Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi
A+   Yenilə  A-
Əli Əhmədov: Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi

“AXC – Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoydu. Ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu. Sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedirdi. Çörək növbələri 1993-cü il Azərbaycanda həyatın ən acı mənzərələrindən birinə çevrilmişdi. İnflyasiya 1000 faizlə ölçülürdü. Milli valyuta sözün əsl mənasında dəyərsiz kağız parçası olmuşdu. İqtisadiyyat bütünlüklə çökmüşdü. Vaxtilə minlərlə insanın çalışdığı fabrik və zavodlar sökülüb dəzgahları metal kimi dəyər-dəyməzinə xaricə satılırdı. İş o yerə çatmışdı ki, dəmir yol relsləri, tramvay xətləri, vaxtilə Azərbaycana böyük valyutalar gətirən şərab çənləri daşınıb xaricdə “əridilirdi”. Digər heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin.” Bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində yayımladığı “Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi” sərlövhəli məqaləsində yer almışdır.

Əli Əhmədov Milli Qurtuluş Günü münasibəti ilə qələmə aldığı məqalədə 1992-1993 –cü illərin acı reallıqlarını təhlil edərək qeyd edir: “Ermənistanla müharibə vəziyyətində olan ölkədə nizami ordu yaradılmamışdı. Ayrı-ayrı qruplara, maraqlara, hətta siyasi partiyalara xidmət edən silahlı dəstələr ordunu əvəz edir, hərbi vəzifələrdən daha çox siyasi vəzifələrə qulluq göstərirdi. Silahlı güvvələr hakimiyyət savaşına cəlb olunmuşdu. Ermənilər isə bundan istifadə edib Azərbaycanın torpaqlarını zəbt etməkdə davam edirdi. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac vermişdilər. Cənubda Talış-Muğan respublikası elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın parçalanması demək olar ki, artıq baş vermişdi. AXC-Müsavat hakimiyyəti bütünlükdə iflasa uğrayıb taqətini itirmişdi. Azərbaycanı acı tale gözləyirdi. Dövləti idarə edən siyasətçilərin görməli və qiymətləndirməli olduğu təhlükələri onlar deyil, müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi. Xalq hökmünü vermişdi: Hakimiyyət dəyişməli, siyasətdə naşıları siyasətin nəhəngi əvəz etməlidir. Beləliklə, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın fəlakətdən, xalqın müsibətdən qurtulması naminə.”

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın müasir tarixinin yeni mərhələsi kimi dəyərləndirən Baş nazirin müavini daha sonra bildirir: “Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı. Xaos, anarxiya aradan qaldırıldı, sabitlik təmin edildi, inflyasiya və iqtisadi tənəzzül cilovlandı, islahatlar həyata keçirildi, Azərbaycana firavanlıq gətirən neft strategiyası reallaşdı, nizami ordu yaradıldı, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın bütövlüyü qorunub saxlanıldı.

Çörək növbələri, 1000 faizlik inflyasiya, separatizm, AXC-Müsavat hakimiyyətinin digər “şedevrləri” indiki gənclərə yəqin ki, fantaziya kimi gəlir. Ancaq bütün bunlar yaşadığımız tarixin qaranlıq bir parçasıdır. Daha dəqiq ifadə etsək, bizə yaşadılan bir tarix, bir müsibətdir. Əgər xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı. Yalnız Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir.

Azərbaycan xalqı hər il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl ölkəni dəhşətli böhrana salaraq insanlara müsibətlər yaşadanların qalıqlarının indiki hakimiyyəti və bütünlükdə reallıqlarımızı yalan-böhtan əsasında tənqid etmələri istər-istəməz acı təbəssüm yaradır. Uğursuzların özlərini qəhrəman kimi təqdim etməsi tarixin ən gülməli paradokslarındandır. Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil.

Milli Qurtuluş məfkurəsi Azərbaycanın qarşısında geniş perspektivlər açmışdır. Ölkəmizin uzun illər bu yolla gedəcəyinə və daha böyük uğurlar qazanacağına dərindən inanıram.

Milli Qurtuluş Günü bayramınız mübarək olsun!”

 
  • Oxunub:  2760  |  
  • Tarix:  12-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 12:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18 İyun 20:43
Zakir Həsənov: Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
18 İyun 20:40
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında iştirak edir
18 İyun 20:37
Hikmət Hacıyev: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır
18 İyun 20:26
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
18 İyun 20:22
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18 İyun 20:19
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18 İyun 20:17
Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib
18 İyun 20:16
Minimum aylıq əməkhaqqı artırıldı
18 İyun 20:08
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
18 İyun 20:05
Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
18 İyun 19:54
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında Əmək və Sosial Təminat naziri Sahil Babayev çıxış edib
18 İyun 19:52
Bölgələrdən bölgələrə” II Yaradıcılıq festivalına yekun vurulub
18 İyun 17:35
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq
18 İyun 17:28
Aleksandr Buasson: Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyətidir
18 İyun 17:23
“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib
18 İyun 17:19
RAGB 10 illik yubileyini qeyd edir
18 İyun 17:09
II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18 İyun 16:32
Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub
18 İyun 16:04
Nazirlik: Cari ildə sənaye parklarında 12 rezident fəaliyyətə başlayacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+20 +24