və güclənir. Ölkəmiz gücləndikcə Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır.

Ziyafət Əsgərov gənclərə yaxşı təhsil almaq, fəal vətəndaş mövqeyi nümayiş etdirmək, müasir dünya siyasətinə və sosial şəbəkələrdə gedən təbliğata ayıq gözlə baxmaq, işğalçı Ermənistanın Azərbaycan əleyhinə apardığı çirkin təbliğat kampaniyasına tutarlı cavablar verməklə bağlı tövsiyələrini də çatdırıb.

Dəyirmi masada gənclərin düşüncə və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  24-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA