Ana səhifə »  Qəzetin pdf formatı »  Sevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır
A+   Yenilə  A-
Sevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

“Bu günlər respublikamızın bütün guşələrində 15 İyun Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olunur. Əlbəttə ki, bu tarixin belə təntənə ilə qeyd olunmasının çox ciddi əsasları var. Məlumdur ki, 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbayacnı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kuliminasiya nöqtəsinə çatdı və ö zamankı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi. Ulu Ondər xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ona görə də, 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.

““Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyvin də qeyd etdiyi kimi Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də, bu gün Azərbaycn sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir.

Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır. Şübhəsiz ki, qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır”-deyə, S.Fətəliyeva vurğulayıb.

 
  • Oxunub:  1200  |  
  • Tarix:  13-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 12:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+20 +24