Ana səhifə »  Qəzetin pdf formatı »  SATILMADAN ÖNCƏ...
A+   Yenilə  A-
SATILMADAN ÖNCƏ...

Bir xeyli yazdıqdan sonra “Uzun sözün qısası” deyibən, mətləbə keçid almaqdansa, bəri başdan qeyd edim: məlum Mxitaryan məsələsi işğalçı Ermənistan dövləti və bu “dövlət”dən daha qəsbkar olan beynəlxalq erməni lobbisi tərəfindən Azərbaycana qarşı istifadə olundu. Vaxtı ilə bir şairimiz “Son nəfəs də son fürsətdi...” deyə bir şeir yazmışdı ( –əlbəttə, o şeirin fakturası başqaydı, şair bu sözləri müsbət anlamda işlətmişdi; yenə də, belə bir yazıda xatırlamaq qüsur olmasın gərək). – Sanki (əslində, “sanki”siz!) “Arsenal”ın Mxitaryanı satışa çıxarmağı planlaşdırdığını bilən kəmfürsətlər, qaranəfslilər, yorğun erməni futbolçunu satılmadan öncə Azərbaycana qarşı kullandı. (Bəlkə də, rəhmətlik Fikrət Sadıq “Əslində, əslində əslində deyil” misralarını belə bir situasiya üçün yazmışdı). Anrıdakı-bəridəki satılmışlar da, bu kəmfürsətliyi, bu qaranəfsliyi körüklədi: ha bir az anrı, ha bir az bəri; nə bilim, “çevir tatı, vur tatı”; “itotu, bağayarpağı”...
Bugünlərdə “Xalq şairi” fəxri adı alan şairin sözləri ilə desək, “Yenə də, Allaha şükür, yenə də, şeytana lənət!” – yavaş-yavaş da olsa, sular duruldu, qara buludlar aralandı və budur, Bakı (Azərbaycan) yenə də, dünyaya Günəş kimi doğmaqdadır..! – Bu dəfə Olimpiya Stadionunun timsalında..!

Futbol bilicilərinin, siyasətin futbola, futbolun siyasətə harda, necə və nə üçün pərçim edildiyini dəqiq qiymətləndirənlərin mediada, sosial şəbəkələrdə son günlər yayımlanan fikirlərini belə ümumiləşdirmək olar:
-O (Mxitaryan), artıq özünü doğrultmur, ona görə də çox vaxt ehtiyatda saxlanılır. Onun (guya) təhlükəsizliyi məsələsi Azərbaycanı istəməyən qüvvələrin çirkin kampaniyasıdır; bu vəsilə ilə Mxitaryanın reklamını yapmaq, onu daha baha qiymətə satmağa cəhd edilir. – İstisna deyil ki, burada gələcək məğlubiyyətdən sığortalanmaq məqsədi də güdülür. Və Mxitaryan özü də bu qalmaqalda maraqlıdır. –
Deyirəm, əlbəttə, maraqlı olar, budur, dünya mediasının gündəminə gəldi, potensialından da artıq reklam edildi; üstəlik, öz xalqı qarşısında xidmətdə bulundu. ( –Olayların gedişi Mxitaryanın bu xidmətini “Ayı xidməti”nə döndərmək üzrə olsa belə...)

Dilimizdə belə bir söz də tez-tez işlənir: “Hər ziyanda bir xeyir var, hər xeyirdə bir ziyan”; qüsura baxmayın, mən bu deyimi bir balaca dəyişdirmişəm: “Hər ziyanda bir xeyir var, hər xeyirdə iki xeyir”. – Bilirsiz, sözüm ona, Mxitaryan Bakıya gəlsə də, gəlməsə də, biz ziyanda deyilik, olsa-olsa xeyrimiz iki olmaz bir olar... Mxitaryansa gəlsə ziyanda olmayacaqdı, gəlmədi konkret ziyana düşdü. – İşin maddi tərəfi qalsın bir yanda, çörəyi qulağı ilə yeməyənlərdən kimlər bilmədi ki, Mxitaryan olayı bir şouydu. Adama deyərlər, ara, belə ruhlu oğuldun, gəlib, Bakıda qol şousu göstərəydin və bundan həzz alaydın, tərəfdarlarına da belə zövq verəydin. – Çox da uzaq olmayan tarixlərdə, bizim cüdoçumuz da, boksçumuz da (hələlik bizim olmasa da, keçmişi və inşallah gələcəyi ilə bizim olacaq) İrəvanda tatami üzərinə çıxdı, qalib oldu, İrəvanı Azərbaycan himninin sədalarına boğdu... Bakıda neçə dəfə erməni idmançılar udub-uduzub... Elə bugünlərdə erməni gimnastlar Bakıdadı, pək məmnun olduqları da, hallarından bəlli... Hələ onu demirəm ki, Bakıda minlərlə erməni hələ də yaşayır, Ermənistan adlanan ərazidə və işğal altındakı Azərbaycan torpaqlarında (əsir və girovları çixmaq şərti ilə) bircə azərbaycanlı belə yoxdur (Ermənistan hakimiyyəti azərbaycanlıların öz dədə-baba torpaqlarında yaşamasına təhəmmül etmir... Ən yaxın tarixdi: özcə kəndinə, öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev işgənclər altında girov saxlanır, Həsən Həsənovsa qətl edilib...)

