Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir

Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir

24.06.2019 [15:36]

Prezident İlham Əliyevin imzaladığı bütün sərəncamlar və fərmanlarda Azərbaycan vətəndaşının mənafeyi birinci yerdə dayanır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Azər Badamov deyib.

A.Badamov bildirib ki, xüsusilə 18 iyunda imzalanmış zərfə daxil olan 16 sərəncam birbaşa dövlət və özəl sektorda çalışanların gəlirlərinin artmasına xidmət edəcək: "Ümumiyyətlə, əməkhaqlarının, əmək pensiyalarının, təqaüd və müavinətlərin artırılması ilə bağlı imzalanmış sərancamlarda sosial ədalət və inkluzivlik təmin edilir. Demək olar ki, bütün kateqoriyalardan olan insanların gəlirləri mütənasib şəkildə artırılır. Bu isə onu deməyə imkan verir ki, cənab Prezidentin siyasətinin təməlində insanların rifahı dayanır. Ölkəmizdə aparılan islahatların dərinləşməsi iqtisadiyyatımızı gücləndirib, büdcə gəlirlərini artırıb. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə insanların sosial rifahına yönəlməsinə hesablanan sərəncamlar da davamlı olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalayıb.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31