Ana səhifə »  Qəzetin pdf formatı »  İraq mətbuatı 150 yaşında
A+   Yenilə  A-
İraq mətbuatı 150 yaşında

Dünyanın ən qədim sivilizasiyalarından birinin məskəni Aşağı Mesopotamiya 1535-1917-ci illərdə Osmanlının ərazisi olsa da, Lozanna sazişindən sonra ingilislərin nəzarəti altına keçib və 1932-ci ildə Millətlər Cəmiyyətinə üzv olan İraq rəsmi dövlət statusu qazanıb. 3 oktyabr 1932-ci il tarixi İraq dövlətinin yaradıldığı gün kimi tarixə yazılıb. 1958-ci il iyulun 14-də baş vermiş inqilabdan sonra İraq Cümhuriyyəti elan edilib. Osmanlı dövründə isə bu regionda Mosul, Bağdad və Bəsrə əyalətləri mövcud olub. Bu barədə Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri, şair Şəmsəddin Kuzəçi öz məqaləsində bildirib.
Məqalədə qeyd olunur ki, İraqda ilk qəzet 1869-cu ildə Midhət Paşanın Bağdada vali təyin edilməsindən sonra nəşr edilib. İslahatçı Midhət Paşa Parisdən ilk mətbəə avadanlığı gətizdirib və 15 iyun 1869-cu il tarixində ərəb və türk dillərində "Zevra" qəzeti çap edilib. İraqda mətbuatın yaranması da məhz həmin tarixdən başlayır. 48 il müddətində 2607 nömrəsi işıq üzü görən "Zevra"nın sonuncu sayı 1917-ci il martın 11-də Bağdadda çap olunub.
Bununla yanaşı, Mosul vilayətində Osmanlının rəsmi qəzeti olan "Mosul" 1885-ci il iyunun 25-də işıq üzü görüb. "Zevra"dan sonra "Mosul" qəzeti İraqda çap edilmiş ikinci qəzet olub. 1918-ci ildə İngiltərənin Mosulu işğalından sonra "Mosul" fəaliyyətini dayandırıb. 1911-ci il fevralın 24-də Kərkük şəhərində türkcə yayımlanan ilk qəzet "Havadis" olub. Bəsrədə 31 dekabr 1889-cu ildə "Bəsrə" qəzeti yayıma başlayıb. Qəzet 25 il işıq üzü görüb.
Müəllif bildirir ki, ümumiyyətlə, Osmanlı dövründə Bağdadda 51 qəzet, 11 dərgi, Bəsrədə 16 qəzet, Mosul və Kərkükdə 6 qəzet, 2 dərgi olmaqla, İraqda çap edilmiş mətbu orqanların sayı cəmi 87 olub.
1921-ci ildə Kral I Faysalın taxta çıxması ilə İraq mətbuatı fərqli bir dövrə qədəm qoyub. Bu dövrdə mətbuat azadlığı uğrunda iraqlı jurnalistlərin apardığı mübarizə təqdirəlayiqdir.
1958-ci il iyulun 14-ü respublika elan edilməsi ilə İraqda KİV-in inkişafı fərqli istiqamət alıb. Müstəqil qəzet olmayıb. Çap mediası, türkman dildində kitablar çap edilməzdən əvvəl iki nüsxə əlyazması ilə senzuraya təqdim edilib.
O da vurğulanır ki, İraqda Mətbuat Gününün 100-cü ildönümündə "Cümhuriyyət" adlı yeni bir qəzet yaranıb. İlk nömrəsi 1969-cu il iyunun 15-də və "Zevra"nın ilk nömrəsinin orijinalı kimi işıq üzü görüb. O dövrdə "Necmet Kərkük Şaip", "Huriyye", "İraq", "İstiqlal", "İnkaz", "Həyat", "Misak", "Nida", "Kaza", "Ədəb", "Fikir" və s. qəzetlər də çap olunub.
İraqda radionun sınaq yayımı 1932-ci il martın 22-də baş tutub. 1936-cı ildə İraq radiosu əvvəlcə ərəb, daha sonra türkman və digər dillərdə müntəzəm olaraq yayıma başlayıb. Radionun türkman dilində bölməsi isə 1959-cu il fevralın 1-i bazar günü efirə çıxıb.
İraqda televiziyanın yaranması isə 1950-ci illərə təsadüf edir. O illərdə ingilislər tərəfindən Kərkükdə təşkil edilmiş ilk sənaye sərgisində İraq hökumətinə televiziya stansiyası hədiyyə edilib. Bu stansiyanın hesabına 1953-56-cı illərdə "İraq" TV yaradılıb. Televiziya 1956-cı ildə bütün ölkədə yayıma başlayıb.
1991-ci ildə İraqın şimalında təxminən 50 qəzet, dərgi və bülleten çap olunub. Türkmanlar əvvəlcə "Doğuş" və "Türkmaneli" daxil olmaqla, 20-yə yaxın qəzet və dərgi çap ediblər. TERT adlı yerli TV kanalı yaradılıb. Ərbil və Süleymaniyədə FM radio stansiyaları ilə haqq səslərini İraq ictimaiyyətinə çatdırıblar. www.turkmencephesi.org və www.kerkuk.net saytları İraq Türkman Cəbhəsinin orqanı kimi türkmanlar üçün önəmli bir informasiya vasitəsi olub.
Müəllifin yazdığına görə, Səddam rejimindən sonra bir sıra qəzet, dərgi və TV kanalları, radio və digər informasiya vasitələri dövlətdən icazə almadan sərbəst fəaliyyət göstərirlər. S.Hüseyn dövründə zəif olan internet mediası indi inkişaf edib. İraq daxilində və xaricdə ölkə ilə bağlı yüzlərlə veb sayt fəaliyyətə başlayıb. 2003-cü ildən sonra nazirliklər, xəbər saytları, çap mediası, audiovizual media (radio və TV), siyasi partiyalar, qeyri-hökumət təşkilatlarına məxsus saytlar meydana çıxıb. Bu gün İraqda baş verən prosesləri izləmək üçün yüzlərlə veb sayt fəaliyyətdədir. Ancaq çox az sayda müstəqil sayt İraq cəmiyyətində baş verən prosesləri həqiqi mənada əks etdirir. Onlardan ikisi www.nahrain.com və www.kitabat.com saytlarıdır.
İndi dövlətin 10 televiziya kanalından başqa, təxminən 100-ə yaxın özəl, yerli və ölkə əhəmiyyətli televiziya kanalı mövcuddur. İraqın rəsmi dövlət kanalı "İraqiyyə" TV-nin mərkəzi Bağdad şəhəri olmaqla, 10 regionda televiziya kanalı var. Bu kanalların sırasında Kərkük TV də dayanır.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA