Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynada Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradan növbəti layihə

Ukraynada Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradan növbəti layihə

11.07.2019 [11:58]

Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb və sənədləşmə işləri başa çatdırılıb.

Bu barədə AZƏRTAC-a Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib.

O bildirib ki, artıq payız aylarında ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının rəsmi açılışı keçiriləcək.

“Bu hadisə Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlığın daha bir bariz nümunəsi olacaq. Azərbaycan Mədəniyyət Mərkəzinin və ART Qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir”,- deyə Seyfəddin Qurbanov vurğulayıb.

Qeyd edək ki, Xarkov əhalisinin sayına görə Ukraynanın ikinci ən böyük şəhəridir.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30