Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan–Avropa İttifaqı biznes forumu keçirilir
A+   Yenilə  A-
Azərbaycan–Avropa İttifaqı biznes forumu keçirilir

Yohannes Han: Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır
İyunun 13-da Bakıda V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri də daxil olmaqla ümumilikdə 1000-dək iştirakçı qatılıb.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunun ölkəmizlə Aİ arasında iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və qarşılıqlı əlaqələrin artan dinamikasında yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu ilin mayında Brüsselə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 9 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən müqavilə-hüquq bazası yaradılıb.

Ş.Mustafayev vurğulayıb ki, ticarət ikitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən biridir və Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. 2018-ci ildə ölkəmizin xarici ticarətində Aİ-nin payı isə 42 faiz təşkil edib. Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, sahibkarlarımız beynəlxalq sərgilərdə iştirak edirlər. Azərbaycanın Polşada 10 ölkəni əhatə edən ticarət nümayəndəliyi, Riqa və Varşavada Ticarət Evləri fəaliyyət göstərir. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsində 30 faizlik artıma nail olunub.

İnvestisiya sahəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdıran İqtisadiyyat naziri Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına 33,6 milyard dollar, ölkəmizin isə Aİ ölkələrinə 15 milyard dollaradək investisiya yatırdığını bildirib. Qeyd edib ki, Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir.

Azərbaycanın Avropa İttifaqının əsas enerji tərəfdaşlarından olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində bu sahədə əməkdaşlığımız daha da genişlənəcək. Bu, nəhəng infrastruktur layihəsinə 40 milyard dollaradək sərmayə yatırılıb. Layihənin 3 komponenti – “Şahdəniz 2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istifadəyə verilib. TAP üzrə işlərin gələn il başa çatdırılması gözlənilir.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir, Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, son standartlara cavab verən avtomobil yolları bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də əhəmiyyətli dərəcədə artıb, 2018-ci ildə Azərbaycan ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb və tranzit qeyri-neft məhsullarının həcmində 49 faiz artım qeydə alınıb.

Biznes forumda Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.

Nazir diqqətə çatdırıb ki, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün ötən il keçirilmiş sorğuda Aİ şirkətlərinin 65 faizi Azərbaycandakı makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 89 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Bununla yanaşı, Avropa İttifaqının 2018-ci ildəki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda iştirak etmiş şirkətlərin 66 faizi ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.

Biznes forumun müzakirələr üçün əlverişli platforma olduğunu vurğulayan Ş.Mustafayev Aİ ölkələrinin şirkətlərini Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa, fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han ötən 10 il ərzində “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi çərçivəsində görülən işlər haqqında danışıb, bu dövrdə proqramın iştirakçı ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf etdiyini, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, kiçik və orta biznes, nəqliyyat-tranzit, İKT, gənclər siyasəti, təhsil və sair sahələrin inkişafı üçün əhəmiyyətli addımlar atıldığını qeyd edib və bildirilib ki, bu istiqamətdə dəstək tədbirləri davam etdiriləcək. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı, mühüm ticarət partnyoru olduğunu vurğulayan Y.Han Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin inkişafının önəmini qeyd edib.

Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Avropa İttifaqının Azərbaycanın biznes mühitinə dair 2019-cu il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Təhsil nazirinin müavini İdris İsayev, Ədliyyə nazirinin müavini Toğrul Musayev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar.

Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirir.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  13-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA