Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilir
A+   Yenilə  A-
Bakıda yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilir

“Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin yekunlaşması ilə əlaqədar iyunun 27-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) baş direktoru Mikael Şpindelegger və digərləri çıxış edərək Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıblar. Görülən tədbirlərin Avropa İttifaqı vətəndaşlarına sürətlə inkişaf edən Azərbaycanı tanımaları, münasibətləri inkişaf etdirmək üçün əlverişli imkan yaratdığı qeyd olunub. Bildirilib ki, Aİ-nin dəstəyi ilə MSİBM-in ölkəmizdə həyata keçirdiyi layihə Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə birgə əməkdaşlığı ilə icra olunub.

Diqqətə çatdırılıb ki, konfrans yerdəyişmə üzrə tərəfdaşlıq prioritetləri, miqrasiya və yerdəyişmənin müxtəlif sahələri üzrə istiqamətlərin müzakirəsi üçün regional platformanın təşkili, habelə MOBILAZE layihəsinin icrasının yekunlaşması ilə bağlıdır.

Aİ ilə Azərbaycan arasında 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləmək, habelə belə proseslərin səmərəli idarə olunmasını təmin etmək üçün iki tərəf arasında gələcəkdə də davam etdiriləcək dialoqun və əməkdaşlığın çoxsaylı prioritetlərini müəyyənləşdirib.

Çıxış edənlər miqrasiya və yerdəyişmə sahəsində Aİ ilə əməkdaşlığın prioritetlərini qeyd edib, MOBILAZE layihəsinin dövlət qurumları üçün əhəmiyyətini diqqətə çatdırıblar. Bildirib ki, yerdəyişmə üzrə tərəfdaşlıq miqrasiya və yerdəyişmə sahəsində Aİ və ona üzv dövlətlər, eləcə də üçüncü ölkələr arasında ən müfəssəl əməkdaşlıq və tərəfdaşlıq çərçivələrindən biridir. Bu tərəfdaşlıq Aİ-nin miqrasiya və yerdəyişmə üzrə qlobal yanaşması çərçivəsində Aİ-yə və tərəfdaş ölkələrə, hər iki tərəfin vətəndaşlarına, eləcə də digər əlaqədar tərəflərə miqrasiya və yerdəyişmə məsələlərini ünvanlı, xüsusi ehtiyaclara uyğun şəkildə müzakirə etmək imkanı verir.

Tədbirdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi kimi, miqrasiya idarəetməsi və miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əldə edilmiş nəticələrdən söhbət açılıb. Avropa İttifaqı ilə birgə həyata keçirilən, Aİ ilə Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmağa xidmət edən MOBILAZE layihəsinin icrasının Azərbaycanın dövlət qurumları üçün əhəmiyyətindən, əldə edilən uğurlardan, miqrasiya və yerdəyişmə sahəsində regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmindən danışılıb, layihənin nəticələri qənaətbəxş qiymətləndirilib. Bundan başqa, ölkəmizlə Aİ arasında readmissiya, miqrasiya və qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində sıx əməkdaşlıq vurğulanıb.

Qeyd edilib ki, Aİ ilə Azərbaycan arasındakı yerdəyişmə üzrə tərəfdaşlıq insanlara konkret fayda gətirməklə yanaşı, dövlətlər arasında nəticəyönümlü əməkdaşlıq və dialoqa şərait yaradıb.

Konfransda Azərbaycanın və beynəlxalq təşkilatların miqrasiya sahəsi üzrə ekspertləri miqrasiya və yerdəyişmələrə regional yanaşmalar, eləcə də bu sahə üzrə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparıblar.

MOBILAZE layihəsinin əlaqələndiricisi Violeta Vaqner layihə çərçivəsində görülən işlər, onun nəticələri və bu sahədə qazanılan nailiyyətləri barədə məlumat verib.

Qeyd edək ki, MOBILAZE layihəsinin icrasına 2016-cı ildən başlanılıb. Layihənin əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün hökumətin potensialının artırılmasına xüsusi diqqət yetirməklə, Avropa İttifaqı ilə Azərbaycan arasında yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsini dəstəkləməkdən ibarətdir. Layihəyə Aİ-nin yeddi ölkəsindən doqquz qurum cəlb olunub. Beş komponentdən ibarət layihə məlumatlı miqrasiya siyasətinin hazırlanması üçün analitik səriştənin formalaşması, respublikamıza və Azərbaycandan digər ölkələrə qanuni miqrasiya, sənədlərin təhlükəsizliyi, sığınacaqla bağlı qərarların qəbul edilməsi prosedurunun təkmilləşdirilməsi, geri qayıdış və reinteqrasiya məsələlərini əhatə edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri və görüşlər, beynəlxalq tədbirlər təşkil olunub.

 
  • Oxunub:  1770  |  
  • Tarix:  27-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA