Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında

Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında

13.06.2019 [09:37]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları və ASAN könüllüləri üçün növbəti səyyar seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəki şəhərində keçirilən seminarda Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini 28 il öncə bərpa etməsinə baxmayaraq, qısa müddətdə inklüziv və davamlı inkişaf sahəsində yüksək uğurlara imza atıb. Bu uğurlar beynəlxalq qurumların və müstəqil ekspertlərin hesabatlarında öz əksini tapıb.
Məruzədə beynəlxalq təşkilatların 2018-2019-cu illərdə dərc edilən rəsmi statistik məlumatları təhlil olunub. Eyni zamanda, Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Azərbaycan bu baxımdan iqtisadi göstəriciləri daha üstün ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi ölkələri geridə qoyub.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq vəziyyətindədir.
Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunun olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində Davos İqtisadi Forumunun 2018-ci ilin yanvarında dərc olunan hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi vurğulanıb.
Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusunda məruzəsində qloballaşma dönəmində təhlükəsizlik anlayışının daha geniş məna kəsb etdiyinə diqqət çəkib. O, müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuzun onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyindən və səmərəliliyindən asılı olduğunu söyləyib. Eyni zamanda, məruzəçi ictimai rəyin getdikcə artan təsiri və dünya dövlətlərinin bir-birindən asılılığı şəraitində müdafiə obyektinin coğrafi genişlənməsi problemini dünya təhlükəsizliyi üçün önəmli fenomen kimi qabardıb. Vurğulanıb ki, hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir, tərkib hissəsi olduğu regionun sabit inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.
E.Nəsirov Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmasına baxmayaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiya əsasında münasibətlər qurması sayəsində güclü milli və regional faktora çevrildiyini, əksər geosiyasi aktorlarla qarşılıqlı faydalı əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.
“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli innovasiyaların dövlət sektorunda tətbiq olunmasının əsas məqsədləri və dövlət qulluğunda innovasiyaların tətbiqinin dövlət qulluğunun inkişafı strategiyası ilə bağlılığı haqqında məlumat verib. O, ölkədə dövlət qulluğu sistemində innovasiyaların tətbiqi zamanı səmərəli idarəetmə texnologiyalarının seçimi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunda səriştə modelinin tətbiq edilməsi ilə dəyişikliklərə təkan verən təşkilati mühitin yaradılması, potensial uğurlu layihələrin stimullaşdırılması, xərc və resursların həcminin düzgün müəyyənləşdirilməsi kimi önəmli amillərə xüsusi diqqət yetirildiyini vurğulayıb. Bu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasətin ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdiyi, vətəndaş cəmiyyəti institutlarının inkişafına təkan verdiyi bildirilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətinin təşkilinə ən vacib konseptual innovativ yanaşma dövlət qulluğu sisteminin təkmilləşdirilməsinin bir çox istiqamətlərini özündə cəmləşdirən nəticəyönümlü idarəetmə prinsip və qaydalarının bu sahədə tətbiqidir. Məruzəçinin fikrincə, müasir dövrdə dövlət qulluğu və dövlət idarəçiliyində innovasiyaların başlıca istiqaməti əsasında səmərəliliyin keyfiyyət göstəriciləri dayanan idarəetmə fəaliyyətinin inkişafıdır. O, tətbiq edilən yeni innovativ yanaşma və təşəbbüslərin bu institutun nüfuzunun daha da artmasına imkan yaradacağını vurğulayıb.
Seminarın yekununda iştirakçıların sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30