Ana səhifə »  Qəzetin pdf formatı »  XİN: Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır
A+   Yenilə  A-
XİN: Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin beşinci ildönümü ilə bağlı açıqlama yayıb.

Bu barədə AZƏRTAC-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir: Bu gün azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girovluqda saxlanılmasının beş ili tamam olur.

D.Əsgərov və Ş.Quliyev ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında mülki şəxslərimiz üzərində quruma “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda keçən hər bir günü işgəncə altında keçən növbəti bir gündür. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir.

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. İşğal edilmiş ərazilərdə etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən D.Əsgərov və Ş.Quliyevin də ailə üzvləri öz doğma yurd-yuvalarından, mülklərindən didərgin salınıb.

Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur, həmçinin münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüququ təsbit olunur.

Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə zidd olaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin başladığı vaxtdan bu günədək münaqişə nəticəsində 3888 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 718-i mülki şəxslərdir, o cümlədən 266 qadın, 71 uşaq və 326 yaşlı şəxs itkin düşmüş mülki vətəndaşlarımız sırasındadır.

Ermənistan, mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur.

Ermənistan tərəfindən qeyri-insani davranış nümayiş etdirilərək beş il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Əgər Ermənistan tərəfi, dəfələrlə bəyan etdiyi kimi, “münaqişənin yalnız sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılmasına” həqiqətən də nail olmaq istəyirsə, o zaman qanunsuz şəkildə girovluqda saxladığı Azərbaycanın mülki şəxslərinin azad olunması istiqamətində addımlar atmalıdır.

Xatırladırıq ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə yanaşı, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib, mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib. Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prinsiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

Azərbaycan D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır və mülki şəxslərimizin azad olunması üçün zəruri tədbirlər bundan sonra da davam etdiriləcək”.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  11-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+22 +25