Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir

«İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu fikri bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Bu gün Azərbaycanın dünyaya səs salan və yüksək səviyyədə təqdir olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Təbii ki, bu uğurlara yol açan əsas faktor təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq Azərbaycan bu gün beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi, ən əsası sosial siyasətin əsas tərkib hissəsi olaraq əmək haqqı və pensiyaların mütəmadi olaraq artırılması bir daha bu reallığa əsas verir ki, ölkəsinin davamlı inkişafı, xalqının yüksək rifahı üçün çalışan ölkə Prezidentinə xalqın dəstəyi, etimadı böyükdür. Cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirilən «2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır» əminliyi də məhz cari ilin arxada qalan aylarında atılan addımlara, həyata keçirilən təkmil islahatlara, dövlətimizin başçısının əhalinin rifahına ciddi dəstək olan yeni sosial paketinə əsaslanır.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sosial sahədə dərinləşən islahatlara, dövlətimizin başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən illərdən başlanan sosial, xüsusilə əməkhaqqının artırılması ilə bağlı islahatlar gündən-günə dərinləşir: “Belə ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olundu. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırıldı. Ölkə Prezidentinin sosial siyasət sahəsində cari ilin əvvəlindən atdığı addımlar da davamlılığı ilə diqqət çəkir. Belə ki, möhtərəm Prezidentimizin təqdim etdiyi müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları, xüsusilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumilikdə cari ilin əvvəllərində həyata keçirilən sosial islahatlar paketi 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. Cənab Prezidentimiz İlham Əliyevin bu günlərdə, daha dəqiq desək, iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının ilk növbədə əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini vermişdi. Hər vədini konkret əməli işi ilə təsdiqləyən möhtərəm Prezidentimiz «neft kapitalını insan kapitalına çevirək» tezisini də irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, burada söhbət təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.”
V.Rəhimzadə diqqətə çatdırıb ki, bu addımlar ölkəmizin davamlı iqtisadi inkişafına söykənir: “Dövlətimizin başçısının təqdim etdiyi yeni sosial paket əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir”.
Baş redaktor onu da əlavə edib ki, atılan bu kimi addımlar bir daha təsdiqləyir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən müstəqil Azərbaycan Respublikası öz vətəndaşının yüksək rifahının təminatçısıdır: “Möhtərəm Prezidentimizin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Hər zaman vətəndaşının yanında olan, onun qayğısı ilə yaxından maraqlanan, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsinin onda böyük ruh yüksəkliyi yaratdığını bəyan edən dövlətimizin başçısına milyonların sevgisi şəksizdir, etimadı tükənməzdir. Dövlət o zaman güclü, qüdrətli, xalq o zaman xoşbəxt olur ki, onun bu gününü, sabahını düşünən Prezidenti vardır. Cənab İlham Əliyev son 15 ildən artıq dövrdə gördüyü işlər, atdığı addımlarla 2003-cü ildə KİV nümayəndələrinə ilk müsahibəsində «Əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin» fikirlərinin təsdiqidir”.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  19-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA