/ / “Eurasia Hoy” qəzeti:Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır
“Eurasia Hoy” qəzeti:Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır
26.08.2014 [12:36]
Amerikada çıxan ispandilli “Eurasia Hoy” qəzetində beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır” sərlövhəli məqaləsi dərc edilib (http://eurasiahoy.com/25082014-el-impresionante-progreso-de-azerbaiyan-bajo-la-gestion-del-presidente-ilham-aliyev/).
Müəllif yazır ki, yunan mifologiyasına görə, odu allahlardan oğurlayıb insanlara gətirmiş Prometeyi zəncirləyərək Qafqaz dağlarına bağlayıblar. Çox vaxt “Odlar Yurdu” adlanan Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. P.Teyz yazır ki, Azərbaycan iqtisadiyyatının və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf xəttinin təməli məhz bu təbii ehtiyatlar olub.
Müəllif bildirir ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz coğrafi mövqeyi ilə əlaqədar çətinliklərlə üzləşmişdi. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ lokal müharibələri regionun iqtisadiyyatı üçün də problemlər yaradırdı. Bu çətinliklərə baxmayaraq Prezident Heydər Əliyev ölkədə dövlətçiliyi yenidən qurmağa nail oldu. Ekspert qeyd edir ki, Heydər Əliyev uzaqgörən rəhbər idi. O, maliyyə sahəsində qayda yaratmağa, regionda sabitliyə, Bakıda demokratik təsisatlar yaratmağa nail oldu.
P.Teyz daha sonra Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumat verərək qeyd edir ki, 35 min insanın həlak olması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyata da mənfi təsir göstərib. 2000-ci illərin əvvəlindən etibarən ölkədə iqtisadi tərəqqi daha çox nəzərə çarpır. Bakı xaricdən sərmayələr cəlb etməklə dünyanın ən dinamik, yeni texnologiyalara əsaslanan iqtisadi mərkəzlərindən birinə çevrilib.
Müəllif daha sonra Azərbaycanın iqtisadi inkişafına dair statistik məlumatlara istinad edərək göstərir ki, 2002-2006-cı illərdə Azərbaycanda dövlət gəlirləri iki dəfə, 2006-2008-ci illərdə isə üç dəfə artıb. 2008-ci ildə dünya iqtisadi böhranı ucbatından Azərbaycanda iqtisadi inkişaf sürətinin nisbətən azalması müşahidə edilirdi, lakin az sonra Azərbaycan iqtisadiyyatı canlandı. Azərbaycanda adambaşına ümumi daxili məhsulun xeyli artması da bu meyli təsdiqləyir. Prezident Heydər Əliyevin və ölkənin indiki rəhbəri İlham Əliyevin möhkəm iradəsi sayəsində Azərbaycan çox qısa müddətdə gəlirlərin səviyyəsi aşağı olan ölkədən bu göstəricinin səviyyəsi orta olan ölkəyə çevrildi.
Müəllif sonda yazır ki, Azərbaycan rəhbərliyi 2014-2015-ci illərdə qeyri-neft sənayesinə xarici sərmayələrin həcminin artırılmasını stimullaşdırmaq mexanizmlərinə dair təkliflər paketi hazırlayır. Bu təkliflərə uyğun olaraq, yerli istehsalın həcmi, işçi qüvvəsinin məhsuldarlığı və ölkənin özündə istehsal edilən malların rəqabət qabiliyyəti artacaqdır. Ekspert Azərbaycanı tezliklə Dünya Ticarət Təşkilatına (DTT) daxil etməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

