Ana səhifə »  Qəzetin pdf formatı »  “Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub
A+   Yenilə  A-
“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub

Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə iyunun 30–dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanan nəşrdə UNESKO -nun Dünya İrs Komitəsi, Azərbaycanın bu quruma üzvlüyü və 2019-cu ildə sədrlik etməsi, 43-cü sessiya və sessiya çərçivəsində keçirilən tədbirlər, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğunda, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda xüsusi olaraq təşkil ediləcək sərgilər barədə məlumat verilir.

Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs və incəsənətimizi layiqincə təqdim etmək üçün maraqlı proqram hazırlayıb. “Culture Guide”ın xüsusi buraxılışında Bakıdakı teatrların, konsert və kino zallarının afişası ilə yanaşı, ayrı-ayrı tamaşalar, filmlər, mədəni tədbirlər barədə qısa yazılar da dərc olunub. Eyni zamanda, nəşrdə paytaxtın muzeyləri, qalereyaları, teatr və konsert müəssisələri haqqında informasiyalar, ünvan və telefon nömrələri yer alıb.

Xüsusi buraxılışdakı yazıların böyük əksəriyyəti isə Azərbaycanın tarixi-mədəni zənginliyinin təqdimatına həsr olunub. Nəşr ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı yazı ilə açılır. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılır. “Böyük şair, mütəfəkkir, humanist” başlıqlı yazıda Nəsimi irsinin dünyada tanınması, şairin yubileyinin iki dəfə (1973, 2017) YUNESKO səviyyəsindən qeyd olunmasından bəhs olunur.

Nəşrdə bildirilir ki, ölkəmizin bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri dünya mədəniyyəti xəzinəsinə daxil edilib. Xüsusi buraxılışın “Azərbaycanın mədəni dəyərləri UNESKO siyahılarında” bölməsində bununla bağlı silsilə yazılar verilib.

İlk olaraq 2000-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhərdən (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə), həmçinin 2007-ci ildən bu siyahıda yer alan minilliklərin daş yaddaşı – Qobustan qayaüstü rəsmlərindən söz açılır.

Bundan əlavə, UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındakı 11 nümunənin hər biri haqqında rus və ingilisdilli oxuculara məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan muğamı 2003-cü ildə UNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin incisi” elan edilib. 2008-ci ildə isə UNESKO -nun qeyri-maddi mədəni irs haqqında konvensiyasının qüvvəyə minməsindən və onun əsasında Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı tərtib olunmağa başlayandan sonra bu siyahıda Azərbaycandan ilk olaraq muğam sənəti yer alıb. “Muğam Azərbaycan xalqının milli və mədəni sərvətidir” – Prezident İlham Əliyevin bu sözləri diqqətə çatdırılır, Birinci vitse-prezident, UNESKO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə digər mədəni irs nümunələrimizin də dünyada təbliği və UNESKO siyahılarına daxil edilməsi istiqamətimdə görülən məqsədyönlü işlərdən bəhs olunur.

2009-cu ildə Azərbaycan aşıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. “Aşıq sənəti – dil, ədəbiyyat və musiqini yaşadan sənət” başlıqlı yazı bu barədədir. Növbəti ildə (2010) bu siyahı Azərbaycan xalça sənəti ilə zənginləşib. “Naxışlarda yaşayan irs” adlı yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması və təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən söz açılır.

Musiqi sənətimizin daha iki nümunəsi – tar ifaçılığı sənəti və tar alətinin hazırlanması (2012-ci il) və kamança ifaçılığı və bu alətin hazırlanması (2017) haqqında nominasiyalar da YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındadır. “Simlərdən süzülən sehrli musiqi” və “Kamançanın lətif səsi” başlıqlı yazılarda bu barədə məlumat verilir.

Novruz bayramı Azərbaycanın da təşəbbüsü və yaxından iştirakı ilə iki dəfə – 2009 və 2016-cı illərdə çoxmillətli nominasiya olaraq UNESKO-nun siyahısına salınıb. “Minilliklərin bayramı” başlıqlı yazı milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruza həsr olunub.

Daha bir yazı 2014-cü ildən UNESKO-nun siyahısında yer alan Azərbaycanın kəlağayı sənəti barədədir. “Azərbaycanın çoxəsrlik tarixə malik misgərlik sənəti” sərlövhəli materialda isə 2015-ci ildə bu siyahıya daxil edilən xalq sənətinin İsmayıllı rayonun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

UNESKO-nun siyahısında Azərbaycanın zəngin mətbəxinin nümunələri də var. Nəşrdə ölkəmizin 2016-cı ildə Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi “Lavaşın (nazik çörəyin) hazırlanma və paylaşma mədəniyyəti”, eləcə də dolmanın hazırlanma və paylaşma ənənəsi (2017) barədə yazılar verilib.

“Bəşəriyyətin ədəbi abidəsi” başlıqlı yazıda isə “Kitabi-Dədə Qorqud”un 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatı (“Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”) ilə bəşəri irs xəzinəsinə daxil edilməsindən söz açılır.

Məlum olduğu kimi, UNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında da iki irs nümunəmiz yer alıb. “Qarabağ atları üzərində çövkən milli oyunu” (2013) və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018) haqqında material bu barədədir.

Xüsusi buraxılışda Azərbaycanın bölgələrinin tarixi-mədəni irsi haqqında da bəhs olunur. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” adlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

“Açıq səma altında muzey-şəhər” adlı yazıda Şəkinin qədim tarixi-mədəni irsi haqqındadır. Şəki şəhərinin tarixi hissəsi və Şəki xanları sarayının YUNESKO-nun Dünya irsi siyahısına namizəd olduğu vurğulanır.

Nəşrdə həmçinin Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır. “Qədim torpağın abidələri” yazısında Naxçıvanın zəngin irsi, Möminə xatın, Qarabağlar türbələri kimi dünya əhəmiyyətli abidələr, Əshabi-Kəhf və s. haqqında məlumat verilir. Daha bir yazı əsrarəngiz təbiət hadisəsi – Azərbaycanın palçıq vulkanları haqqındadır.

Nəşrdə həmçinin Bakının tarixi və müasir memarlıq nümunələri, dünyanın hər yerindən qonaqların xüsusi maraq göstərdiyi Atəşgah məbədi və Yanardağ haqqında, eləcə də turistlər üçün xüsusi maraq kəsb edən milli mətbəximizin zənginliyi, ayrı-ayrı ləziz yeməklər barədə məlumatlar, onların Bakıdan özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.

“Dünya musiqi xəritəsində Azərbaycan adları” başlıqlı yazıda musiqi sənətimizi, mədəniyyətimizi və ümumilikdə ölkəmizi dünyaya tanıdan böyük bəstəkarlar və ifaçılardan söz açılır.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Xalq rəssamı Əşrəf Heybətovun “Salam, Azərbaycan” tablosu əks olunub.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  27-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA