Ana səhifə »  Qəzetin pdf formatı »  Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

İyunun 19-da Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclası Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlər, Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən, daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında və Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər daxil edilib.

Sonra gündəlikdə duran birinci məsələ - Azərbaycan Respublikasında yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, sözügedən məsələ ilk dəfədir müzakirə olunur. Çünki bu istiqamətdə təkcə nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Bu sahə müasir dövrün əsas trendlərindən biridir: “Uzun müddət biz öz fəaliyyətimizdə işin təkmilləşməsinə yönəldilmiş addımlar atmışıq. Bu gün dünyada mədəni sənaye sahəsində iş yerlərinin açılması digər sahələrdən daha çoxdur. Çünki bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir. Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq əlaqələr və innovasiyalar sektoru xarici ekspertlərin iştirakı ilə mədəni sənayelərin təhlilini aparıb. Təhlil hesabatı dövründə mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşdıq. Bu o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümum daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq iş aparılır”.

Şöbə müdiri diqqətə çatdırıb ki, mədəniyyət sahəsində sənayeləşmə və biznes barədə əhali arasında maarifləndirmə aparılmalı və bu proseslər insanlara açıq şəkildə izah edilməlidir.

Vasif Eyvazzadənin məruzəsindən sonra nazir müavini Rafiq Bayramov bu məsələ bağlı fikirlərini bölüşüb.

Gündəlikdə duran ikinci məsələ - Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova məruzə edib.

Azadə Hüseynova şöbə tərəfindən muzey əşyalarının mühafizə portalının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, hazırda aparıcı muzey və xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunan eksponatlar haqqında məlumatlar həmin portala daxil edilir. Portalın yenilənmiş istifadə qaydalarının izah edilməsi məqsədilə rayonlarda fəaliyyət göstərən muzeylər üçün üç mərhələdən ibarət regional idarələr tərəfindən treninqlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə ilk treninq Qəbələ şəhərində keçiriləcək. Bundan əlavə, mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə və icazə sənədlərinin verilməsi sahəsində elektron xidmətlərin göstəriləcəyi veb-saytın hazırlanması istiqamətində də işlər yekunlaşmaq üzrədir. Bu sayt vasitəsilə proses daha da operativ və sadə şəkildə aparılacaq.

Daha sonra şöbə müdiri daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, mədəni sərvətlərin intekrativ ümumi veb-saytının hazırlanmasına zərurət var. Bununla da digər qurumlarla mədəni sərvətlərin qorunması istiqamətində əməkdaşlığın səmərəliliyini artıra bilərik.

Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər haqqında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın çoxəsrlik mədəni və zəngin irsi dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən mədəni irsin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalanıb.

Xidmət rəisi tarixi abidələrin qorunması, inventarlaşması, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması sahəsində bir sıra işlərin görüldüyünü deyib. Qeyd edib ki, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıqkörpüdə bərpa konservasiya işləri aparılıb. Dövlət başçısının Sərəncamına əsasən Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.

Zakir Sultanov diqqətə çatdırıb ki, 72 abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir. Xidmət rəisi arxeoloji irslə bağlı görülən işlər barədə də məlumat verib.

Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev tarixi abidələrin bərpası ilə yanaşı, onların təbliğinin də vacib olduğunu vurğulayıb. Nazir bu abidələrin istismara verilməsini mədəni sənayeləşmənin əsası kimi dəyərləndirib.

Sonda nazir müzakirə olunan məsələlər və qeyd olunan problemlərlə bağlı müvafiq tapşırıqlarını verib.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  19-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA