Ana səhifə »  Qəzetin pdf formatı »  “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb
A+   Yenilə  A-
“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb

İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əhəmiyyətindən danışan alim əsas məqsədin bu istiqamətdə aparılan araşdırmaları müasir elmi tələblər səviyyəsinə çatdırmaq olduğunu bildirib.

Direktor müavini vurğulayıb ki, Prezident İlham Əliyevin arxeologiya elminin inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar əsasında son on ildə institut, işğal edilmiş ərazilər istisna edilməklə, bütün bölgələrdə genişmiqyaslı tədqiqatlar aparıb, elmə məlum olmayan yüzlərlə abidələri aşkara çıxarıb.

Ötən müddətdə həyata keçirilən arxeoloji tədqiqatlardan danışan məruzəçi vurğulayıb ki, Mingəçevir su anbarı ətrafında aparılan araşdırmalar zamanı 1 milyon ildən artıq yaşı olan daş alətlər tapılıb, bununla da ilk dəfə olaraq bu vaxta qədər yalnız Qarabağdakı Azıx mağara düşərgəsində təmsil olunan “Quruçay” arxeoloji mədəniyyətinin daha geniş arealda yayıldığı müəyyənləşdirilən bu mədəniyyət beynəlxalq elmi ictimaiyyətdə qəbul edilib. İlk dəfə olaraq Qax və Zaqatala rayonları ərazisində yaşı 450-500 min il olan mağara tipli ibtidai insan düşərgələri məlum olub.

Tədbirdə beynəlxalq elmi səciyyə daşıyan istiqamətlərdən biri olan Xalkolit/Eneolit dövrünə aid Leylatəpə arxeoloji mədəniyyət abidələrinin tədqiqindən bəhs edən alim atiq söyləyib ki, bu araşdırma o dövrdə Azərbaycan ərazisindəki cəmiyyətlərin Şimali Mesopotamiya-Şərqi Anadolunun qədim sivilizasiyaları ilə eyni mədəni ənənələr mühitində inkişaf etdiyini göstərir.

Məruzəçinin sözlərinə görə, “Böyük İpək yolu” beynəlxalq ticarət yolları üzərində yerləşən son Antik və Orta əsrlər Azərbaycan şəhərlərində aparılmış arxeoloji qazıntılar zamanı Çin, Hindistan, Orta Asiya, İran istehsalı olan çoxsaylı tapıntılar – məişət və bəzək əşyalarının aşkar edilməsi tarixi “Böyük İpək yolu” ticarətində Azərbaycanın fəal iştirakçı olduğunu sübut edir.

Arxeologiyanın multidissiplinar tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən Nəcəf Müseyibli bu elm sahəsinin geologiya, kimya, botanika, zoologiya kimi dəqiq elmlərlə vəhdətdə inkişaf edəcəyini söyləyib: “Arxeoloji qazıntılar zamanı abidənin yerləşdiyi sahənin və aşkar edilmiş daş alətlərin, bir sıra mineralların geoloji xüsusiyyətlərinin araşdırılmasında geoloq mütəxəssislərin bilik və təcrübəsindən istifadə etmək lazım gəlir. Bütün bunlar, arxeoloji abidələrə təsir göstərən təbii-fiziki prosesləri tədqiq edən “geoarxeologiya” adlı multidissiplinar istiqamətin yaranmasına səbəb olub”. Alim diqqətə çatdırıb ki, paleobotanik araşdırmalar əsasında arxeoloji abidənin əmələ gəldiyi qədim dövrün müəyyən mərhələsində bölgənin bitki örtüyü və iqlimi barədə informasiya əldə edilir, paleozooloji tədqiqatlar arxeoloji mərhələdə yayılmış heyvan növlərini müəyyən edir, insan sümüklərilə qida rasionunun, xəstəliklərin, ölüm səbəblərinin öyrənilməsinə imkan yaradır. Bundan əlavə, qədim insanların kəllə sümükləri əsasında onların antropoloji tipi müəyyənləşdirilir ki, bu da etnogenez tarixinin tədqiqi üçün böyük əhəmiyyət kəsb edir.

Sonra mövzu ətrafında çıxış edənlər fikir və təkliflərini səsləndiriblər.

Məruzə AMEA Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Qərara əsasən, arxeoloji abidələrin müxtəlif mülkiyyət formalarına məxsus torpaqlarda yerləşməsi nəzərə alınaraq, elmi tədqiqat işlərinin idarəetmə sisteminin təkmilləşdirməsi məqsədilə ölkə ərazisində arxeoloji abidələrin xəritələri tərtib ediləcək və elektron məlumat bazası hazırlanacaq. Həmçinin arxeoloji ekspedisiyaların müasir tələblərə cavab verən istiqamətlərdə aparılması məqsədilə aşkar olunan maddi mədəniyyət nümunələrinin müxtəlif elmlərin kəsişməsində arxiometrik tədqiqi həyata keçiriləcək, Qarabağın Antik və Orta əsrlər dövrü abidələrinin arxeoloji tədqiqinə xüsusi diqqət yetiriləcək, institutun elmi tədqiqat planında 2020-ci ildən etibarən müasir elmi tələblərə uyğun mövzular müəyyənləşdirilərək layihələr şəklində reallaşdırılacaq. “Fiziki antropologiya” ixtisasının inkişaf etdirilməsi məqsədilə müştərək elmi layihələr çərçivəsində beynəlxalq elmi mərkəzlərdə gənc kadrların hazırlanması yönündə müvafiq tədbirlər görüləcək, multidissiplinar tədqiqatların genişləndirilməsi məqsədilə AMEA-nın uyğun institutları və xarici ölkələrin elmi qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması, ali təhsil müəssisələrində arxeologiya ixtisasının lazımi səviyyədə tədrisi üçün Təhsil Nazirliyi ilə birgə tədbirlər görüləcək. Eləcə də arxeologiya sahəsində elmi tədqiqatların təbliği və populyarlaşdırılması işi gücləndiriləcək. Habelə arxeoloji tədqiqatlar zamanı müəyyən edilmiş maddi mədəniyyətin, Azərbaycan xalqının məişət və mənəvi mədəniyyətinin tarixi köklərinin öyrənilməsi və tarixi ənənənin aşkar edilməsi istiqamətində araşdırmalar aparılacaq.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  27-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24