Ana səhifə »  Qəzetin pdf formatı »  “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

İyunun 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü ərəfəsində keçirilən bu konfransda hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu barədə müzakirələrin aparılmasının önəmini qeyd edib. O deyib ki, tarixən Azərbaycan xalqında vətənpərvərlik hissi güclü olub. Bunun da milli-mənəvi dəyərlərin, azərbaycançılığın, milli dövlətçiliyin formalaşmasında xüsusi rolu olub. Bugünkü Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə olunması çox vacib məsələdir. Təcrübə göstərir ki, məhz bu ruhda zəif tərbiyə olunan gənclər yad ideologiyaların, xüsusilə də dini ideologiyaların təsirinə məruz qalırlar. Bu baxımdan, bu mövzunun daim gündəmdə olması, gənclərimizə aşılanması çox önəmlidir.

S.Heydərov vurğulayıb ki, Azərbaycanda dini durum sabitdir, ölkəmizdə radikalizmin və ekstremizmin bazası yoxdur. Dövlətin qayğısı kifayət qədərdir. Dini etiqad qorunur və bütün inanclı insanların dini etiqadını həyata keçirmələri üçün şərait yaradılıb. Bunun sayəsində ölkəmizdə mükəmməl dini birlik mövcuddur.

Dünyanın bir çox ölkələrində multikulturalizmin iflasa uğradığını bildirən komitə sədrinin müavini deyib ki, onun yerini radikal tendensiyalar tutacaq. Bu da dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Azərbaycanda görülən işlər kifayət qədər əhəmiyyət kəsb edir. Buna dünya birliyi tərəfindən yüksək qiymət verilir. Dünyadakı çağırışları nəzərə alsaq görərik ki, Azərbaycan sülhün bərqərar olması üçün çox faydalı işlər görür. Azərbaycanın bu istiqamətdə gördüyü işlər gələcəkdə dünyada tarixi hadisəyə çevriləcək.

Sonra DQİDK-nın sədr müavini Gündüz İsmayılov məruzə ilə çıxış edib. O deyib: “Orduda dini baxımdan hansısa qadağanın olduğunu deyirlər. Həmin insanlara bir cavabım var. Şuşada, Ağdamda məscid var idi. Bu gün həmin məscidlər fəaliyyət göstərmir, dağıdılıb və ya təhqiramiz şəkildə müsəlmanın inancına zidd olan heyvan saxlanılır. Digər bölgələrimizdə də məscidlər var, ermənilər təbii ki, həmin əraziləri zəbt edib eyni hərəkətləri oralarda da etmək istəyərlər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan Silahlı Qüvvələrinin olmasıdır. Azərbaycan Silahlı Qüvvələri təkcə bu ölkənin ərazi bütövlüyünü, Azərbaycan xalqını qorumur, həm də Cənubi Qafqazda İslam dininin qarantıdır. Onlar olmasa, digər ərazilərimizdə də məscidlərimiz, ibadət evlərimiz Şuşa məscidinin vəziyyətinə düşə bilər. Ermənilər işğal altında olan alban kilsələrini qriqoryanlaşdırdığı kimi, bu torpaqlarda olan kilsələri də qriqoryanlaşdırarlar. Fikrimcə, tolerantlığın mühafizəçisi Azərbaycan Ordusudur. Ona görə də Azərbaycan əsgərinə din adı altında hansısa ləkə yaxmaq kökündən böhtandır, yanlışdır”.

Daha sonra konfransda Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Pənah Cahangirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov, Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə baş idarə rəisi Bünyad Qaralov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Eyni zamanda, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Samir Sadıqov və digər icma nümayəndələri hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr barədə danışıblar.

Tədbir milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqində, dini radikalizmə qarşı mübarizədə, o cümlədən milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi ilə davam edib.

 
  • Oxunub:  1590  |  
  • Tarix:  20-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+22 +25