Ana səhifə »  Qəzetin pdf formatı »  Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşınqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
A+   Yenilə  A-
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşınqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrinə dair sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cənab nazir, Vaşınqtonda erməni həmkarınızla ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünüz baş tutdu. Bu görüşün nəticələrini ümumilikdə necə qiymətləndirərdiniz?

- Hər zaman qeyd etmişəm ki, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzə aparılan danışıqlar prosesində keçirilən hər bir görüş ilk növbədə, prosesin irəli aparılması baxımından nəzərdən keçirilir. Görüşlər yalnız görüşlər keçirmək naminə deyil, konkret nəticələrə hədəflənməlidir, bu baxımdan biz substantiv danışıqların tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişik. Fikir versəniz həmsədrlərin verdiyi sonuncu bəyanatlarda da substantiv danışıqların aparılması məsələsinə xüsusi diqqət verilir. Çünki məlum məsələdir ki, əgər məqsəd adından da göründüyü kimi həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Təəssüf ki, bu dediklərim Vaşınqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz. Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə, müzakirələr hər zaman faydalıdır, lakin onu da vurğulamaq istərdim ki, nəticə olmayanda hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir. Ümumilikdə, Vaşınqtonda görüş faydalı oldu, lakin o bir daha göstərdi ki, əgər biz münaqişənin diplomatik yollarla həllinə nail olmaq niyyətimizdə səmimiyiksə, o zaman danışıqlar prosesinin hazırkı mərhələsində və bundan sonra konkret nəticələrə yönəlik addımlardan boyun qaçırmaq çətin olacaq, hətta mümkün olmayacaq.

-Görüşdən sonra verilən açıqlamalarda qeyd edildi ki, həmsədrlər hər iki tərəfin diqqətinə təkliflər təqdim ediblər. Bu barədə daha ətraflı nə deyə bilərsiniz?

-Burada ilk növbədə nəzərə almaq lazımdır ki, münaqişənin həlli çərçivəsində bu günədək müzakirə olunan bütün sənədlərin ən mühüm elementləri sırasına Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması daxildir. Məntiqidir ki, münaqişənin səbəbini Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalı təşkil edirsə və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmasını tələb edirsə, nəticə olaraq hərbi işğal amili aradan qaldırılmalıdır ki, bölgədə sülh və təhlükəsizliyin, rifahın təmin olunmasından danışaq.

Vaşınqton görüşündə həmsədrlərin təqdim etdiyi təkliflərə gəldikdə, burada bundan öncəki görüşlərin bəyanatlarında əks olunduğunu kimi humanitar və təhlükəsizlik sahəsində konkret təşəbbüslərin reallaşdırılması, eləcə də hazırda bölgədə mövcud olan vəziyyətin dəyərləndirilməsi baxımından maraqlı təşəbbüslər var. Ən önəmlisi odur ki, bu təşəbbüslərin reallaşdırılması və münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaq üçün siyasi iradə nümayiş etdirilsin.

-Cənab Nazir, Vaşınqton görüşü ərəfəsində cəbhə bölgəsində gərginlik artdı. Erməni silahlı qüvvələri təxribatlar törətdilər, müdafiə naziri əsassız bəyanat və hərəkətləri ilə diqqəti çəkdi. Erməni həmkarınız Vaşınqton görüşündən sonra gərginliyin artdığı bir mühitdə danışıqların aparılmasının mürəkkəbliyini qeyd edib və bunun danışıqlar prosinə mənfi təsir etdiyini söyləyib. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

-Doğrudur, Vaşınqton görüşü öncəsi təmas xəttində gərginlik yüksək idi və Ermənistan müdafiə nazirinin bəyanatları bu gərginliyin niyyətini aşkar edirdi. O da doğrudur ki, cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir. Lakin, qeyd etmək istərdim ki, cəbhə bölgəsindəki gərginliklə müzakirələrin aparılmasının qeyri-mümkünlüyü fikri ilə razı deyiləm. Xatırladıram ki, istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan sənədi və ya “Lavrov planı” adlandırılan sənəd olsun bu sənədlərin hamısı üzrə danışıqlar aparılarkən cəbhə bölgəsində heç də tam sakitlik hökm sürmürdü, biz gərginlik olduğu müddətdə belə danışıqlara, sənədlər üzərində işləməyə davam etmişik. Yəni bu iki məsələni bir-biri ilə süni şəkildə əlaqələndirmək doğru deyil. Əsas məsələ, bir daha təkrar edirəm siyasi iradə nümayiş etdirmək və danışıqları cəbhə bölgəsindəki vəziyyətin girovuna çevirməməkdir.

-Ermənistan tərəfi danışıqlara qondarma separatçı rejimin cəlb edilməsi məsələsini davamlı olaraq gündəmə gətirir. Əlbəttə, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır, lakin Ermənistan xarici işlər nazirinin Vaşınqton görüşündən sonra bu mövzunu təkrarən səsləndirdiyini nəzərə alaraq, Sizin bu xüsusda şərhinizi eşitmək istərdik.

-Mövqeyimiz bəllidir, danışıqların iki birbaşa iştirakçısı var: Ermənistan və Azərbaycan. Səbəbi də bəllidir, bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq tanınmış ərazilərində qanunsuz mövcudluğunu davam etdirir, bu hərbi işğaldır. Hərbi işğalın qurbanları sırasında Dağlıq Qarabağda yaşayan və etnik təmizləməyə məruz qalan yüzminlərlə insan, daxili məcburi köçkünlər var. Ermənistanın hər hansı rəsmisi Dağlıq Qarabağ əhalisindən danışırsa unutmamalıdır ki, bu əhalinin tərkibinə erməni icması ilə yanaşı, azərbaycanlı icma da daxildir. Bir bölgədə etnik təmizləmə həyata keçirib, insanları yaşadıqları evlərindən zor gücünə qovub, sonra da “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipindən danışmaqla erməni tərəfi bunu hansı etik və hüquqi çərçivəyə sığdırmağa çalışır? Dağlıq Qarabağın hər iki icması münaqişənin həllində maraqlı tərəflərdir və danışıqların müvafiq mərhələsində onların da danışıqlara cəlb edilməsi məsələsi danışıqların əsas iştirakçıları tərəfindən nəzərdən keçirilə bilər. İndiki mərhələdə bunu davamlı gündəmə gətrimək isə substantiv danışıqlardan boyun qaçırmaq və müəyyən bəhanələr axtarmağa bənzəyir. Əks təqdirdə, əgər Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı separatçı rejim adından danışa bilmirsə, o zaman Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?

-Vaşınqton görüşündə nazirlərin yaxın aylarda yeni görüşünün keçirilməsinin razılaşdırıldığı bəyan edildi. Sizcə qarşıdan gələn görüşdən konkret nəticə gözləmək olarmı?

-Hər bir görüşdə nəticənin əldə edilməsinə çalışmalıyıq, ən azından Azərbaycan tərəfi bunu istəyir və danışıqlar prosesinin irəli aparılmasında qətiyyətlidir. Nəticəsi olmayan hər bir görüş itirilmiş fürsətdir, təəssüflə qeyd edim ki, bu illər ərzində çox fürsətlər itirilib. Səbəbini soruşsanız, məncə bu dar çərçivədə düşünərək, uzaqgörən olmamaq, öz ölkəsinin və bölgənin gələcəyini və rifahını düşünməmək və müstəqil qərar vermək iqtidarında olmamaqla əlaqəli olub. Münaqişəni beynəlxalq hüquq müstəvisində tez bir zamanda həll edilməsi, qısa müddətdə bölgəmizə çoxdan gözlənilən sülh, sabitlik, dayanıqlı inkişaf və rifahı gətirəcəkdir.

Azərbaycan tərəfi bütün bu reallıqları anlayır və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işləyir və beynəlxalq ictimaiyyət BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində müvafiq qərar və qətnamələr qəbul etməklə bizim mövqeyimiz ilə həmrəydir. Ermənistan rəhbərliyi nə qədər tez siyasi iradəsini əməli olaraq nümayiş etdirməyə və münaqişənin həlli üzrə çoxdan gözlənilən nəticələrin əldə olunması məqsədilə substantiv danışıqların irəli aparılması istiqamətində konkret addımlar atmağa qadir olarsa, biz bir o qədər tez bölgənin təhlükəsiz və sabit inkişafı yoluna çıxa bilərik.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  24-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA