Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
A+   Yenilə  A-
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi

1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyi üçün əvəzsiz əhəmiyyəti olan hadisə baş verdi. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi. Əslində, cəmiyyətin həmin dövrdə bu seçimi etməsi asan deyildi. Çünki geosiyasi vəziyyət o dərəcədə qarışıq və qeyri-müəyyən idi ki, düzgün istiqamət götürmək çox çətin məsələyə çevrilmişdi. Bundan başqa, o dövrdə səriştəsiz rəhbərlik ölkənin vəziyyətini daha da ağırlaşdırmışdı. Ermənistanın havadarlarının böyük dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsi ölkənin varlığını risklərə atırdı. Bu kimi tendensiyaların qarşısını ancaq böyük siyasi iradə və idarəçilik təcrübəsi olan, xalq və dövlət qarşısında məsuliyyətini tam hiss edən vətənpərvər lider ala bilərdi. Tarix belə bir şəxsiyyəti Azərbaycan xalqına qismət etmişdi. O, Ulu öndər Heydər Əliyev idi! Ümummilli liderin hakimiyyətə yenidən gəlişi sözün bütün mənalarında dövlətin, millətin, milyonlarla azərbaycanlının həyatının xilası oldu. Milli Qurtuluş Gününə vurğulanan bu məqamların işığında daha geniş nəzər salmağı zəruri hesab edirik.

Xalqın müdrik qərarı

26 il öncə Azərbaycanın dövlətçilik tarixi böyük bir faciəni adladı. Səriştəsiz rəhbərliyin səhvləri ucbatından ölkə çox ağır bir vəziyyətə düşmüşdü. Siyasi çəkişmələr, yanlış ideoloji seçim, xarici düşmənlərin aramsız dağıdıcı fəaliyyəti Azərbaycanı məhv olmaq həddinə gətirmişdi. Xalq o anda öz düzgün qərarını verib Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Həmin məqamı Prezident İlham Əliyev çox gözəl təsvir edib. Dövlət başçısı deyib: "Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək, onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı". Bəli, XX əsrin 90-cı illərində müstəqil Azərbaycanın müstəqil həyatı Heydər Əliyevin yenidən rəhbər dəvət edilməsi ilə başladı!

"Qurtuluş" sözü Azərbaycan üçün geniş məna çalarlarına malikdir. Ulu öndər Vətəni səriştəsiz siyasətçilərin əlindən qurtardı. Bu, çox önəmli idi. Həmin mərhələdə əksəriyyətdə belə bir illüziya var idi ki, təntənəli şüarlar və çağırışlarla müstəqil dövlət qurmaq olar. Sovet məkanında bu cür düşünənlər az deyildi. Onlar mücərrəd milliyyətçiliklə absurd liberalizm arasında vurnuxurdular. Konkret tarixi şərtlər daxilində müstəqil dövlət qurmağın real və praktiki xəttini bilən çox az idi.

Siyasi liderin dövlət quruculuğu təcrübəsi olmadıqda isə vəziyyət, ümumiyyətlə, dövlətçiliyin itirilməsi həddinə kimi pisləşə bilir. Deməli, o vaxt əsas məsələ cəmiyyəti naşı siyasətçilərin, şüarçıların, populistlərin və qeyri-real düşünənlərin əlindən xilas etməkdən ibarət olmalı idi.

Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl bunu həyata keçirdi. Tədricən, qanuni əsasla dövlətə rəhbərliyi ələ alaraq, xalqın gələcəyini xilas etdi. Bu qurtuluşun tarixi əhəmiyyəti çox qiymətlidir. Cəmiyyət tədricən psixoloji şokdan çıxmağa başladı. Heydər Əliyev ağıllı, təmkinli və dəqiq hesablanmış addımları ilə xalqa ümid verdi. Göstərdi ki, Azərbaycan xalqı qüdrətlidir, özünə inanmalıdır. Əgər belə olsa, mütləq müstəqil dövlət quruculuğunu böyük uğurla başa çatdıracaq. Bu, qurtuluşun başqa bir vacib məqamıdır.

