Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gəncədə dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə keçirilir

Gəncədə dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə keçirilir

24.06.2019 [20:00]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə iyunun 24-də Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, dindarların, dini icma sədrlərinin, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov Gəncədə dini durumun sabit olduğunu bildirib. O deyib ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

S.Salahlı onu da vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikamızın mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. “Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır”, - deyə S.Salahlı əlavə edib.

Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək" sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, tədbir iyunun 25-də öz işini davam etdirəcək.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30