Bərdədə kənd yolları təmir olunur
22.06.2019 [11:07]
Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi Bərdə rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Son illərdə respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarının Bərdə rayonu ərazilərindən keçən hissələri əsaslı təmir edilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Yeni Daşkənd-Umudalılar, Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolları yenidən qurulub. Bərdə şəhəri ərazisində və Əyricə kəndinə gedən avtomobil yolunda, Tərtər çayı üzərində körpülər tikilib.
Hazırda Bərdə rayonunda kənd yollarının təmir olunması istiqamətində işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 43 nömrəli Yol İstismar MMC-nin mühəndisi Elmir Hüseynov AZƏRTAC-a bildirib ki, son bir ay ərzində Lənbəran-Təhlə, Saatlı, Mirasəfli kəndlərinə gedən 11,7 kilometr yol asfaltlanıb. Qaraağacı-Mollagüllər, Mollalı, Bala Qəcər-Qullar, Kətəlparaq-Piyadalar, Qayalı və Bəcirəvan avtomobil yollarının çınqıl yatağı asfalt işləri üçün hazırlanıb. Hazırda Zümürxan-İmamqulubəyli-Çəmənli və İkinci Qaradəmirçi avtomobil yollarında asfalt örtüyün salınması işləri davam etdirilir.
Kənd yollarının təmir edilməsi sakinlərin sevincinə səbəb olub. İkinci Qaradəmirçi kənd sakini Bəhlul Muxtarov deyib: "Kəndimiz təbii qaz, elektrik, su ilə təmin olunub. Tək narahatlığımız yol sarıdan idi. Yağış yağanda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirdik. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də aradan qaldırılır".
Digər sakin Cəfər Əliyev isə bildirib: "Kənd ilə rayon mərkəzi arasında məsafə 4 kilometr olsa da, gedib-gəlməkdə çətinlik çəkirdik. Yolun asfaltlanması həm məişətimizə rahatlıq gətirəcək, həm də sakinlər əkib-becərdiyimiz məhsulları, saxladıqları mal-heyvanı bazarlara rahatlıqla apara biləcəklər. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 Mart 15:31
Dünya
19 Mart 14:28
Xəbər lenti
19 Mart 14:27
Xəbər lenti
19 Mart 14:00
Xəbər lenti
19 Mart 13:55
Xəbər lenti
19 Mart 13:22
Xəbər lenti
19 Mart 13:18
Xəbər lenti
19 Mart 13:12
Xəbər lenti
19 Mart 12:54
Xəbər lenti
19 Mart 12:39
Xəbər lenti
19 Mart 12:36
Xəbər lenti
19 Mart 12:32
Xəbər lenti
19 Mart 12:16
Xəbər lenti
19 Mart 12:16
Xəbər lenti
19 Mart 12:10
Xəbər lenti
19 Mart 12:08
Dünya
19 Mart 12:06
Xəbər lenti
19 Mart 11:55
Dünya
19 Mart 11:42
Dünya
19 Mart 11:40
Xəbər lenti
19 Mart 11:30
Xəbər lenti
19 Mart 11:14
Xəbər lenti
19 Mart 11:10
İqtisadiyyat
19 Mart 11:03
Xəbər lenti
19 Mart 11:02
Analitik
19 Mart 10:55
MEDİA
19 Mart 10:50
Xəbər lenti
19 Mart 10:45
Xəbər lenti
19 Mart 10:43
Xəbər lenti
19 Mart 10:42
Siyasət
19 Mart 10:40
Sosial
19 Mart 10:37
Siyasət
19 Mart 10:30
Gündəm
19 Mart 10:20
Xəbər lenti
19 Mart 10:17
Xəbər lenti
19 Mart 10:05
Gündəm
19 Mart 10:05
Siyasət
19 Mart 09:55
Gündəm
19 Mart 09:48
Xəbər lenti
19 Mart 09:45
Xəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04