Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə

24.06.2019 [12:06]

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində bu həftə Kürdəmir rayonunun 2 kəndində vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, səyyar aksiya iyunun 24-25-də Kürdəmir rayonunun Atakişili kəndində (kənd orta məktəbinin qarşısı), iyunun 27-28-də isə Karrar kəndində (Karrar kənd icra nümayəndəliyinin qarşısı) keçiriləcək. Sakinlər saat 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilərlər. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sualı olan vətəndaşlara komitə əməkdaşları tərəfindən hüquqi məsləhətlər veriləcək, sualları cavablandırılacaq.

Komitə daşınmaz əmlakın qeydiyyata alınması xidmətlərini vətəndaşlara daha yaxın etmək məqsədilə səyyar aksiyaları davam etdirir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası ilə xidmətlər birbaşa vətəndaş ünvanlarında göstərilir. Kənd və qəsəbə sakinləri vaxt itirmədən, məsafə qət etmədən mobil qeydiyyat ofisinə müraciət edirlər. Sosial aksiyaların keçirilməsində əsas məqsəd məmnunluq və rahatlığı təmin etmək, vətəndaşlara layiqli xidmət göstərməkdən ibarətdir.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30