Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər

24.06.2019 [19:43]

İyunun 24-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti seminar “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, seminarda dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələr aparılıb, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələri araşdırılıb.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sisteminin inkişafı istiqamətində aparılan islahatlarda BMT-nin qurumları ilə əməkdaşlığın mühüm rolunu diqqətə çatdırıb. Nazir gələcəyin sosial təminat sisteminin formalaşdırılmasında innovasiyaların necə yardımçı ola biləcəyinə dair fikir mübadiləsinin aparılmasının önəmini qeyd edib. O, son bir ildə Azərbaycanda həyata keçirilən iki sosial paket haqqında məlumat verərək bildirib ki, həmin islahatlar ölkəmizin 4,2 milyon sakinini əhatə edir. Bu isə ölkə əhalisinin 40 faizi deməkdir. Həmin sosial paket nəticəsində minimum əməkhaqqı 130 manatdan 250 manata çatdırılaraq ümumilikdə 93 faiz artıma nail olunub.

Nazir Azərbaycanda bir milyon qaçqın və köçkün ordusunun olduğunu xatırladaraq həmin təbəqənin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən də danışıb. O, nəzərə çatdırıb ki, həyata keçirilən elektron xidmətlər nəticəsində əhalinin məşğulluğu sahəsində də xeyli zəruri tədbirlər görülüb. Təkcə bu il ərzində 35 min nəfər üçün iş yeri yaradılıb. Nazir həssas qrupların tibbi, sosial reabilitasiyası ilə əlaqədar aparılan işlər barədə də məlumat verib. Xüsusilə bu ilin mayında fəaliyyətə başlayan DOST mərkəzinin işi Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Seminarda çıxış edən Çin, Kamboca, Serbiya, Niderland, Argentina nümayəndələri öz ölkələrinin təcrübəsində həssas qrupların müəyyənləşdirilməsi qaydaları, onların dəstəklənməsi üsulları və həmin prosesin monitorinqi, eləcə də həmin qrupa aid edilən əhali təbəqəsinin təhsil, sağlamlıq və güzəran səviyyəsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli ekosistemin təşviqi, fiziki məhdudiyyətli və yaşlı insanlara dövlət xidmətlərinin göstərilməsi sahəsində görülən işlər barədə danışıblar.

Sonra müzakirə olunan məsələlərlə əlaqədar suallar cavablandırılıb.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31