Ana səhifə »  Qəzetin pdf formatı »  Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
A+   Yenilə  A-
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir

Mehriban Vəliyeva: Əsas məqsədimiz milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək gənclər yetişdirməkdir
Məlum olduğu kimi, Azərbaycanda təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təhsil sahəsində həyata keçirilən davamlı islahatlar nəticəsində ölkəmizdə təhsilin forma və məzmunu tamamilə yeniləşir. Akademik Zərifə Əliyeva adına Lisey də ölkənin təhsil uğurları ilə seçilən məktəblərindəndir. Liseydə təhsilin inkişafı üçün burada səmərəli tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.
Akademik Zərifə Əliyeva adına Liseyin 2008-ci ildən fəaliyyət göstərdiyini deyən bu təhsil ocağının direktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mehriban Vəliyeva bildirib ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə xanım Əliyevanın 85 illik yubileyi ərəfəsində istifadəyə verilən lisey 9-11-ci sinifləri əhatə edir. Onun sözlərinə görə, istedadlı uşaqların inkişafı üçün bütün istiqamətlərdə təmayüllər üzrə akademik bilik verən liseydə şagirdlərin hərtərəfli inkişafı üçün hər cür şərait var: “Lisey 2018-2019-cu ili də uğurla başa vurdu. 631 şagirdi olan lisey 181 məzun yola saldı. Respublika fənn olimpiadasında 16 şagird qızıl, gümüş, bürünc medal qazanıb (1 qızıl, 9 gümüş, 6 bürünc). Liseyin nailiyyətləri çoxdur. Belə ki, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun keçirdiyi “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsində 9 şagirdimiz sentyabrda keçiriləcək final turuna keçid hüququ qazanıb. May ayında Tbilisidə keçirilən “World Scholar”s Cup (WSC) beynəlxalq olimpiadasında iştirak edən şagirdlərimiz müxtəlif ölkələrin 100 komandası arasında seçilərək 2-ci yerə layiq görüldülər. Ayrı-ayrı nominasiya üzrə 3 kubok, 25 qızıl və 45 gümüş medalla təltif olundular”.
Direktor qeyd edib ki, bu gün qarşımızda duran əsas vəzifə təkcə savadlı, yüksəkbilikli gənclər deyil, eyni zamanda, vətənpərvər, azad, qanuna və hüquqa hörmət edən, geniş dünyagörüşlü vətəndaş yetişdirməkdir: “Bu prinsiplər bizim üçün əsasdır. Məktəbimizin şagirdlərinin səylə çalışması, qazandığı uğurlar bizim sevincimizi qat-qat artırır. Şagirdlərimiz bütün müsabiqələrdə iştirakdan çəkinmirlər. “Ədəbiyyat biliciləri” müsabiqəsində 11-ci sinif şagirdi Nəzrin Məmmədova I yerə layiq görülüb. Ötən ildən isə robototexnikanı tədrisin bir komponenti kimi götürən lisey bu sahədə də uğurlara imza atır, şagirdləri mühəndislik və texnologiya istiqamətində düşündürməyi gələcək üçün vacib sayır. Oktyabr ayında keçirilmiş Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Robot Olimpiadasında şagirdlərdən Xuduzadə Naim və Bayramov Ruslan III yerə layiq görülüblər. Şagirdlərimiz Rumıniyada keçirilən İNFOMATRIX layihə müsabiqəsində robototexnika sahəsində 1 qızıl, 2 gümüş medal qazanıblar. Qasım Qasımzadə qızıl, Yusif Qasımzadə və Nəcəf Məmmədov isə gümüş medal qazanıblar. III Robot Olimpiadasında isə şagirdlərimiz Ruslan Bayramov, Elvin Bilalov, Cabir Tahirov II yerə layiq görülüblər”.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri beynəlxalq layihələrdə də fəal iştirak edirlər. Belə ki, “Sabahın alimləri” müsabiqəsində 7 layihə ilə 3 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülən lisey ABŞ-da keçirilən “İntel İSEF” beynəlxalq yarışında da 3 layihə ilə ölkəmizi təmsil edib. Layihələrinə görə X sinif şagirdi Aydan Qədirzadə “Ricoh” şirkətinin sertifikatına, 9-cu sinif şagirdi Nihad Həmidli və 11-ci sinif şagirdi Nofəl Qədimli isə Yale Elmi və Mühəndislik Birliyi tərəfindən 2019-cu ilin mükafatına layiq görülüblər.
Ötən ilin dekabrında isə Bakı Mühəndislik Universitetinin keçirdiyi tələbə və şagirdlərin qatıldığı IV Qış Elm Festifalında liseyin şagirdləri Nofəl Qədimli və Zəhra Qədimzadə “Clik Enerji” layihəsi ilə II yerə layiq görülüblər. 10-cu sinif şagirdi Arif Qəhrəmanlı isə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var” II ümumrespublika elm-yaradıcılıq müsabiqəsində III yeri qazanıb. Arif Qəhrəmanlının bu layihəsi həmçinin “Climatelaunchpad” Azərbaycan 2018” startap proqramının ölkə finalına keçmiş 13 layihədən biri olub. Digər şagirdlər də müəyyən layihələri ilə qalib olublar.
Direktor M.Vəliyevanın sözlərinə görə, liseyin əsas istiqamətlərindən biri də şagirdləri beynəlxalq təhsil təcrübəsi ilə tanış etməkdir. O qeyd edib ki, yanvar ayında Qətərdə Beynəlxalq “MUN” konfransında 13 şagird, 3 müəllim iştirak edib, aprel ayında isə Türkiyədə “Robert College İnternational Model United Nations” konfransında 2 müəllim və 15 şagird iştirak edib. Bütün dünyadan 300-dən çox şagirdin iştirak etdiyi illik beynəlxalq toplantıda şagirdlər beynəlxalq təcrübə qazanıblar. “9-11 sinifləri əhatə edən təhsil ocağı Azərbaycan və rus bölmələrində təmayüllər üzrə fəaliyyət göstərir. Liseydə siniflərin təmayüllər üzrə komplektləşməsi şagirdlərin maraq göstərdikləri fənləri daha dərindən mənimsəmələrinə imkan verir. Təhsil müəssisəsində fundamental və tətbiqi elmlərin tədrisi, bilik yarışlarının təşkili, beynəlxalq layihələrdə və olimpiadalarda iştirak prioritet məsələlərdən hesab olunur. Pedaqoji kollektiv şagirdlərdə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. Əsas məqsədimiz milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək gənclər yetişdirməkdir. Liseyə qəbul müsabiqə yolu ilə keçirilir və siniflər təmayüllər üzrə: riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri üzrə komplektləşdirilir. Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün kiçik və böyük summativ qiymətləndirmə testləri, mövzu və bölmələr üzrə şifahi sorğu, müxtəlif fənlər üzrə layihə işlərinin müdafiəsi və sinifdən-sinfə keçid imtahanları keçirilir. Qiymətləndirmə 100 ballıq sistemlə aparılır. Birinci və ikinci yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa, şagirdlərin bilik səviyyəsini nəzarətdə saxlamaq üçün hər ay Liseydaxili Qiymətləndirmə Testləri (LQT) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil olunur. LQT-nin nəticələrinə əsasən hər bir sinfin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış şagirdlər stimullaşdırılır. Liseydə 33 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və kimya laboratoriyaları, dörd kompüter otağı, kitabxana, yeməkxana, idman zalı fəaliyyət göstərir. Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqla təchiz olunub. Bununla yanaşı, liseyin İnformasiya-Resurs Mərkəzi, yeni dərslik, elmi və bədii ədəbiyyatla zəngin kitabxanası var”, - deyən direktor əlavə edib ki, liseydə akademik Zərifə xanım Əliyevanın xatirə salonu yaradılıb. Salonda böyük alimin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən kitab və jurnallar, fotoşəkillər nümayiş olunur.
Qeyd edək ki, liseydə informasiya-kommunikasiya texnologiyaları (İKT) da geniş tətbiq edilir, bütün fənn müəllimlərinin və şagirdlərin keyfiyyətli təhsil prosesi üçün hərtərəfli imkanlar yaradılıb. Liseydə İKT üzrə savadlılığın artırılması məqsədilə mütəmadi treninqlər keçirilir. Belə ki, məktəbdə elektron dərslər qurulur, müəllimlərin tapşırıqları elektron poçt vasitəsilə təhlil edilir. Elektron “qaynar xətt” mövcuddur ki, bu da şagirdlərdə fikirlərini müstəqil ifadə etmək imkanı yaradır, rəhbərliyə daxil olan şikayət və təkliflər obyektiv araşdırılır. Liseydə İKT əsaslı innovativ tədris otağı da yaradılıb. Nəticədə yalnız informatika dərsləri deyil, digər fənlər də İKT-dən geniş istifadə olunmaqla tədris edilir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1830  |  
  • Tarix:  19-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25