Xalqın psixologiyasında məğlubiyyət üstünlük təşkil edirsə, onun sistemli və davamlı olaraq hansısa xətti həyata keçirməsi imkansızdır. Belə cəmiyyət daha çox kütləni xatırladır və onu kənardan idarə etmək asandır. Məhz Ümummilli lider Heydər Əliyev cəmiyyətin psixologiyasında olan bu tənəzzülün qarşısını alıb qısa müddətdə ona qalib psixologiyasını aşıladı. Buradan qurtuluşun çox önəmli digər özəlliyinə keçid vardır.

Heydər Əliyev öz praktiki fəaliyyəti və nümunəsi ilə ölkəni xilas etməyin konkret yolunu göstərdi. Bu, Ulu öndərin siyasi qətiyyətində, möhkəm iradəsində, verdiyi sözlərə dəqiq əməl etməsində, dəqiq işlənmiş kurs əsasında islahatlar aparmasında, səmərəli daxili və xarici siyasət kursu, dövrün tələblərinə uyğun milli maraqlara xidmət edən enerji siyasətini işləyib hazırlamasında və ölkənin ərazi bütövlüyünü bərpa etmənin yolunu tapmasında təsdiqləndi.

Dünyanın güclü siyasi-hərbi dairələrinin sui-qəsd və dövlət çevrilişi planlarının qarşısını alan Heydər Əliyev neft müqavilələrinin həyata keçməsi üçün geniş imkanlar yaratdı. Şübhə yoxdur ki, Ulu öndərin bu qətiyyəti olmasa idi, indi Cənubi Qafqazın geosiyasi mənzərəsində qaranlıq məqamlar daha çox olardı. Bu baxımdan 1993-2000-ci illər Azərbaycanın dövlət olaraq bir sıra təhlükələrdən böyük mənada tam qurtuluşu mərhələsidir. Tarixi baxımdan bu faktorun qurtuluşun çox mühüm bir aspektini əks etdirdiyini qəbul etmək gərəkdir.

Qurtuluşdan tərəqqiyə sürətli keçid

Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir xəttə çıxardı. Ulu öndər postsovet məkanında yeganə lider oldu ki, müstəqil dövlət quruculuğunu bütün istiqamətlərdə müasir tələblər səviyyəsinə yüksəltdi. Bununla Ümummilli lider milli dövlət quruculuğu kursunu köhnəlikdən, əsası olmayan populizmdən xilas etdi. Heydər Əliyev göstərdi ki, güclü dövlət qurmaq real qurtuluş yoludur. Demokratiya ancaq güclü dövlətin olduğu, qanunların aliliyinin təmin edildiyi yerdə mövcud ola bilər. Və bu tezisi konkret siyasi fəaliyyəti ilə tam sübut etdi.

Təcrübə göstərir ki, lider nümunə ola bilmədikdə dövlət zəifləyir, cəmiyyət inkişaf istiqamətini itirir. Heydər Əliyev isə harada olmağından asılı olmayaraq, bir qəhrəmanlıq, yüksək zəka sahibi olmaq və dövlətçiliyə tam sadiq qalmaq nümunəsi idi. Ulu öndər Azərbaycanda vətəndaşlarla görüşündə də, BMT-nin yüksək tribunasından çıxışında da əsl xilaskar kimi davranırdı. BMT-də 1994-cü və 1995-ci illərdə etdiyi möhtəşəm çıxışında dünyaya göstərdi ki, Azərbaycan təhlükələrdən qurtulub və demokratik, sivil və müstəqil dövlət kimi beynəlxalq miqyasda sülhün, barışın və əməkdaşlığın inkişafına ciddi töhfələr verməyə hazırdır. Bununla Ulu öndər dövlətin imicini düşmənlərin bədxah planlarından qurtardı. Və Azərbaycanın sonrakı tərəqqisi üçün lazım olan beynəlxalq mühiti formalaşdırdı.

1993-cü il iyunun 15-də Azərbaycanın müstəqil dövlətçiliyi üçün çox böyük əhəmiyyəti olan bir təhlükədən də tədricən qurtulmaq prosesi baş tutdu. Biz, Azərbaycanın müdafiə qüdrətinin sistemli və davamlı olaraq artırılması xəttini nəzərdə tuturuq. Heydər Əliyev öncə ordunu intizamsızlıqdan qurtardı. Nizami ordu olmasa, ərazinin bütövlüyünün bərpası mümkün olmaz. Ulu öndər yüksək səviyyəli hərbi kadr hazırlığına böyük diqqət yetirdi. Qısa müddətdə Azərbaycan ordusu sovetlərdən qalmış çoxlu sayda qüsurlardan qurtuldu. Yeni və modern ordu quruculuğu geniş vüsət aldı.

Təcrübə göstərir ki, Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu kursu çox perspektivlidir. İndi Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Və bu proses dayanmadan davam edir. Prezident İlham Əliyev Ulu öndərin ordu quruculuğu siyasətini çox böyük uğurla inkişaf etdirir. Nəticədə, Azərbaycan ordusu istənilən an işğal altındakı torpaqları düşmənlərdən təmizləyə bilmək səviyyəsinə yüksəlib. Əlbəttə, ordu quruculuğunun qeyri-müəyyənlikdən, səriştəsiz rəhbərlikdən xilas olması ciddi tarixi hadisədir.

Azərbaycanın qurtuluşu üçün olduqca böyük əhəmiyyəti olan başqa bir hadisə Ulu öndərin siyasi varisliyi təmin etməsi oldu. Bu məqam siyasi olaraq ölkənin əsl qurtuluşu idi. Çünki müstəqil dövlət quruculuğunun tam başa çatması üçün siyasi varislik təmin edilməlidir. Dünyanın tanınmış ekspertləri bu məqamı ayrıca vurğulayırlar. Onlar hesab edirlər ki, istənilən bir ölkədə siyasi kursda davamlılıq, sistemlilik və dəqiqlik olmasa, uğurlu müstəqil və milli dövlət qurmaq mümkün olmaz. Bu səbəbdən İlham Əliyevin siyasi varis kimi yetişdirilməsi Azərbaycan dövlətçiliyinin başlıca qurtuluş məqamlarından biri kimi qəbul edilməlidir.

Prezident İlham Əliyev fəaliyyəti ilə sübut edir ki, Azərbaycanda dövlət quruculuğu əmin əllərdədir. Hazırda Azərbaycan liderliyini daha da inkişaf etdirərək, təsir dairəsini genişləndirir. Həyata keçirilən müxtəlif sosial, iqtisadi, siyasi, enerji, nəqliyyat, logistika və s. üzrə layihələr müstəqil dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini sübut etməkdədir.

Azərbaycan xalqı üçün qurtuluşun tarixi əhəmiyyəti əvəzedilməzdir. Qədirbilən xalqımız müstəqil dövlətçilik naminə 15 iyun – Milli Qurtuluş Gününü həmişə böyük ruh yüksəkliyi ilə qeyd edəcək. Əlbəttə, bu yol sonsuzdur. Nə qədər vaxt ötsə də, hər bir Azərbaycan vətəndaşı qanlı-qadalı həmin illəri xatırlayacaq. O zaman Azərbaycan siyasi səhnəsində Heydər Əliyev Günəşi parlamasaydı, indi biz müstəqil dövlətin vətəndaşı kimi bu fikirləri yaza bilməzdik. Heydər Əliyev Azərbaycan ziyalılığını və jurnalistikasını da xilas etdi! Qurtuluş Günü hər bir vətəndaşın qurtuluşu günüdür!

Newtimes.az

 
  • Oxunub:  4530  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13