Ana səhifə »  Qəzetin pdf formatı »  Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
A+   Yenilə  A-
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib

Konfransda Vyana Bəyannaməsi qəbul edilib
İyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.
Vyana konfransında Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət şuralarının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunurdular. Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ yəhudiləri dini icmasının başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi yepiskop Vladimir Fekete və Alban-Udi xristian dini icmasının başçısı Robert Mobili daxildir.
Konfransın açılışında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolundan və multikulturalizm dəyərlərindən bəhs edən “Bəşəri çağırış” filmi nümayiş olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını konfrans iştirakçılarına çatdırıb. Şeyxülislam qeyd edib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniyada uğurlu beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbildən növbəti nüfuzlu tədbirdir.
Şeyxülislam bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliği ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsində mühüm rola malikdir.
Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyir.
Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır.
Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inanclıların birgəyaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlə bağlı siyasətin sağlam və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlərin beynəlxalq hüququn normaları müstəvisində tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək, xoş mərama söykənməli olan bu ideyaların geniş ictimaiyyət arasında təbliğinə xüsusi diqqət ayrılmalı olduğunu vurğulayıb. Bu xüsusda qeyd edilib ki, Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilən bu Forumun rəsmi açılışındakı nitqində Prezident İlham Əliyev multikulturalizmi “alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.
KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar rəhbərlik etdiyi qurumun Vyana konfransının həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. O, Şeyxülislam Allahşükür Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib. Baş katib müasir dövrdə qeyri-tolerantlıq və ksenofobiyanın dünyada radikalizm, dini və etnik icmalara, qaçqınlara, cəmiyyətin müxtəlif təbəqələrinə qarşı mənfi yanaşmalara yol açdığını bildirib və buna görə də dini rəhbərləri münaqişələrin nizamlanması, cəmiyyətdə ekstremizm hallarının artmasına qarşı vahid strategiya və mexanizmlərin hazırlanmasında birgə fəaliyyətə çağırıb. Eyni zamanda, dinlərarası uğurlu dialoq nümunələrinin dünyada daha geniş təbliğinin vacibliyi vurğulanıb və bu cür örnəklərin cəmiyyətdə geniş yayılmalı olduğu qeyd edilib.
Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-dini tolerantlıq və multikultural ənənələrin qorunması sahəsində qlobal əhəmiyyətli təşəbbüslərini qeyd edib və Vyana konfransını dünyanın qlobal proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsi kimi qiymətləndirib.
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman əl-Haşim tolerantlığı bütün insanlar arasında əmin-amanlıq yaratmağa aparan yol kimi dəyərləndirib. O, Birləşmiş Ərəb Əmirlikləri dövlətində dinlər arasında tolerantlıq üzrə nazirlik yaratdıqlarını vurğulayıb. Bildirib ki, bütün insanlar arasında tolerantlıq, əməkdaşıq və həmrəylik dəyərlərini genişləndirmək vacibdir.
Misirin dini işlər üzrə parlament komitəsinin sədri Usama əl-Abd dinlərarası əməkdaşlığın real nəticələr verdiyini və Azərbaycanın dünyada multikulturalizm ideyalarının təşviqində rolunun, töhfələrinin əhəmiyyətini vurğulayıb.
BMT Baş katibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu, sülh, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğ edilməli olduğunu bildirib. Qeyd edilib ki, hazırda dünyada yardıma ehtiyacı olan insanların sayı durmadan artır, BMT və digər beynəlxalq təşkilatlar dünyanın müxtəlif regionlarında qaçqın və yoxsul əhali təbəqələrinə yardımlar edir. Bu da, öz növbəsində, tolerant və səxavətli yanaşma, yardımlaşma istəyi, dinlər və mədəniyyətlər arasında dialoqun daha da gücləndirilməsini tələb edir.
BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos müasir dünyada sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm İli” və 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycan dövlətinin bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün və dünyada öncül mövqedə dayandığının göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxışında bildirib ki, dünyada onlarla din, yüzlərlə təriqət və dini dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi bir planet mövcuddur, bu da Yer kürəsidir. Milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir. Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Başqa sözlə, çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğu çox vacib amildir.
AMEA-nın prezidenti deyib ki, çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətində XXI əsrə qədər xeyli yol keçib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər də var. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib.