Bax, iş belə olunca, (təkrarçılıq çıxmasın) bu sual yenı gündəmə gəlməzmi ki, bəs nə üçün bizim idmançılar İrəvana gedir, erməni idmançılar Bakıya gəlir, müxtəlif səviyyəli yarışlara qatılır da, söhbət Mxitaryandan düşüncə, ağaclar tərsinə bitir, sular altdan yuxarı axır, yazdan sonra qış gəlir?!.
Necə deyərlər, yanan da biz, yaman da.(?!) Bəli, yaramazlar yenə də, həm suçlu, həm güclü, həm qəsbkar həm məzlum libası geyinmək istər. Ümidvaram və çalışmalıyıq ki, bu adıyaman gedişat bu dəfə pozulsun! Pozulur da, əvəlAllah!
Rəhmətlik Xəlil Rza Ulutürk deyirdi:
-İşlər belə getsə... Belə getməsin!
Gedsə, bu gedişi boğacağam mən!
Bütün Azərbaycan oğullarını
Öz kişi bətnimdən doğacağam mən!

Bilirəm, bu yazıda bədii ricəti, poeziyanı futbola, futbolu poeziyaya qatdım, ancaq futbola siyasət qatmaqdansa, poeziya, bədiyyat qatmaq daha yaxşıdır, elə deyilmi? – Necə olsa da, poeziyadan, ədəbiyyatdan ziyan gəlməz. Ziyan gəlməz – əgər o ədəbi əsəri Zori Balayan zehniyyəti (zenhiyyətsizliyi!) zornan balalamayıbsa...
Mxitaryan da, neçə ki Londonu tərk etməyib, Zori Balayandansa, Şekspiri oxusun...

P.S. Bu da yazıya ufaq bir əlavə (qaynaq):
https://www.dailystar.co.uk/sport/football/781322/Arsenal-Henrikh-Mkhitaryan-Premier-League-Europa-League-Final-Transfer-News


Əkbər QOŞALI

 
  • Oxunub:  1980  |  
  • Tarix:  26-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir

18 Sentyabr 17:16
“Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir"
18 Sentyabr 17:10
ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər
18 Sentyabr 16:53
Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 Sentyabr 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
18 Sentyabr 16:40
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18 Sentyabr 16:39
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
18 Sentyabr 16:36
Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır
18 Sentyabr 16:08
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
18 Sentyabr 16:01
“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları
18 Sentyabr 15:47
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18 Sentyabr 15:38
“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 Sentyabr 15:34
Nəsimi rayonunda məcburi köçkünlər üçün səyyar məşğulluq xidməti təşkil edilib
18 Sentyabr 15:13
YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib
18 Sentyabr 15:12
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
18 Sentyabr 15:05
Ölkədə iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır
18 Sentyabr 15:03
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var
18 Sentyabr 14:21
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18 Sentyabr 14:11
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
18 Sentyabr 13:59
“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli
18 Sentyabr 13:52
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
18 Sentyabr 13:50
Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub
18 Sentyabr 13:33
Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
18 Sentyabr 13:07
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
18 Sentyabr 12:56
Baş nazirin müavini: XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu
18 Sentyabr 12:50
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Sentyabr 12:39
Azərbaycan ilə Tacikistan arasında aqrar sahədə əlaqələrin genişləndirilməsi üçün geniş potensial var
18 Sentyabr 11:55
“Əsrin müqaviləsi” – Milli uğur strategiyası
18 Sentyabr 11:51
Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 Sentyabr 11:47
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18 Sentyabr 11:39
UNEC-in birinci kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib
18 Sentyabr 11:32
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18 Sentyabr 11:29
Paytaxt məktəblərində müəllimlərin İKT bilikləri yoxlanılır
18 Sentyabr 11:27
Əli Əhmədov: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir
18 Sentyabr 11:19
İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir
18 Sentyabr 10:54
BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb
18 Sentyabr 10:39
Bu gün Milli Musiqi Günüdür
18 Sentyabr 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus ünikal musiqi alətlərinin sərgisi açılıb
18 Sentyabr 10:06
Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
18 Sentyabr 09:56
Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir
18 Sentyabr 09:53
Xalqının taleyini yaşayan dahi
18 Sentyabr 09:50
YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şeir müsabiqəsinin yekun seçim turu keçirilib
18 Sentyabr 09:48
Qubadlı məktəblərində Bilik Günü qeyd edilib
18 Sentyabr 09:47
YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
18 Sentyabr 09:37
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir
18 Sentyabr 09:30
“Əsrin müqaviləsi” Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında müstəsna rol oynayıb
18 Sentyabr 09:28
Bugünkü gənclik müstəqil, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur
18 Sentyabr 09:21
“Sputnik” Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verib
18 Sentyabr 09:13
YAP Şəmkir rayon təşkilatının Suvarma Sistemləri İdarəsi ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib
17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 21:15
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
17 Sentyabr 21:13
Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb
17 Sentyabr 21:11
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq
17 Sentyabr 21:09
Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub
17 Sentyabr 21:08
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
17 Sentyabr 21:05
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
17 Sentyabr 21:01
Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
17 Sentyabr 20:59
Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir
17 Sentyabr 20:57
Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb
17 Sentyabr 20:53
Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +29
gecə+18 +21