Konstantinopol Patriarxlığının Ekzarxı, KAİCİİD Direktorlar Şurasının üzvü Emmanuel Adamakis çıxışında dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun önəmini diqqətə çatdırıb. O qeyd edib ki, dialoq dünyada əmin-amanlığa aparan alternativsiz yoldur və bu yolda müxtəlif sivilizasiyalar həmrəylik göstərməlidirlər.
Moskva və Bütün Rusiyanın Patriarxi Kirillin xüsusi nümayəndəsi Filaret dinlərarası dialoq çərçivəsində insan haqları mövzusuna xüsusi diqqət ayrılmasına çağırıb. O deyib ki, hazırda bir sıra, istər münaqişə, istərsə də qeyri-münaqişə ölkələrində insanlar qaçqına çevrilir, ayrı-seçkiliyə məruz qalır və ya normal yaşayış üçün tələb olan şərtlərlə təmin olunmur. Bu da, öz növbəsində, həmin qrup insanların haqlarını qorumaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini tələb edir.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov silahlı münaqişələr nəticəsində dünyada milyonlarla insanın öz doğma torpaqlarından didərgin düşdüyünü, Azərbaycanın da bu tale ilə üzləşdiyini qeyd edib. Münaqişələr nəticəsində maddi-mədəni, tarixi və dini abidələr məhv edilir, ən əsası isə insan talelərinə ağır zərbə vurulur. Bildirilib ki, ayrı-seçkiliyin güclənməsi dünyada qarşıdurma və münaqişələrin sayının artmasına apara bilər. Bu məsələdə mətbuatın da üzərinə məsuliyyət düşdüyünü qeyd edən R.Həsənov bir sıra mətbu orqanların jurnalistika prinsiplərinə zidd olaraq səhv xəbərlər, müxtəlif stereotiplərə söykənən saxta məlumatlar yaydığını və bu yolla problemlərin nizamlanmasına deyil, daha da qızışmasına cəhd etdiklərini, cəmiyyətdə dözümsüzlük toxumları səpdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, buna görə də bəşəri həmrəyliyə nail olmaq üçün dini icmalar öz səylərini artırmalıdırlar.
Prezident Administrasiyasının Millətlərarası Münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan çoxmillətli və çoxdinli bir dövlətdir və dini münasibətlərini multikulturalizm siyasəti çərçivəsində nizamlayır. Bu da cəmiyyətdəki etnik, dini və mədəni fərqliliklərin nizamlanması üçün ən səmərəli siyasi modeldir. Azərbaycanda əhalinin 96 faizinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, burada bütün dinlər üçün yüksək şərait yaradılıb və məbədlər fəaliyyət göstərir. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində “Bütün dinlər qanun qarşısında bərabərdir” prinsipi əksini tapır və bu prinsip dövlətin dinlərlə bağlı siyasi kursunu təşkil edir. Məhz buna görə də Azərbaycanda həm müsəlman təriqətləri arasında, həm də digər dini icmalarla münasibətdə heç bir ayrı-seçkilik və qarşıdurma halına rast gəlinmir, bütün dinlərin təmsilçiləri dinc və birgə yaşayırlar.
Prezident Administrasiyasının rəsmisi Etibar Nəcəfovun və Milli Məclisin komitə sədri Səməd Seyidovun moderatorluğu ilə davam edən konfransda digər çıxış edənlər dini tolerantlığın gücləndirilməsi ilə yanaşı, dünyada yoxsulluğa qarşı mübarizə, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni strategiyaların hazırlanması, gənc nəslin təhsilli yetişməsi və gələcəyə inamlı olması istiqamətində fəaliyyətin gücləndirilməsini vacib hesab ediblər.
Konfransda “Sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Konfrans iştirakçıları müasir dövrdə Avstriyanın və Azərbaycanın multikulturalizm ənənələrinə, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarına verdikləri töhfələri xüsusi vurğulayaraq, dünyada baş verən terrorizm, ekstremizm, dini radikalizm, o cümlədən ksenofobiya, antisemitizm, islamofobiya, habelə dinin siyasi məqsədlərlə istismarı təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlığa çağırıblar. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə birgə təşkil etdiyi Vyana konfransının beynəlxalq müstəvidə müsbət nümunə olduğu tədbir iştirakçıları tərəfindən qeyd edilib.
Sonda beynəlxalq konfransda yekun sənəd - Vyana Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.
Konfransın keçirildiyi sarayın foyesində Azərbaycandakı tolerantlığa, ölkəmizin tarixinə və mədəniyyətinə həsr olunan kitablardan ibarət guşə təqdim edilib.

 
  • Oxunub:  3270  |  
  • Tarix:  20-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13